KAYMAK

1) sürüşmək; ayağım kaydı – ayağım sürüşdü; 2) sürünmək; 3) meyl etmək, keçmək; düşmanların tarafına kaymak – düşmənlərin tərəfinə keçmək
keçmək, qaymaq, sürünmək, sürüşmək
KAYIT
KAYMAKAM
OBASTAN VİKİ
Kaymakam
Kaymakam (Baş məmur, rayon qubernatoru), ərəbcə .kâim (قائم) "sabit olmaq", Makâm (مقام) "rütbə, mövqe" Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikasının idarəetmə sistemində, mahalın (rayonun) mülki idarə əmiridir. Rayonda hökumətin səlahiyyətli nümayəndəsidir, buna görə də kaymakamlıq binasına hökumət binası da deyilir. Bundan əlavə müasir polkovnik-leytenant rütbəsinə Osmanlı imperiyası dövründə kaymakam deyilmişdir. == Kaymakamlıq ilə əlaqəli idarələr == İlçə Qeydiyyat İdarəsi Sənəd rəisliyi Əməliyyat rəisliyi İlçə Hüquq İşləri İdarəsi (əlli min və daha yuxarı əhalisi olan ilçələrdə) İdarəetmə və Nəzarət İdarəsi (Əlli min və daha yuxarı əhalisi olan ilçələrdə) İlçə İnformasiya Texnologiyaları İdarəsi: (Əlli min və daha yuxarı əhalisi olan ilçələrdə) İlçə Sosial Tədqiqatlar və Layihə Nəzarəti İdarəsi (Nazirlik tərəfindən məqbul hesab edilən ilçələrdə) == Təhsil == Kaymakam (Rayon valisi) olmaq üçün Siyasi Elmlər, Hüquq və ya İqtisadiyyat və İdarəetmə Elmləri Fakültələrindən birini bitirmək şərti tələb olunur. Rayon rəhbərləri (Kaymakam) 3 illik təhsildən sonra ortaq bir fərmanla təyin olunurlar. Kaymakam namizədliyinə namizəd olan şəxsin təhsili aşağıdakı proseslərdən ibarətdir: == Namizədlik == Kaymakam namizədliyi Dövlət Qulluğuna Nəzarət xidmətinin birinci dərəcəsidir və İlçə Qubernatoru (Kaymakam) kursunu müvəffəqiyyətlə bitirənlərə püşkatma yolu ilə təyin edildikləri müddətdə verilən addır. Keçmiş adı məmur idi. İlçə qubernatorluğu kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra ortaq fərmanla təyin olunmuş rayon rəhbərləri qubernatorların (valilərin) nəzdində işləyirlər. Vəzifə yerləri təyinetmə qaydalarındakı rayon təsnifatına görə dəyişir. Bu dövrlər 2 ilə 5 il arasında dəyişə bilər.
Kaymakam (dəqiqləşdirmə)
Kaymakam — Türkiyə Respublikasının Mülki İdarəetməsində mövcud olan bir vəzifə adı. Kaymakam (rütbə) — Osmanlı ordusunda mövcud olmuş hərbi rütbə adı.
Kaymakam (rütbə)
Kaymakam (Osmanlı dili: قائم مقام) — Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən miralay və mayor rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında polkovnik-leytenant hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.