GUŞƏNİŞİN

GUŞƏNİŞİN [Çəmbərkəndli:] Guşənişin olub qalmışam, işim-peşəm televizora baxmaqdı (H.Abbaszadə); ASKET ..Səlimə həyatda ona xoş gələn nə varsa onu götürməyə can atırmı? Məgər o asketdirmi? (İ.Əfəndiyev); XANƏNİŞİN (köhn.) Əhməd bundan da diltəng olub həmişəlik xanənişin olub altı-yeddi sənə evindən çıxmadı (Ə.Haqverdiyev); MÜNZƏVİ Əbülhəsən bəy: ..katolik münzəvilərinə məxsus əski monastır çürük kəllələrin gözünə bənzəyən bacaları ilə qatarımıza baxırdı (M.S.Ordubadi); TƏRKİ-DÜNYA Pərişan İntizariyə: Səni – tərki-dünya bir qocanı aclar qorxudur (Ə.Məmmədxanlı); ZAHİD (məc.) Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar (Nəsimi).

GUŞƏ
GUŞVARƏ

Digər lüğətlərdə