KARA YOLU

şose
KARA YAZI
KARABET
OBASTAN VİKİ
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Kara-Kul
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" — qara, "Kul" — göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur. == Əhalisi == 2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər. == Coğrafiyası == Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek — Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir. == Tarixi == Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su-elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir. 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi. == Coğrafiyası == Şimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır.
Kara-angolam
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Kara (albom)
Kara - Türk müğənni və bəstəkarı Soner Sarıkabadayının debut albomu. == Albom haqqında == 2010-cu ildə Buz adlı mahnısı ilə hitə çevrilən və ən əsası onu tanıtdıran Soner Sarıkabadayının ilk albomu Kara ifaçı üçün musiqi karyerasına bir başlanğıc olub. İfaçının Kara albomunu dinləyəndə tanıdığınız klassik pop albomlarından fərqli olduğunu anlaya bilərsiniz. Albomda 10 mahnı və 3 sound mix yer alıb. Albomun prodüserliyi Naci Bayşu, digər təşkilat işləri Mehmet Çelik və Gökhan Turan tərəfindən aparılmışdır. Gün Doğmaz, Yanıyorum, Arama, Alev Alev, Yalan Değil, Adalatin albomun seçilən mahnılarındandır. Kara albomuna adını verən və klip çəkilən mahnı həm də çıxış sinqlıdır. Albom 2001-ci ildə Bay Müzik etiketi ilə yayımlansa da 2010-cu ildə Esen Müzik etiketi ilə yenidən CD şəklində satışa çıxarılmışdır.
Kara Bono
Kara Bono (ing. Cara Buono; 1 mart 1974 və ya 1 mart 1971, Bronks, Nyu-York ştatı) — amerikalı aktrisa. Əsasən Qəribə şeylər (2016-cı ildən) serialı və Halk (2003) filmi ilə tanınır. == Həyatı və təhsili == Bono 1 mart 1974-cü ildə Nyu-York şəhərinin Bronks bölgəsində italyan ailədə dünyaya gəlmişdir. İki qardaşı və bir bacısı var. Bono Forelle Laquardiya tam orta məktəbində təhsilini almışdır. Daha sonra isə Kolumbiya Universitetində ingilis dilində siyasət ixtisasında bakalavr təhsili almışdır. Bakalavr diplomunu üç ildə əldə etmişdir. == Karyerası == Bono ilk aktrisalıq təcrübəsini 12 yaşında "Kabus ev" tamaşasında yaşamışdır. Bono film karyerasına Etan Hok və Ceremi Ayrons ilə brilikdə "Su ölkəsi" filmində başlamışdır.
Kara dənizi
Kara dənizi (rus. Карское море) — Şimal Buzlu okeanın ucqar dənizi. Dənizin adı hövzəsinə aid olan Kara çayının adından götürülüb. Öz növbəsində, çayın adı da alman əsilli Karanın adıyla bağlıdır. == Fiziki-coğrafi vəziyyət == Dəniz Avrasiyanın şimal sahiliylə və adalarla - Yeni Torpaq, Frans-İosif Torpağı, Şimal Torpağı, Heyberq adaları ilə əhatə olunub. Dənizin şelf qatında çoxlu adalar vardır. Dənizin orta dərinliyi 50 — 100 metr arasında dəyişir, ən dərin yeri 620 metrdir. Sahəsi 893 400 km²-dir. Dənizə çoxlu çay tökülür: Ob, Yenisey və s. Buna görə duzluluq əhəmiyyətli dərəcədə dəyişilir.
Rasim Kara
Rasim Kara (d. 10 iyun 1950, Əskişəhər) — Çərkəz əsilli Türkiyə milli futbol komandasının keçmiş qapıçısı və məşqçisidir. Rasim Kara " Beşiktaş "a həm futbolçu, həm də məşqçi kimi xidmət edən nadir adlardandır. Futbola Eskişehir Işıksporda qapıçı olaraq başlayan Kara, Uşakspor'dan Bursaspora transfer oldu. Oradan Türkiyə milli futbol komandasına yüksəldi. 1972–73 mövsümündə Osman Uçanerin ehtiyat oyunçusu kimi heyətə daxil olan Kara, 1972-ci il oktyabrın 15-də Mersin İdman Yurdu ilə oynanan liqa matçında matçında debüt etdi. Növbəti mövsümdə Bursaspor Türkiyə Kubokunun sahibi oldu. 1974–75 mövsümü Karanın özünü göstərdiyi mövsüm idi. O, bir kubok matçından başqa bütün matçlarda "Bursaspor"un qapısını qoruyub. UEFA Kubok Qalibləri Kubokunun 1/4 final mərhələsində çıxış edən komandanın 6 oyununda meydana çıxan Kara bu qarşılaşmaların yarısında qol buraxmayıb.
Kara's Flowers
Maroon 5 (Marun fayv) — Los-Ancelesdə yaradılan, amerikan pop-rok qrupu. 1994–2001-ci illərdə "Kara's Flowers" adı altında fəaliyyət göstərmişdir. == Diskoqrafiya == "Kara's Flowers" adı ilə: The Fourth World (1997) "Maroon 5" adı ilə: Songs About Jane (2002) 1.22.03.Acoustic (2004) Live — Friday the 13th (2005) It Won't Be Soon Before Long (2007) The B-Side Collection (2007) Live from SoHo (2008) Live from Le Cabaret (2008) Call and Response: The Remix Album (2008) Hands All Over (2010) == Klipləri == 2003 — Harder To Breathe 2004 — This Love 2004 — Sunday Morning 2004 — She Will Be Loved 2007 — Won't Go Home Without You 2007 — Wake Up Call 2007 — Makes Me Wonder 2008 — If I Never See Your Face Again (feat. Rihanna) 2008 — Goodnight Goodnight 2010 — Misery 2010 — Give A Little More 2010 — Hands All Over (mahnı) 2011 — Never Gonna Leave This Bed 2011 — Runaway 2011 — Moves Like Jagger (feat. Kristina Aqilera) 2012 — Payphone (feat.
Kara's Flowes
Maroon 5 (Marun fayv) — Los-Ancelesdə yaradılan, amerikan pop-rok qrupu. 1994–2001-ci illərdə "Kara's Flowers" adı altında fəaliyyət göstərmişdir. == Diskoqrafiya == "Kara's Flowers" adı ilə: The Fourth World (1997) "Maroon 5" adı ilə: Songs About Jane (2002) 1.22.03.Acoustic (2004) Live — Friday the 13th (2005) It Won't Be Soon Before Long (2007) The B-Side Collection (2007) Live from SoHo (2008) Live from Le Cabaret (2008) Call and Response: The Remix Album (2008) Hands All Over (2010) == Klipləri == 2003 — Harder To Breathe 2004 — This Love 2004 — Sunday Morning 2004 — She Will Be Loved 2007 — Won't Go Home Without You 2007 — Wake Up Call 2007 — Makes Me Wonder 2008 — If I Never See Your Face Again (feat. Rihanna) 2008 — Goodnight Goodnight 2010 — Misery 2010 — Give A Little More 2010 — Hands All Over (mahnı) 2011 — Never Gonna Leave This Bed 2011 — Runaway 2011 — Moves Like Jagger (feat. Kristina Aqilera) 2012 — Payphone (feat.
Kara-Kıs Munzuk
Kara-Kıs Munzuk (tıva Кара-Кыс Номзат-уруу Мунзук 15 sentyabr 1918 – 18 dekabr 1995, Kızıl) — Sovet Tıva müğənnisi, aktrisa, şairə, Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti. == Bioqrafiyası == Kara-Kıs Munzuk 1918-ci il sentyabrın 15-də Uryanxay vilayətinin Çal-Kejiq kəndində yoxsul ovçu-arat Nomzat Oyunun böyük ailəsində anadan olmuşdur. Cəmi iki yaşında ikən anası Natpit ölür. Bu zaman onun kiçik qardaşı Bice-ool yalnız altı aylıq idi. Ailənin daha sonra Böyük Vətən Müharibəsi zamanı könüllü olmuş (o vaxt Tıva müstəqil Tıva Xalq Respublikası idi), 1944-cü ildə Ukraynadakı döyüşlərdə həlak olmuş böyük oğlu Tunqulak da var idi. Oyun qəbiləsindən olan Nomzat ata qızı qohumlara tərbiyəyə verir. Qız Bəy-Haak kəndindəki ibtidai məktəbə gedənə qədər yurtlarda yaşamışdır. Məktəbdə onun ifaçılıq istedadı özünü büruzə verir. Bundan sonra xalq mahnılarını səsləndirməyə başlayır. 1934-cü ildə Qızıl Birləşmiş Məktəbinə pedaqoji kursa daxil olur, həvəskar tamaşalarda iştirak edir.
Kara darvazası (boğaz)
Kara Darvazası boğazı (rus. Карские Ворота) - Yeni Torpaq adasını Vayqaç adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 33 km, eni 50 km, dərinliyi 7 m-dən şərqdə isə 230 m arasında dəyişir. Boğazda temperatur yay ayları 13,5 S, orta illik isə 0,9 S təşkil edir. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bununla belə Qolstrim cərəyanının təsiri ilə bəzən qışda belə buzla örtülmür. Boğazın qərbində Peçora dənizinin cənub-şərqi ilə əhatələnir. Boğaz öz yerləşməsinə görə Yeni Torpaq arxipelaqının cənubunda yerləşir və Şimal Buzlu okeanından keçən Şimal dəniz yolunun bir qolunu təşkil edir.
Kara harp okulu
Türkiyə Quru Qoşunları Akademiyası — Türkiyədə Milli Müdafiə Universiteti nəzdində Ali Hərbi Təhsil müəssisəsidir. == Yaranması == Məktəbi Hərbiyəyi Şəhanə, Sultan II. Mahmudun əmri ilə 1834-cü ildə qurulmuşdur. Başlanğıcda təhsilin bütün pillələrində fəaliyyət göstərən Hərbiyə, ilk məzunlarını 1841-ci ildə verə bilmişdir.1845-ci ildə Hərbi Liseylərin qurulması və eyni il edilən proqram inkişaf etdirmə çalışmaları nəticəsində Hərbiy ə, təhsil müddəti 4 il olan bir orta ixtisas məktəbi adını qazanmışdır. Hərbiyə, 1908-ci ilə qədər keçən müddət ərzində xüsusilə piyada və süvari zabitlərini yetişdirmişdir.1905-ci ildə beş ordu mərkəzində açılmış Ədirnə, Monsatr, Ərzincan, Şam və Bağdad Hərbi Məktəbləri qısa bir müddət ərzind ə bağlanmışdır. Bundan sonra İstanbuldaki Hərbiyə Məktəbi, təlim və tədrisə davam etmişdir. Ard-arda baş vermiş müharibələr zamanında sürətləndirilmiş bir təhsil proqramı təşkil edərək cəbhələrə zabit yetişdirən Hərbiyə, Mütarəkə zamanında 1 iyul 1920-ci ildə Ankarada Abidin Paşa Köşkündə təhsil və təlimə başlamışdır. Hərb Məktəbi, ilk məzunlarını 1920-ci ildə vermişdir. Lozan Müqaviləsinin imzalanmasından sonra Hərb Məktəbi, təkrardan İstanbulda təhsilə başlamışdır. Quru Qoşunlar Məktəbinin yeri 25 Snetyabr 1936-cı il tarixdə Ankaraya köçürülərək yeni təhvil verilmiş binasında təhsilə başlamışdır. İki il olan təhsil müddəti 1948-ci ildə 3 il, 1963-cü ildə 2 il və 1971-ci ildə 3 il olaraq hazırlanmışdır.1974-cü ildən etibarən 4 illik bakalavr təhsili proqramına başlamışdır.
Köhnə Kara (Askın)
Köhnə Kara (başq. Иҫке Ҡара, rus. Старая Кара) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 46 km, kənd sovetliyindən (Starıy Kazansı): 11 km. ən yaxın dəmiryol stansiyasından (Keuda stansiyası): 88 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (96%) üstünlük təşkil edir.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Ruskaya Kara (Askın)
Ruskaya Kara (başq. Урыҫ Ҡара, rus. Русская Кара) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 45 km, kənd sovetliyindən (Starıy Kazansı): 10 km. ən yaxın dəmiryol stansiyasından (Keuda stansiyası): 88 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (100%) üstünlük təşkil edir.
Yeni Kara (Askın)
Yeni Kara (başq. Яңы Ҡара, rus. Новая Кара) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazançi kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 46 km, kənd sovetliyindən (Starıye Kazançi): 11 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 89 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə milli tərkib baxşmından başqırdlar (99%) üstünlük təşkil edir.
Çırpınırdı Kara deniz
Çırpınırdı Qara dəniz — Azərbaycanda və Türkiyədə çox populyar olan, dinləyicilərə vətənpərlik ruhu aşılayan mahnı. Mahnı Azərbaycanın dahi şairi Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra 1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranmışdır. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib. "Çırpınırdı Qara dəniz" şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şer kitabı olan "Dalğa"da da dərc olunub. Mahnı Azərbaycanda iki ifaçının ifasında daha populyardır. Bunlar Azərin və Şəmistan Əlizamanlıdır. Xüsusən, bu mahnı Türkiyədə Azərinin ifasında çox sevilir. Son dövrlərdə mahnı ermənilər tərəfindən erməni aşığı Sayat Novanın əsəri kimi "Kamança" adıyla təqdim edilməkdədir. Eyni zamanda həmin plagiat mahnının Daşnaksütyun Partiyasının himni olması da iddia edilir.
Fərqlənmə yolu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Göy yolu
Göy yolu — türk və altay xalq mədəniyyətində və mifologiyasında Süd Yolu. Gökyolu, Kökzol və ya Gökcol da deyilir. Səmada bir yol kimi görünən qalaktika. Günəş sistemi bu qalaktika içərisindədir. Nağıl qəhrəmanlarının yenə bu yoldan keçdikləri izah edilər. Eyni mənalı olaraq "Ordu yolu" təbiri də istifadə edilir. Bəzən Quş yolu olaraq da ifadə edilər. Ancaq bu təbir çox məşhur deyildir. == Ordu yolu == Ordu yolu; türk, altay, macar və monqol mifologiyasında və xalq mədəniyyətində Süd yolu deməkdir. Urdazol və ya Ordacol olaraq da deyilər.
Kanat yolu
Kanat yolu — bir-birindən uzaq iki yer arasında, havada gərilmiş olan bir və ya bir neçə polad kəndir üzərində bağlanaraq yol alan asılı nəqliyyat vasitəsinə verilən ümumi addır. Kanat yolu lift prinsipiylə işləyib, xüsusilə vadi keçişlərində eynilə bir helikopter kimi yer səthindən olduqca yüksək nöqtələrə qalxa bilir. Kanat yolu nəqliyyat üçün çətin olan yüksəkliklər arasında qurulur. Bir dəniz ya da boğaz üzərində mövcud olanları da vardır. Kanat yolunun qurulduğu yerlər — quru, dəmir və dəniz yolu ilə nəqliyyatı çox çətin ya da çox bahalı olan bölgələrdir. Bu cür bölgələrdə müəyyən iki nöqtə arasında qurulan kanat yolu, insanların daşınması üçün istifadə olunur. İnsanların daşındığı kanat yollar polad kəmərlərlə asılı sərnişin kabinlərindən ibarətdir. Ümumiyyətlə tək istiqamətə və tək kəndir dolaşımlı olan kanat yolu sistemləri iki və daha çox polad kəndir ilə də hazırlanmaqdadır. Burada bir kəndir çəkici digər kəndir daşıyıcı kəndir vəzifəsini yerinə yetirir. Kanat yolu sistemləri polad kəndirə bağlama aparatı olan KLEM (Grip) vasitəsilə bir-birindən ayrılır.
Krallıq yolu
Krallıq yolu — e.ə. V əsrdə İran şahı I Dara tərəfindən salınmış yol. Herodotun əsərlərindən məlumdur. İran imperiyası süquta uğradıqdan və Selevkilər dövləti yarandıqdan sonra da yolun bir hissəsi kral sülaləsinin padşahları və qoşunları tərəfindən istifadə olunmağa davam etmişdir. Sarddan o zamanlar imperiyanın mühüm limanı olan Efesə gedən yolun bir hissəsini məhz onlar çəkmişdir. Daha sonra qismən Roma Respublikası və imperiyası, daha sonra Bizans imperiyası dövründə istifadə edilmişdir. Suzdan Sarda qədər uzanan krallıq yolunun uzunluğu təxminən 3,400 kilometr (2,100 mil) idi.
Lenin yolu
Lenin yolu (alm. Lenins Weg‎) — 1932-1936-cı illər ərzində Helenendorf və bir müddət sonra Bakı şəhərində nəşr olunmuş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin dəstəyi ilə nəşr edilmişdir. Lenin yolu qəzeti Qafqaz almanları arasında kommunist ideyalarının yayılmasına hesablanmışdı.
Likiya yolu
Likiya yolu (türk. Likiya yolu) — Türkiyə, qədim Likiyanın dəniz sahili boyu uzanan turist marşrut yolu. Uzunluğu 509 km olan bu yol Fəthiyəni Antalya ilə birləşdirir. == Ümumi məlumat == Antik Likiya ərazisi Teke yarımadasında yerləşir. Likiya yolu bu ərazidə olan həm tarixi, həm də coğrafi obyektləri birləşdirir. Yol antik yollardan, patikalardan(dağ cığırlarından) və qatır yollarından ibarətdir. Likiya yolu bəzən dəniz sahili boyu, bəzəndə dağlıq ərazi boyu uzanır, bir qismi isə Olimpos Beydağları Milli Parkın ərazisindən keçir. Yolun keçdiyi ərazinin maksimal hündürlüyü 1811 m-dir. Yol keçilməsi baxımdan orta və ağır dərəcə ilə qiymətləndirilir. Ümumi məsafənin ortalama qət olunma müddəti 29 gündür.
Monorels yolu
Monorels yolu və ya təkrelsli dəmiryolu — nəqliyyat qurğusu. Sərnişin vaqonları və ya yük vaqonetləri lazımi yüksəklikdə quraşdırılmış estakadaya, yaxud ayrı-ayrı dayaqlara bərkidilmiş relsin (monorelsin) üzəri ilə hərəkət edən arabacığa bərkidilir. Vaqonlar ya arabacıqlara üstdən söykənir (talvar tipli monorels yolu), yaxud arabacaıqların altından sallanır (asma monorels yolu). Yük daşıyan monorels yolundan (uzunluğu 1,5 kilometrədək) sənaye müəssisələrində sexdaxili, sexlərarası və zavodlararası nəqliyyat vasitəsi kimi istifadə olunur. Yük vaqonetləri xüsusi platforma, özüboşalan kuzov, qaldırıcı və tutucu mexanizmlərlə təchiz olunur. 0,5–2 metr (bəzən 5 m) yük götürür, sürəti 2–4 km/saatdır. Bir sıra ölkələrdə sərnişin daşıyan monorels yolu (əsasən, təcrübə məqsədi ilə və ya sərgilərdə xidmət göstərmək üçün) titkilmişdir. Tokionun mərkəzi ilə Xaneda Hava Limanı arasında monorels yolu çəkilmişdir Vaqonlar 60–120 sərnişin tutur;qatarların sürəti 120 km/saat, ayrı-ayrı sınaq sahələrinmdə 240 km/saat və daha çox olur. Nisbətən baha başa gəldiyi üçün tətbiqi məhduddur. Адасинский С. А. Городской транспорт будущего.
Müstəqillik yolu
Müstəqillik yolu (türk. Bağımsızlık Yolu) — Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən solçu siyasi partiya. Əvvəllər qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən qurum 2018-ci ildə partiyaya çevrilmişdir. İlk dəfə 2022-ci il parlament seçkilərində iştirak etmişdir.