İRTİZA
İRZ
OBASTAN VİKİ
İrvayn (Kaliforniya)
İrvin (ing. Irvine) — ABŞ-nin Kaliforniya ştatının Orindj əyalətində yerləşən şəhərdir. Əhalisi 223 729 nəfərdir (2012). Burada Kaliforniya Universitetinin filialı, həmçinin Blizzard Entertainment, Broadcom və Verizon Wireless kimi nəhəng şirkətlərin ofisləri yerləşir. İrvin əsasən orta məktəb təhsilinin yüksək olması ilə məşhurdur. 2008 -ci ildə təhsilsəviyyəsinin göstəricilərinə görə bu şəhər ABŞ üzrə 4-cü yerə, yaşayış səviyyəsinin göstəricilərinə görə isə 5-ci yerə layiq görülüb. Bundan əlavə Federal Təhqiqat Bürosu 2010-cu ildə əhali sayı 100 000 nəfərdən çox olan şəhərlər arasında cinayətkarlıq səviyyəsi ən aşağı olan şəhər elan etmişdir. 2008-ci ildə İrvayn əhali sayı 65 000 nəfərdən çox olan şəhərlər arasında əhalinin orta aylıq gəlirinə görə yeddinci yeri tutmuşdur. == Demoqrafiya == ABŞ əhalisinin 2010-cu il siyahıyaalma məlumatlarına görə İrvinin əhalisi 212 375 nəfər təşkil edir. Əhalinin sıxlığı hər km² 1233,9 nəfərdir.
İrvayn Kaliforniya Universiteti
İrvayn Kaliforniya Universiteti (ing. University of California, Irvine) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının İrvayn şəhərində yerləşən ali təhsil müəssisəsi.