HƏYASIZLIQ [Hacı Qafar:] Gördün ki, mən sənə əvvəldən bunların həyasızlıqlarını demədimmi (M.S.Ordubadi); ABIRSIZLIQ Müqim bəy: Qudurğanlıq, böyük-kiçik saymamaq, bu qaydada ağanın üzünə ağ olmaq, həyasızlıq, abırsızlıq eləmək (S.Rəhimov); ARSIZLIQ Sibulya: Əgər arsızlığıma salmasaydım, çoxdan ölmüşdüm (S.Vəliyev); BİHƏYALIQ Əgər xan məndən bu bihəyalığı eşitsəydi, yəqin ki, xan kimi cuşa gələrdim (N.Vəzirov); UTANMAZLIQ Hatəm: Qarşında utanmazlıq edirəm, arvad gündə iki sərnic süd sağırdı (Ə.İldırımoğlu); SIRTIQLIQ Mayanın üzündə və gözlərində heç bir biclik, sırtıqlıq və ya bayağılıq yox idi (M.İbrahimov).