GİCƏLLƏNMƏK

baş(ı) gicəllənmək – müvazinət hissinin itirilməsi, gözlərin qaralması və başın hərlənməsi şəklində təzahür edən yarıbayğınlıq halında olmaq.
[Yaşlı kişi:] Burada, məsciddə kəsafətdən adamın başı gicəllənirdi. S.Hüseyn.
Sədrin sözündən Verdiyevin başı gicəlləndi. Mir Cəlal.
Səhər qatardan düşəndə yenə başım gicəlləndi, yerə yıxıldım. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİCƏLLƏNMƏK sarsılmaq — karıxmaq — çaşmaq — fırlanmaq

Etimologiya

  • GİCƏLLƏNMƏK Farsca qice “baş fırlanması” deməkdir. Söz də ondan əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
GİCƏLLƏNMƏ
GİCƏLLƏTMƏ

Digər lüğətlərdə

вы́щупать передви́нуться пе́щер ста́ршенький эталони́ровать кра́вчий ловчи́ть общеизве́стность пре... сглупи́ть славянизи́роваться яи́чко страус Maximilian picture palace Russian dandelion ruttish sestet shoe sunstroke third-degree burn безжалостный вытесать мановение формула