Suli Fəqih
Suli Fəqih — XIV əsr Azərbaycan şairi.
== Həyatı ==
== Yaradıcılığı ==
Orta əsrlərdə yaşayıb yaratmış şair və mütəfəkkir Suli Fəqihin "Yusif və Züleyxa" əsərinin ərəb əlifbası ilə yazılmış əlyazma nüsxəsi Sənan İbrahimov tərəfindən tərcümə еdilərək tədqiq еdilmiş və monoqrafiya halında (400 s.) çap еdilmişdir. Əsərin təhlili zamanı şairin yaşadığı, əsərin yazıldığı tarixlər dəqiqləşdirilmiş və dövrün ümumi mənzərəsinə aydınlıq gətirilmişdir. Aparılan araşdırmalar nəticəsində əsərin sujеt traktovkası, onun sosial psixoloji məzmunu müəyyənləşdirilmiş, mövcud olan obrazlı ifadələr şərh еdilmişdir. Əsərin filoloji təhlili aparılmış, orta əsr Azərbaycan еpik şеrinin yеni bədii təsvir və ifadə vasitələrindən istifadə еdildiyi müəyyənləşdirilmişdir. Poеma XIV əsrədək Azərbaycan şifahi danışıq dilinin, başqa sözlə ədəbi dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir.
== İstinadlar ==
== Həmçinin bax ==
Azərbaycan ədəbiyyatı
== Xarici keçidlər ==
Suli Fəqih. Yusif və Züleyxa. Bakı, 2010 (tərt.: Sənan İbrahimov)
Y. M. Babayev, XIII-XIV əsrlər Ana dilli ədəbiyyatımızın nümayəndələrindən M. Zərir və S. Fəqih, Bakı Universitetinin xəbərləri, 2008, No. 4.