HƏRC-MƏRCLİK

HƏRC-MƏRCLİK [Əmiraslan ağa:] Belə hərc-mərclik onun kimi dilsiz-ağızsız tələfə gedə bilərlər (S.S.Axundov); ANARXİYA Səlimə: Xeyr... Onda anarxiya olardı (İ.Əfəndiyev); HƏRC-MƏRC Konsul: Məmləkət məhv olur, hərc-mərc gündəngünə artır... (M.S.Ordubadi); XAOS ..Həyat, baş açılmaz bir xaosa çevriləcək.. (M.İbrahimov); İĞTİŞAŞ Rizvan: Cəbhələrdə vuruşan ordu və dənizçilər içərisində də iğtişaş var (A.Şaiq); İXTİLAL Əbülhəsən bəy: O deyir ki, biz iştirakiyun firqəsi kimi, dini mədəniyyətə zidd hesab etmirik, çünki əsası din üzərində qurulmayan mədəniyyətin axırı ixtilaldan ibarətdir (M.S.Ordubadi); QARĞAŞALIQ Kəndə ikitirəlik; Bir də ki, qarğaşalıq; Salib, Pirəli etdi; Açıq-aydın paşalıq (M.Rahim); QARIŞIQLIQ Nə bilim, deyirlər ki, Zəncan tərəfdə qarışıqlıqdır (Mir Cəlal); ŞULUQLUQ Cavan oğlan: Şuluqluqdan qardaş qardaşı itirir (Mir Cəlal); HƏRKİ-HƏRKİLİK (bax); HÖKUMƏTSİZLİK, NİZAMSIZLIQ.

HƏRBİYYƏLİ
HƏRCAYİ

Digər lüğətlərdə