erkən yaşlı uşaq

Bir yaşından üç yaşınadək uşaq

enerjiyə qənaət siyasəti
etibarnamə
OBASTAN VİKİ
Erkən Bahar
Erkən bahar – Polyak yazıçı Stefan Zermoskinin məşhur əsəri. Mövzusu Bakı şəhərində cərəyan edir.
Erkən Xristianlıq
Erkən Xristianlıq — Xristianlığın yaranmasından (I yüzilliyin 30-cu illərindən) Nikea Ekumen məclisinə qədər (325 il) davam edən dövr. == Xristianlığın yaranması, yayılması və dövlət dininə çevrilməsi == Xristian dünyagörüşü və mədəniyyətinin yaranması dünya tarixində olan ən önəmli hadisələrdən biri olmuşdur. Fələstin torpaqlarında yaranan bu dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian dünyagörüşü, təkcə yəhudi ənənələri ilə məhdudlaşmayıb, müxtəlif dini-fəlsəfi təlimlərin təsiri altında düşmüşdü. Xristian dininin rəsmi doktrinası bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşmışdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət göstərmişdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə nəticələnmişdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din dünya dininə çevrilmişdir. Yeni dinin yayılması ilk olaraq Roma hakimiyyəti tərəfindən birmənalı qarşılanmamışdır.
Yaşlı Amca
Yaşlı Amca - 2012 -ci ildə rəqəmsal qeydlərə başlayan türk rok qrupu, vokal və ritm gitarasında Artun Özoğlu, gitarda və arxa vokalda Sarper Sonbay, bas gitarada Hüseyn Tosun və barabanda Barış Kutlunun olduğu Türk rock qrupu Alternativ rock,1980-ci illərdə yeraltı və müstəqil musiqi mədəniyyətlərindən yaranan və 1990-cı illərdə geniş populyarlıq qazanan rok musiqisinin bir alt növüdür. == Karyera == Yaşlı əmi,2015- ci ildə karyerasının ilk rəsmi əsəri olan "Sabaha Kadar" adlı EP -ni yayınladı. Daha sonra 2016 -cı ildə "Giderdi Hoşuma" və "Ve Ben" adlı iki single hazırladılar. 2017 -ci ildə qrup, tək işi ilə siqnallarını verdikləri "Axşam" albomu ilə pərəstişkarları ilə görüşdü. Albomdan sonra, 2018-ci ildə "Kafam karışık" və 2019-cu ildə "Anla Hain" və "Götürün beni" adlı daha iki singl yayınlandı. 2020-ci ildə qrupun öz adını daşıyan "Qoca Əmi" və "Kal Ki Adəta" albomları çıxdı. Son olaraq 2021 -ci ildə "Hoş" mahnısını yayınladılar.
Uşaq
Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır. Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. == Uşaqlıq mərhələləri == == Əsas qruplar == Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Erkən padşahlıq (Misir)
Erkən padşahlıq (e.ə. təq. 3000-2800 ci illər) dövründə ilk iki sülalə hökmranlıq etmişdir. Misirin birinci fironu Narmer (Qədim Misir tarixçisi kahin Manefonun məlumatına görə adı Mina idi). Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətdə birləşdirdi. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə süni suvarma əkinçiliyi inkişaf etmiş, daş və mis alətlər təkmilləşdirilmiş, Nil çayının sol sahilində Misirin dini, siyasi, mədəniyyət və sənətkarlıq mərkəzi sayılan Memfis şəhərinin əsası qoyulmuşdur. Mərkəzləşdirilmiş dövlət yaradılmış və işğalçılıq müharibələrinə başlanılmışdır. == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г. Azərbaycan Sovet EnsiklopediyasıVI cild, səh.
Erkən xristianlıq tarixi
== Yaranma öncəsi == Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx əlaqədə olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən məlum olduğu kimi, I yüzillikdə Yəhudiyyə çarlığı Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi toplumu parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Son olaraq isə imperiyaiçi çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür acınacaqlı vəziyyətdən çıxmaq üçün imperiyada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar.
Yaşlı Lukas Kranax
Lukas Kranax (alm. Lucas Cranach der Ältere‎, Kronax, Yuxarı Frankoniya, 4 oktyabr 1472 — Veymar, 16 oktyabr 1553) —Almaniya rəssamı. == Həyatı == Böyük Lukas Kranax 1472-ci ildə doğulub. Mənzərə və qrafik portretlər ustası kimi məşhurlaşıb, dini mövzuda çoxsaylı əsərlər və kompozisiyaların müəllifidir. Onun 1553-cü ildə Veymarda öldüyü barədə informasiya var. İntibah dövrünün alman rəssamı Böyük Lukas Kranaxın əsərlərindən biri. «Uşaqlara mənim yanıma gəlməyə icazə verin» adlanır. Bu əsər Norveçdə kilsənin 1677-ci ildə açıldığı gündən orada olub. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Лукас Кранах. Картины и биография О графике Кранаха на нем.
Erkən Pliosen epoxası
== Erkən Pliosen (Balaxanı əsri) epoxası == Erkən pliosen (Balaxanı və ya Məhsuldar qat əsri) epoxası Azərbaycan Respublikası relyefinin inkişafında mühüm mərhələ olmuşdur. Belə ki, bu dövrdə dənizin reqressiyası zamanı onun səviyyəsi indikindən xeyli aşağı düşmüş və transqressiv fazasında isə Qusar-Dəvəçi, Ceyrankeçməz və Aşağı Kür çökəkliklərini örtmüşdür. B.Ə. Budaqova görə (1969, 1976) Şahdağ və Bazardüzü-Tufan massivlərinin hündürlüyü yüksək dağlığın səviyyəssinə çatmış və buzlaşmaya məruz qalmışdır. Kür çökəkliyinin relyefi balaxanı əsrində dənizin transqressiya (əsrin əvvəli və ortasının sonu) və reqressiyaları (əsrin ortasının əvvəli və əsrin sonu) ilə əlaqədar olaraq dəyişikliklərə məruz qalmışdır. Transqressiyalar zamanı çökəkliyin quru sahələri azalmış və hövzə akkumulyasiya sahəsini təcəssüm etdirmişdir. Reqressiyalar zamanı isə dəniz Aşağı Kür çökəkliyində saxlanılmış və akkumulyativ düzənliklərin sahəsi genişlənmişdir. Kiçik Qafqazın relyefinin inkişafında Balaxanı əsri mühüm rol oynamışdır. Bu zaman kontinental şəraitdə inkişaf edən Qazax çökəkliyində diskonform inversion və ya çevrilmiş morfostrukturların formalaşması və onların ekzogen parçalanması davam edir. Balaxanı əsrində Respublika ərazisi relyefinin inkişafının ümumi təmayülünə uyğun olaraq Lənkəran bölgəsində də Talış və Burovar horst-antiklinor, Peştəsər monoklinal və Qızılqaya diaklinal silsilələri qalxmaqda davam edir və mövcud düzəlmə səthləri, deformasiyaya məruz qalır. Yardımlı və Lerik depressiyaları relyefdə nisbətən dayaz çökəkliklər şəklində əks olunurlar.
14 yaşlı kiçik rəqqasə
14 yaşlı kiçik rəqqasə (fr. La Petite Danseuse de Quatorze Ans) — Fransız rəssamı və heykəltəraşı Edqar Deqanın hazırladığı məşhur heykəl.
15 yaşlı kapitan (roman)
15 yaşlı kapitan (Un capitaine de quinze ans) - Fransa yazıçısı Jül Vern tərəfindən 1878-ci ildə yazılmış uşaq romanı. Romanda afrikalı kölə ticarətindən söhbət açılır.
Zəlzələdən erkən xəbərdarlıq sistemi
Milli Zəlzələ Erkən Xəbərdarlıq Sistemi (yap. 緊急地震速報, Kinkyū Jishin Sokuhō緊急地震速報, Kinkyū Jishin Sokuho) — 2007-ci ildən Yaponiyada fəaliyyət göstərir. Bu müddət ərzində Meteorologiya İdarəsi bunu 130 dəfə tətbiq edib. Sosioloji sorğunun nəticələrinə görə, yaponiyalıların 65%-i ictimai zəlzələdən xəbərdar olmaq sistemini faydalı hesab edir. Onun hərəkəti ondan ibarətdir ki, seysmik dalğaların yayılma sürəti çox da yüksək deyil və zəlzələnin episentrinin uzaqlığından asılı olaraq yaşayış məntəqələrinə çatmaq bir neçə dəqiqə çəkə bilər. Adaların sakinlərinin əksəriyyəti qeyd edib ki, bu cür xəbərdarlıqlar onlara mümkün fəlakətlərə hazırlaşmağa kömək edir. Məhz bu sistem 2011-ci ildə faciəli hadisələrdən bir dəqiqə əvvəl onları televiziya vasitəsilə xəbərdar etməyə imkan verdi. Hesab edilir ki, bu bir çox insanın həyatını xilas etməyə imkan yaratmışdır. == Təsvir == Yaponiya Meteorologiya Agentliyinin (JMA) iki zəlzələdən erkən xəbərdarlıq sistemi mövcuddur: biri geniş ictimaiyyət üçün, digəri isə Milli Meteorologiya və Hidroloji Xidmət üçün. Yaponiyada quraşdırılmış 4235 seysmometrdən iki (və ya daha çox) P dalğası aşkar edildikdə, JMA zəlzələnin episentrinin təxmini yerini təhlil edir və proqnozlaşdırır.
Tənha evin yaşlı qadını
Tənha evin yaşlı qadını (一つ家の鬼婆, Hitotsuya no uba) və ya Asaciqahara ifritəsi (浅茅ヶ原の鬼婆, Asaciqahara no onibaba) – Yaponiya folklorunda əfsanə. == Əfsanə == Əfsanəyə görə VI əsrdə Senso məbədinin yerləşdiyi ərazi Asaciqahara adı ilə tanınırdı. İnsanların seyrək məskunlaşdığı bu ərazidən keçən yolçular qaranlıq düşəndə azmamaq və soyulmamaq üçün göl qırağında yerləşən köhnə bir daxmada gecələməli olurdular. Daxmanın sahibləri "İfritə" kimi tanınan yaşlı qadın və onun qızı idilər. Yaşlı qadın evində gecələməyə gələn yolçuları yuxularında öldürü, başlarını bir daş parçası ilə əzir, pullarını oğurlayırdı. Daha sonra cəsədlərini gölə atırdı. Qızı isə onun bu etdiklərindən dəhşətə düşürdü. Yaşlı qadının qurbanlarının sayı 999-a çatandan sonra bir gün bir uşaq gecə onun daxmasında gecələməyə gəlir. Həmişəki kimi yaşlı qadın heç bir tərəddüd etmədən onun başını daşla əzir və öldürür. Lakin öldürdüyü şəxsin əslində öz qızı olduğunu görür.
125 yaşlı sənət məbədi
125 yaşlı sənət məbədi — qısametrajlı sənədli televiziya filmi rejissor Faiq Abbasoğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. == Məzmun == Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir. Filmdə teatrın tarixindən, burada çalışan teatr xadimlərindən bəhs olunur.
Avroviziya Uşaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Uşaq (dəqiqləşdirmə)
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Uşaq filmi — Uşaqlar üçün nəzərdə tutularaq çəkilən filmlərdir. Belə filmlərin qəhrəmanları da əsasən uşaqlar olur. Uşaq (film, 1921) — rejissor Çarli Çaplinin filmi.
Uşaq Bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
Uşaq bizquyruğu
Uşaq bizquyruğu (lat. Enterobius vermicularis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar.
Uşaq doğumu
Uşaq doğumu — bir qadının hamiləliyini sona çatdıran və bu vəziyyətdə doğum kanalı adlandırılan servikal kanal və vagina vasitəsilə dölün və plasentanın uşaqlıqdan çıxarılmasından ibarət olan təbii fizioloji proses. Bir və ya bir neçə körpə vaginal doğuş və ya qeysəriyyə yolu ilə ananın daxili mühitindən çıxır. 2019-cu ildə dünya üzrə təxminən 140,11 milyon insan doğuldu. İnkişaf etmiş ölkələrdə doğuşların əksəriyyəti xəstəxanalarda, inkişaf etməkdə olan ölkələrdə isə evdə doğuşlardır.
Uşaq evi
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
Uşaq folkloru
Uşaq folkloru — uşaq folkloru nəsr, qiraət, mahnı və oyun əsərlərindən ibarət çox janrlı bir sistemdir. Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilibdüzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyaya baxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. == Uşaq folklorunun növləri == Azərbaycan uşaq folklorunun tarixi kökləri ən əski inamlarla bağlanır. Birbaşa körpələrə ünvanlanan nəğmələr xalq poetik yaradıcılığının ilk ünsürləri- fallar, alqışlar, qarğışlar, dualar, yuxuyozmalarla yaşıddır. Uşaqlara təbii qüvvələrdən, fəlakətlərdən (soyuqdan, istidən, tufandan, yanğından), xəstəliklərdən qorunmağın, maddi nemətlər əldə etməyin yollarını göstərmək, yırtıcı heyvanların və yağıların qəfil hücumları zamanı ov alətlərindən, silahlardan istifadə etmək bacarığını aşılamaq folklor vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi "Avesta" və Herodotun "Tarix" kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara müraciət etmişdir. Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır.
Uşaq hüquqları
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. == Konseptual çərçivə == === Uşaq və uşaq hüquqları konsepsiyası === Uşaqlar üzərində aparılan tədqiqatlarda ilk növbədə uşaq anlayışından nəyin başa düşülməsi, uşaqların anlayışını böyüklərdən necə fərqləndirməsi göstərilməlidir. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq potensiyal olaraq ailənin fenomenindən kənarda ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və ailənin sonrakı çağlarında sosial təminat vasitəsi olaraq görülür.Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Uşaq anlayışının sonrakı dövrlərdə dəyişdiyi görülür.
Uşaq parkı
Uşaq meydançası; Uşaqların oynaması üçün hazırlanmış bir parkdır. Ümumiyyətlə açıq havada tapılsa da, qapalı yerlərdə də tapıla bilər. Uşaq bağçalarında ən çox yayılmış oyuncaqlar; sürüşdürün, mişar mişarını və yellənmək . Həm də müxtəlif kiçik ölçülü gimnastika, zəncir nərdivanları, ip körpüləri və labirintlər ola bilər . Bu hovuz oyuncaqların əhatə etdiyi ərazidən daha böyükdür. Oyun meydançaları uşaqların fiziki və zehni inkişafına kömək edir, yaradıcılıqlarını artırır; onları ictimailəşdirir və əyləndirir. Əsasən xalqa açıq olsa da, oyun meydançaları da xüsusi mülkiyyətdə ola bilər. Şəhər parklarındakı və dövlət məktəblərindəki oyun meydançaları ictimai parklara nümunədir.
Uşaq pornoqrafiyası
Uşaq pornoqrafiyası — ümumilikdə 18 yaşından kiçik qız və oğlanların cinsi istismarını özündə əks etdirən film və fotoşəkillərdən ibarət olan və beynəlxalq səviyyədə qadağan edilmiş pornoqrafiya növüdür. Bu cür filmləri və fotoşəkilləri çəkmək, hazırlamaq, yükləmək, yaymaq və paylaşmaq ağır cinayət işi hesab olunur. Uşaq pornoqrafiyası isə uşaqların pornoqrafiya vasitəsi kimi istifadə edildiyi nəşrlərdir. Bir çox ölkələrdə bu cür nəşrlərin yayılmasının qanunsuz olmasına baxmayaraq adıçəkilən sənaye sahəsi çox böyük sürətlə inkişaf etməkdədir. Hər il 2 milyon uşağın seks köləsi edildiyi və bu bazarın ümumi dəyərinin 20 milyard dollara çatdığı təxmin edilir. Bu işdə təkcə polisin gördüyü tədbirlər yetərli deyildir.
Uşaq qalası
Uşaq qalası — Laçın rayonu Quşçu kəndi ərazisində yerləşən orta əsrlər (XV əsr) qalası. Uşaq qalası Laçın rayonunun Quşçu kəndinin "Qalacıq" adlanan ərazisində inşa edilib. Qala çox-çox əvvəllər uçub dağılmış, 4-5 daş hündürlüyündə özülü qalmış qalanın heç bir təsviri günümüzə qədər gəlib çıxmamışdır.
Uşaq ədəbiyyatı
Uşaq ədəbiyyatı — Uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyat. == Azərbaycan uşaq ədəbiyyatı == Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda peşəkar uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı. Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Bu sahədə cəsarətli addımlar atan Nəriman Nərimanov hələ 1899-cu ildə "Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin, Sultan Məcid Qənizadə ilə birlikdə "Sovqat" (1896) adlı şəkilli uşaq jurnalı və "Məktəb" (1900) adlı elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. Rəşid bəy Əfəndiyev də "Uşaq bağçası" (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K. D. Uşinskinin təlimi – Q. N.) əsaslanaraq orijinal və tərcümə əsərləri, coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan ("Birinci il", "İkinci il"; "Üçüncü il") dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı. Bunlardan başqa, A. Şaiqin "Uşaq gözlüyü", "Gülzar", İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət "Ana dili" və b.