I
(Bərdə, Mingəçevir, Oğuz, Zəngilan)
qaçmaması üçün inək və ya camışın ayağına bağlanan kiçik ağac. – Gamış tay qaçəlmir, əyağına domrux vırmışam (Zəngilan); – İnə:in əyağına domrux vur ki, qaşmasın (Bərdə); – İnəyin ayağına domrux bağlasan örüşdən qaçmaz (Oğuz)
II
(Füzuli)
döyənək. – Qavaxlar ə:ğımız domrux olmuşdu piyada getməx’- dən