HƏRİRİ

ə. 1) ipəkdən toxunmuş, ipəkdən olan // ipək, qumaş; 2) m. ipək kimi yumşaq.

HƏRİR
HƏRİS
OBASTAN VİKİ
Həriri evi
Həriri evi (fars. خانه دكتر حريري‎) — Təbrizdə Tərbiyət küçəsində yerləşən, XIX əsrdə Qacarlar dövründə tikilmiş tarixi ev. Gözəl memarlıq xüsusiyyətlərinə görə milli irs siyahısına əlavə edilib. 2017-ci ildən etibarən binada "Azərbaycan Mətbuat Muzeyi" fəaliyyət göstərir. == Haqqında == Həririnin evi XIX əsrdə Təbrizdə tikilib. Bina Qacar dövrünə aiddir, iki blokdan ibarət olan və qibləyə üzləşən evin həm daxili və həm xarici həyəti var. Divarlarda olan çoxsaylı rəsmlər, müxtəlif dizaynlar və rənglər doktor Həririnin evini Təbrizdəki digər köhnə evlərdən fərqli edib. Həriri evinin otaqları hər kəsi heyrətə gətirən, unikal divar rəsmləri ilə bəzədilib. Bina 17 yanvar 1999-cu ildə milli abidə olaraq qeydə alınıb.Binanın xarici orijinal Qacar sənətinin təzahürüdür. Evin daxilində divarlara çəkilmiş rəsmlər isə Quran, Yusif və Züleyxa hekayəsi və digər tarixi hekayələr kimi qədim mifoloji mövzulardan ilhamlanaraq çəkilib.
Rafiq Həriri
Rəfiq Bəhaəddin əl-Həriri (ərəb. رفيق بهاء الدين الحريري‎; 1 noyabr 1944, Sayda – 14 fevral 2005[…], Beyrut) — Livanın sabiq baş naziri. == Həyatı == Rəfiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sayda şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanı na yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti biznesində toplayır.Beynəlxalq Məhkəmə Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə bağlı rəsmi araşdırma prosesinə start verib. Güman edilir ki, işin bütün məqamlarını əhatə etmək üçün Haaqa məhkəməsinə 5 il vaxt tələb oluna bilər. Məhkəmə mərhələsindən əvvəl BMT-nin xüsusi komissiyası Həririnin qətli ilə əlaqəli 4 il ərzində təhqiqat aparıb. BMT-nin son hesabatında qətlin cinayət qruplaşma tərəfindən təşkil olunduğu bildirilir. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rəfiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdür. Suriya Rəfiq Həririnin qətlilə əlaqəli olduğu barədə Amerika tərəfindən səslənən iddiaları rədd edir.
Rəfiq Həriri

Səəd Həriri
Səəd əl-Həriri (ərəb. سعد الحريري‎; tam adı Sə’dəddin Rəfiq əl-Həriri; ərəb. سعد الدين رفيق الحريري‎; 18 aprel 1970[…], Ər-Riyad) — livanlı siyasətçi və milyarder, 2016- ci ildən etibarən Livanın baş naziri olmuşdur. Həmçinin, o, 2009-cu ilin noyabr ayından 2011-ci ilin iyun ayına qədər Baş nazir vəzifəsində çalışmışdır. O, 2005-ci ildə öldürülən keçmiş Livan baş naziri Rəfiq Həririnin ikinci oğludur. Həriri, 2005-ci ildən "Gələcək hərəkatı "nın lideri olmuşdur. O, 14 mart Koalisiyasının "ən güclü namizədidir". 3 il xaricdə yaşadıqdan sonra 2014-cü il 8 avqustda Livana döndü və 3 noyabr 2016-cı ildə baş nazir təyin edildi. 4 noyabr 2017-ci ildə Səudiyyə dövlət televiziyasında yayımlanan Həriri'nin istefa etmək niyyəti gözlənilməz olmuş, İran-Səudiyyə Ərəbistan vasitəçilik müharibəsinin Livanda bir hissəsi kimi qəbul edilmiş və Livan və Səudiyyə Ərəbistanı arasındakı mübahisəyə səbəb oldu. Prezident Mişel Övnün çıxışından sonra 5 dekabrda Həriri istefasını təxirə saldı.
Təll-Həriri
Mari və ya Təll-Həriri (ərəb. تل حريري‎) — indiki Suriyada qədim sami şəhəri. Şəhərin xarabalıqları Fərat çayının qərb sahilində yerləşən Əbu-Kamal şəhərindən 11 kilometr (6.8 mil), Deyr-əz-Zor şəhərindən 120 kilometr (75 mil) uzaqlıqdakı bir təll üzərində yerləşir. Şəhər e.ə. 2900 və e.ə. 1759-cu illərdə ticarət mərkəzi və hegemon dövlət kimi çiçəklənmişdir. Şəhərin salınmasının səbəbi Fərat çayı üzərindəki ticarət yollarının mərkəzində yerləşməsi idi. Bu, şəhəri Şumer və Levant arasına salmışdır. Mari ilk dəfə e.ə. XXVI əsrin ortalarında tərk edilmişdir, lakin daha sonra – e.ə.
Əli Həriri
Əli Həriri (kürd. Elî Herîrî) və ya Şeyx Əhməd Botani (1009 – 1079) — kürd şairi. O, kurmanc dilində yazırdı, klassik kürd sufi ədəbiyyatında qabaqcılı və kürd ədəbi ənənəsinin banisi hesab olunur. == Həyatı == Həriri 1009-cu ildə Botanın Hakkari mahalına bağlı Hərir kəndində anadan olmuşdur. Onun adını ilk dəfə XII əsrdə Əhməd Xani çəkmişdir və onun haqqında məhdud məlumatlar məlumdur. Həririnin poeziyası məhəbbət, Kürdüstan sevgisi, onun gözəl təbiəti və xalqının gözəlliyi üzərində qurulmuşdur. Şeirləri məşhur idi və bütün regiona yayılmışdı. Tarixçi Muhibbinin məlumatına görə, Həriri təhsil almaq üçün Dəməşqə köçmüşdür. Onun molla olduğu güman edilən Şeyx Əhməd adlı bir oğlu var idi.O, 1079-cu və ya 1080-ci ildə Cizrədə vəfat etmişdir. Onun məzarı müqəddəs yer sayılır və hər il çoxsaylı insan tərəfindən ziyarət edilir.
интеллектуализи́роваться их пе́ние уда́бриваться удо́бно цека́ эксцентри́чно та́йно турбореакти́вный самолёт шуто́вка алембик death cry doss downstage Great Salt Lake hero-worshipper icehouse misgiven prone run off truthfulness two-storied девятилетний опивки сотрудничество