HƏDƏF
HƏDƏLƏMƏ
OBASTAN VİKİ
Hədəf liseyi
Hədəf liseyi — "Hədəf Kursları" MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEAM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və "toxunaraq öyrənmək" prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. STEAM mərkəzli məktəb təhsili bütün dünyada sürətlə yayılır və müxtəlif ölkələrin rəsmi və akademik qurumları, təhsil sistemlərində STEAM təhsilinin təşviqi və dəstəklənməsi üçün əməkdaşlıq edirlər. UNESCO-nun mühəndisliyə dair hesabatında "mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki" olduğu bildirilir və cəmiyyətlərin inkişafında mühəndisliyin vacibliyinə baxmayaraq, hazırda və yaxın gələcəkdə mühəndis çatışmazlığının inkişafı ləngidən faktor olduğu və olacağı bildirilir. Hədəf Şirkətlər Qrupunun Hədəf liseyi, Hədəf kursları, Hədəf nəşrləri, Hədəf qlobal, Hədəf multimediya mərkəzi, Hədəf İdman Klubu və b. qolları da vardır. == Yaradılması == Hədəf liseyi 2018-ci ildə Şəmil Sadiq tərəfindən təsis edilmişdir.
Hədəf Bakıdır
Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu və ya qısaca Hədəf Bakıdır — İkinci Dünya müharibəsi barədə çəkilmiş sənədli film. == Məzmun == Film Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edir. Filmdə mühərriklər müharibəsi adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən — neft uğrunda döyüş mövqeyindən baxılır. 1941–1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun qara qızılı Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi. Filmdə bugünədək nümayiş etdirilməyən kinokadrlar restavrasiya olunaraq rəngli formatda təqdim edilir. == Haqqında == Film Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmişdir. Filmin layihə rəhbəri Arzu Əliyevadır.
Lazer hədəf təyinedici
Lazer hədəf təyinatçısı bir hədəfi təyin etmək üçün istifadə olunan lazer işığı mənbəyidir. Lazer təyinedicilər sırasıyla Paveway seriyası bombaları, AGM-114 Hellfire və ya M712 Copperhead mərmiləri kimi lazerlə idarə olunan bombalar, raketlər və ya həssas artilleriya sursatlarının hədəflənməsini təmin edir. Hədəf bir təyinedici tərəfindən qeyd edildikdə, şüa görünmür və davamlı parlamır. Bunun əvəzinə bir sıra lazer işığının kodlanmış impulsları atılır. Bu siqnallar hədəfdən göyə sıçrayır və burada lazerlə idarə olunan döyüş sursatında axtaran tərəfindən aşkar edilir və sursat özünü əks olunan siqnalın mərkəzinə doğru yönləndirir. Hədəfdə olan insanlar lazer aşkarlama avadanlığına sahib olmadıqca və ya onlara doğru yaxınlaşan təyyarələrin səsini eşitmədikləri halda, işarələnib-işarələnmədiklərini müəyyənləşdirmək onlar üçün olduqca çətindir. Lazer təyinatçılar ən yaxşı atmosfer şəraitində işləyirlər. Bulud örtüyü, yağış və ya tüstü, mövcud ərazi məlumatları vasitəsilə bir simulyasiyaya çatmazsa, hədəflərin etibarlı təyinatını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.
Hədəf Bakıdır (film, 2015)
Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu və ya qısaca Hədəf Bakıdır — İkinci Dünya müharibəsi barədə çəkilmiş sənədli film. == Məzmun == Film Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edir. Filmdə mühərriklər müharibəsi adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən — neft uğrunda döyüş mövqeyindən baxılır. 1941–1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun qara qızılı Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi. Filmdə bugünədək nümayiş etdirilməyən kinokadrlar restavrasiya olunaraq rəngli formatda təqdim edilir. == Haqqında == Film Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmişdir. Filmin layihə rəhbəri Arzu Əliyevadır.
Çətin hədəf (film, 1993)
Çətin hədəf (ing. Hard Target) — 1993-cü ildə Con Vu tərəfindən çəkilən ABŞ filmidir. Çens Budro Nyu Orlendda iş axtararkən atası küçədə öldürülmüş Nataşa ilə rastlaşır. Nataşa ondan atasının qatilini tapmağa kömək etməsini istəyir. Lakin Nataşa bilmir ki, Çensdə qatillərin əsas hədəflərindən biridir... Filmin final hissəsi gəmilərdə olmalı idi. Lakin Van Damm Con Vunu fikrindən daşındırır. Amma Con Vu bu hissəni başqa film üçün "Simasız" filmi üçün saxlayır. Final final hissəsində Lens Henriksenin paltosu yanmağa başlayır. Bu zaman onu bədəninə fikir verildikdə görülür ki, aktyor kaskadyorlar üçün nəzərdə tutulan xüsusi gel sürtmüşdür.
Qanlı yumruq 6: Hədəf nöqtəsi
"Qanlı yumruq 6: Hədəf nöqtəsi" (ing. Bloodfist 6: Ground Zero) — Don Vilsonun filmlərindən biridir. Agent Nik Korrinqan ABŞ hərbi bazasına məlumat paketi gətirmək üzrədir. Ancaq bu müddətdə hərbi baza Fouks adlı banda rəhbəri sayəsində ələ keçirirlir. Nik Fouks üçün böyük təhlükə törədəcəkdir. Bunun üçün Fouks onunla mübarizə aparmaq məcburiyyətindədir. Nik isə öz növbəsində hərbi bazanı azad etməlidir… Qanlı yumruq 6: Yerin səviyyəsi — Internet Movie Database saytında.
Coğrafi hədəfləmə
Coğrafi hədəfləmə — xüsusilə bir ölkədə yoxsulluğun azaldılması üçün resursların ayrılması üçün əlverişli bir yol. Bu baxımdan, dövlət xərcləri və siyasi müdaxilələri ən kasıb sahələrdə ən möhtac insanlara çatmaq üçün yerləşdirilə bilər.
Qanlı yumruq 5: İnsan hədəfi (film, 1994)
"Qanlı yumruq 5: İnsan hədəfi" (ing. Bloodfist V: Human Target) — Don Vilsonun filmlərindən biridir. Filmin adı" Qanlı yumruq 5: Canlı hədəf" və ya "Qanlı yumruq 5: Ölümcül hədəf" kimi də səslənir. FTB Agenti Cimmi Stenton banda heyətlərini izləyən zaman onlarla vuruşmağa məcbur olur. Ayılan zaman Cimmi 6 il komada qaldığını öyrənir. Ona kömək edən Elli isə onun həyat yoldaşıdır. Cimminin hal-hazırda yaddaşla bağlı problemi vardır. Bir gün onun üzərinə yenidən hücum edirlər və Cimmi yenə də sağ qalır. Artıq Cimmi bu işlə məşğul olmaq məcburiyyətindədir. Onun öhtəsinə iki əsas vəzifə düşür.
İnflyasiyanın hədəflənməsi
İnflyasiyanın hədəflənməsi (inflyasiyalı hədəfləmə, ing. inflation targeting) — son məqsədi qiymət sabitliyi olan pul siyasəti rejimi. Mərkəzi Bank faiz siyasəti vasitəsilə bunu təmin etmək üçün tədbirlər görür və həyata keçirdiyi siyasətin nəticələrinə görə ictimai məsuliyyət daşıyır. İnflyasiyanın hədəflənməsi ideyasının müəllifi kapital, qiymətlər və əmək haqqı nəzəriyyəsi ilə məşğul olan məşhur isveçli iqtisadçı Knut Vikseldir. 1896-cı ildə İsveç İqtisadi Assosiasiyasında keçirilən iclasda Viksel ilk dəfə belə bir fikri səsləndirdi ki, qiymət səviyyəsinin sabitləşdirilməsi mərkəzi bank siyasətinin əsas məqsədi olmalıdır. XIX əsrdə isə əksinə, heç kim şübhə etmirdi ki, mərkəzi bank məzənnəni istehlak qiymətlərinə deyil, qızılın qiymətinə nisbətən sabitləşdirməlidir. 1898-ci ildə Viksel yazırdı: “Əgər qiymətlər qalxarsa, faiz dərəcəsi artırılmalıdır; qiymətlər aşağı düşərsə, faiz dərəcəsi aşağı salınmalıdır; və faiz dərəcəsi bundan sonra qiymətlərin dəyişməsi bu və ya digər istiqamətdə əlavə dəyişiklikləri tələb edənə qədər yeni səviyyədə saxlanmalıdır”. Monetar orqanlar pul siyasətinin əsas (son) məqsədi kimi qəbul edilən kəmiyyət inflyasiya hədəfini müəyyən edir və ictimaiyyətə açıqlayır. Mərkəzi bank inflyasiyanın hədəflənməsini digər pul siyasəti rejimlərindən fərqləndirən faiz dərəcəsi siyasətinə (qısamüddətli faiz dərəcəsinin idarə edilməsi) əsaslanır. Pul siyasəti ilə bağlı qərarlar iqtisadi inkişaf və inflyasiya proqnozları da daxil olmaqla geniş məlumat kütləsinə əsaslanır.
Yaradılışın hədəfi (Hacı Şahin)
Yaradılışın hədəfi — Hacı Şahinin 2-ci kitabı. Hacı Şahin daha əvvəl Məşədi Dadaş məscidində "Cümə namazı" xütbələrində bu mövzuda danışıb. Kitab 2022-ci ildə Darul Hikmət Elm və Tədris Mərkəzi tərəfindən səsləndirilib. Bu kitab bir axtarış, insanda “niyə”, “nə üçün”, “nə vaxt” suallarını yaratma cəhdidir. Ola bilərmi, bu qədər rəngarəngliyin, sürətin içində dalana dirənmişik, bozluq hər tərəfdən bizi əhatələyib, hər şey “apdeyt” olsa da, əslində, heç nə dəyişmir? Hacı Şahin Həsənli “Yaradılışın hədəfi” kitabında hazırda dəbdə olan “liberalizm”, “plüralizm”, “sağçılıq”, “solçuluq” anlayışlarını təhlil etməyə çalışır, dalandan qurtulmaq üçün alternativ yollar təqdim edir. Və bu təşəbbüsdə çağdaş dünya perspektivinin qeyri-kafiliyi, insanın daxili potensialını tamlıqla görə bilməmə faktı aşkara çıxır. Müəllifin fikrincə, inanclı təbəqə də bu proses zamanı nostalgiyaya qapılmaq, marginallaşma, dini yalnız bir baxış bucağından görmək kimi problemlərlə üzləşib.
Qanlı yumruq 5: İnsan hədəfi
"Qanlı yumruq 5: İnsan hədəfi" (ing. Bloodfist V: Human Target) — Don Vilsonun filmlərindən biridir. Filmin adı" Qanlı yumruq 5: Canlı hədəf" və ya "Qanlı yumruq 5: Ölümcül hədəf" kimi də səslənir. FTB Agenti Cimmi Stenton banda heyətlərini izləyən zaman onlarla vuruşmağa məcbur olur. Ayılan zaman Cimmi 6 il komada qaldığını öyrənir. Ona kömək edən Elli isə onun həyat yoldaşıdır. Cimminin hal-hazırda yaddaşla bağlı problemi vardır. Bir gün onun üzərinə yenidən hücum edirlər və Cimmi yenə də sağ qalır. Artıq Cimmi bu işlə məşğul olmaq məcburiyyətindədir. Onun öhtəsinə iki əsas vəzifə düşür.

Digər lüğətlərdə