HİYLƏGƏR

sif. [ ər. hiylə və fars. …gər]
1. Hiylə işlədən, kələkbaz, fəndgir, bic, məkrli. Hiyləgər adam.
[Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq.
Dünyanın ən hiyləgər, mahir kələkbazları; Saat ilə təqvimə əl qata bilmədilər; Yalnız vaxtı, zamanı aldada bilmədilər. B.Vahabzadə.

// məc. Eyni mənada bəzi heyvanlar haqqında. Hiyləgər tülkü.
– Görünür ki, kəndə dadanmış bu qurd çox təcrübəli və hiyləgər bir qurd idi. M.Rzaquluzadə.

2. Hiylə ifadə edən. Hiyləgər baxış. – Cəfər hiyləgər bir təbəssümlə göz vurdu və qonaqları sakit eləyə-eləyə: – Qardaş, hər sirr Allah yanındadır, – [dedi] Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HİYLƏGƏR diribaş — cəld — zirək — çevik
  • HİYLƏGƏR xain — məkrli — iblis — şeytan
  • HİYLƏGƏR kələkbaz — fəndgir — bic — fırıldaqçı — haramzada — cüvəllağı
  • HİYLƏGƏR HİYLƏGƏR Dedi: – Rədd ol, hiyləgər! Lovğalanma bu qədər! (A.Şaiq); BİC Kəndlilər arasında belə bir söz gəzirdi ki, Şahbaz bəy bic adamdır

Antonimlər (əks mənalı sözlər)

  • HİYLƏGƏR HİYLƏGƏR – MƏRD Böyük bir yazıçı deyib ki, bic və hiyləgər adamlar hamını aldadıb tora sala bilərlər (M
HİYLƏBAZLIQ
HİYLƏGƏRCƏSİNƏ
OBASTAN VİKİ
Ədəbiyyat hiyləgərlərin siyahısı

Digər lüğətlərdə