Hürmələk təpəsi (Aslanbəyli)
Aslanbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
== Toponimikası ==
Kəndin adı tayfa başçısının (Aslan bəy) adından yaranmışdır. Keçmiş adı da Aslanbəyli olmuşdur. Sovet vaxtı yaşayış məntəqəsi inqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır.
== Tarixi ==
Kəndin çox qədim tarixi var. Kənddə tunc dövrünə məxsus 5 ədəd kurqan yerləşir. Qədimdə incə dərəsində İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır.Bunlardan ən qədimi "İncu" (Aslanbəyli) tayfasıdır.[mənbə göstərin]
1982-ci ildə kənd ərazisinin bir hissəsi Sov. İKP Mərkəzi Komitəsinin qərarı ilə Ermənistan SSR-yə verilmişdir.
Sovet dövründə kənd bolşevik inqilabçısı Əli Bayramovun adı ilə "Əli Bayramlı" adlandırılmışdır. 29 may 1996-cı ildə ad dəyişdirilərək "Aslanbəyli" adı bərpa edilmişdir.