Yumşaq, yumşal sözlərinin qədim törəmə kökü yumşa kəlməsi olduğu kimi, dikəltmək sözünün də kökü tarixən dikə olub. Buradakı -ə şəkilçisi vasitəsilə dik (hündür, düz) sifətindən feil düzəlib, -l şəkilçisi isə yum-şa-l sözündəki -l şəkilçisinin eynidir (müqayisə et: qoca-l-maq, uca-l-maq), -t şəkilçisi sözü təsirli feilə çevirmək vəzifəsini yerinə yetirir (müqayisə et: yum-şa-l-t-maq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)