DOĞRUDAN

DOĞRUDAN [Şahbaz:] Şərəfnisə, doğrudan, sən belə bədgüman olubmuşsan (M.F.Axundzadə); CİDDƏN (köhn.) Gözlənməyən ədnalığın icadına ciddən; Himmət edən insanlarına şükr, xudaya! (M.Ə.Sabir); ƏLHƏQ Naçalnik: Əlhəq böyük mərhəmətə layiq imişsən! (M.F.Axundzadə); FİLHƏQİQƏ (köhn.) Filhəqiqə bir mülahizə edək gərək... (C.Məmmədquluzadə); GERÇƏKDƏN Mən ölürəm çiçəkdən; Üzüm örtün milçəkdən; Yad gələr, ağı söylər; Anam ağlar gerçəkdən (Bayatı); HƏQİQƏTƏN Bərbərzadə: Həqiqətən onu görəndə bədənimdə bir təlatüm olur.. (S.Rəhman); VAQİƏN Amma Məhəmmədhəsən emi vaqiən ağladı (C.Məmmədquluzadə).

DOĞRU
DOĞRULUQ

Digər lüğətlərdə