İŞGÜZARLIQ

İŞGÜZARLIQ – BACARIQSIZLIQ O, Məşədibəyin işgüzarlığını, möhkəmliyini, Məşədibəy isə onun kəsərli yazı üsulunu bəyənirdi (M.Hüseyn); Onun bacarıqsızlığı barədə sonra danışarıq.

İŞGÜZARLIQ – TƏNBƏLLİK Çünki onu tanıyırdı, işgüzarlığına bələd idi (Mir Cəlal); Bağban əmi, özün demirdin ki, çox yatmaq tənbəllik əlamətidir (Y.Əzimzadə).

İŞGÜZAR
İŞIQ
OBASTAN VİKİ
İşgüzarlıq
İşgüzarlıq — insanın hərtərəfli inkişafında, formalaşmasında mühüm amil, onun ətraf mühitə, əşya və hadisələrə fəal münasibəti, məqsədə nail olmaq üçün mütəşəkkilliyi. İşgüzarlıq insanın cəmiyyət və Vətən qarşısında vəzifə borcunu, şəxsi tələbatını, maraq və arzusunu, niyyət və hissini yerinə yetirmək məqsədi gudür. İşgüzarlıq insani keyfiyyətlərin mahiyyət və xarakterindən asılı olaraq, müəyyən məqsədə nail olmasında şəxsiyyətə imkan və şərait yaradır, qarşıya çıxan çətinlik və maneələri aradan qaldırmağa kömək edir, həmişə konkret məqsəd daşıyır və müəyyən müsbət nətiçəyə gətirir, beyinin fəaliyyətini, insanın fiziki və zehni əməl marağını artırır. İşgüzarlıq insanın daxili və xarici aləminin vəhdət şəklində inkişafını təmin edir. Bu prosesdə gənclərdə zəngin həyat təcrübəsi toplanır, psixoloji xüsusiyyətlər inkişaf edir, nəhayət müstəqillik yaranır. İşgüzarlıq məktəbəqədər yaşlı uşaqlarda müxtəlif oyunlarla başlanır, məktəbə hazırlıq işinə xidmət edir, uşağın hərəkətlərini tənzimləyir. Müxtəlif oyunlar vasitəsilə uşaq bir qism əmək işlərinin yerinə yetirilməsinə qoşulur. Məktəb yaşlarında işgüzarlıq təlim-tərbiyə işlərinin getdikçə mürəkkəbləşməsi ilə ifadə olunur.

Digər lüğətlərdə