Gülrux Əlibəyli
Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova (tam adı: Gülrux Sabir qızı Əlibəyli;12 yanvar 1928, Bakı – 15 fevral 2016, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1967), ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1974), professor (1978).
== Həyatı ==
Gülrux Əlibəyli 12 yanvar 1928-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirib. Daha sonra 1954–1958-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib.
== Fəaliyyəti ==
Gülrux Əlibəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1947–1952-ci illərdə müəllim kimi çalışıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 1958–1961-ci illərdə kiçik elmi işçi, yenə orada 1961–1962-ci illərdə böyük elmi işçi olaraq işləyib. Eyni zamanda 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim olub.
Gülrux Əlibəyli 1962–1965-ci illərdə Azərbaycan Mədəniyyət nazirinin müavini, 1965–1971-ci illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Həmçinin o, 1971–1974-cü illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda əvvəlc baş müəllim, sonra isə fəlsəfə 1974–1989-cu illərdə fəlsəfə kafedrasının professoru olub.
Habelə G. Əlibəyli bir müddət ədəbi yaradıcılıqla məşğul olmuşdur.