GÜNDOĞAN (dünyanın günçıxan tərəfi); DOĞU, GÜNÇIXAN, XAVƏR, MƏŞRİQ, ORİENT, ŞƏRQ Azərbaycan mənə gündoğan deyir; Türklər – doğu; Farslar – xavər; Ərəblər – məşriq; Qərblər – orient; Mən – Şərqəm; Şöhrətimdə-şanımda, al günəşlə şərikəm (X.Rza); Pəncərələri günçıxana açılan üççarpayılı, işıqlı və isti paltarda ona yer tapıldı (M.İbrahimov).