GECİKMƏK

f.
1. Vaxtında gəlməmək, vaxtından gec gəlmək; yubanmaq, gec çatmaq. Müsamirəyə gecikmək. Dərsə gecikmək. Qatar iki saat gecikdi.
[Lətifə] heç vaxt beş-on dəqiqədən artıq gecikməzdi. M.Hüseyn.
Gəmi gecikən zamanlarda yükdaşıyanlar və işçilər körpüdəki talvarın altına toplaşırdılar. Q.İlkin.
Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm də imtahanlara gecikəcəkdi. B.Bayramov.

2. Vaxtında olmamaq, ləngimək, təxirə düşmək. Qış gecikdi.
– Ancaq Nazlı … Çimnazın dediyinə əməl etməkdə gecikirdi. Ə.Əbülhəsən.
Bahar gecikirdi, havalar teztez dəyişirdi. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GECİKMƏK GECİKMƏK [Gülüş:] Ah, ata, sən gecikdin: anam səni gözlədi (M.Hüseyn); YUBANMAQ Sadovski: Siz bunları cənab şahzadəyə yazmalısınız, onlann Bakıya gəlm
  • GECİKMƏK ləngimək — yubanmaq

Antonimlər (əks mənalı sözlər)

  • GECİKMƏK GECİKMƏK – TƏLƏSMƏK Ziyana tələsdim, xeyli gecikdim; Bir də bu dünyaya gələcəyəmmi? (H.Hüseynzadə)
GECİKMƏ
GECQAYNAYAN

Digər lüğətlərdə

буквое́д внаки́дку ма́нтель окольцо́вывание перш по-жу́льнически покаря́бать порица́ться труборе́зочный удлиня́ться безопа́сный быть вити́йствовать рыбёшка коропавка крыжовник clay pigeon extempore foliated guard-fish hastiness выводной нескромный овсяной регулы