Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • MÜDAVAT

    ə. dərman vermə; müalicə etmə

    Tam oxu »
  • MÜDAVİM

    ə. 1) davam edən, bir yerə gedib-gələn; 2) səyli, çalışqan; 3) dinləyici, kursant

    Tam oxu »
  • MÜDAVİMƏT

    ə. davam etdirmə

    Tam oxu »
  • MÜDBİR

    ə. bədbəxt, talesiz; düşkün

    Tam oxu »
  • MÜDDƏA

    ə. 1) dava olunan şey, iddia edilməyə səbəb olan şey; 2) tələb, iddia; 3) fikir, tezis

    Tam oxu »
  • MÜDDƏİ

    ə. 1) iddia edən, iddiaçı; 2) haqsız yerə bir şey tələb edən; 3) rəqib. Müddəiyi-ümumi 1) prokuror; 2) ictimai ittihamçı

    Tam oxu »
  • MÜDƏBBİR

    ə. tədbir görən; tədbirli, uzaqgörən

    Tam oxu »
  • MÜDƏBBİRANƏ

    ə. və f. işin sonunu düşünərək, uzaqgörəncəsinə, ətraflı düşünərək

    Tam oxu »
  • MÜDƏQQİQ

    ə. tədqiq edən, tədqiqatçı, dəqiqləşdirən adam

    Tam oxu »
  • MÜDƏQQİQANƏ

    ə. və f. incədən-incəyə, hərtərəfli araşdıraraq

    Tam oxu »
  • MÜDƏLLƏL

    ə. 1) dəlillə isbat olunmuş; 2) əziz-xələf, ərköyün

    Tam oxu »
  • MÜDƏLLİL

    ə. 1) dəlillə isbat edən; 2) yol göstərən

    Tam oxu »
  • MÜDƏRRİS

    ə. dərs verən; müəllim

    Tam oxu »
  • MÜDƏVVƏR

    ə. 1) girdələnmiş, kürə şəklində olan; 2) dairə şəklində olan; dəyirmi

    Tam oxu »
  • MÜDHİŞ

    ə. dəhşətli, qorxunc

    Tam oxu »
  • MÜDHİŞANƏ

    ə. və f. müdhişcəsinə, qorxunc halda

    Tam oxu »
  • MÜDRİK

    ə. 1) dərk edən; 2) dərindən anlayan, hər şeyi başa düşən; 3) dərrakəli, dərindən qavrama qabiliyyətinə malik olan

    Tam oxu »
  • MÜDRİKANƏ

    ə. və f. müdrikcəsinə, müdrik adama yaraşan tərzdə

    Tam oxu »
  • MÜDÜN

    ə. «mədinə» c. şəhərlər

    Tam oxu »
  • MÜƏBBƏD

    ə. 1) sonsuz, əbədi; həmişəlik; 2) ömrün axırına qədər davam edən hal

    Tam oxu »
  • MÜƏBBƏDƏN

    ə. 1) sonsuz olaraq, həmişəlik olaraq; 2) ömrü olduqca, ömrü boyu

    Tam oxu »
  • MÜƏBBİR

    ə. yuxu yozan, yuxudan məna çıxaran

    Tam oxu »
  • MÜƏCCƏL

    MÜƏCCƏL1 ə. qabaqcadan verilən. MÜƏCCƏL2 ə. vaxtı qabaqcadan müəyyən olunmuş

    Tam oxu »
  • MÜƏCCƏLƏ

    ə. əmlak üçün qabaqcadan alınan əvəz

    Tam oxu »
  • MÜƏCCİB

    ə. təəccübləndirən, təəccüb doğuran

    Tam oxu »
  • MÜƏCCİZ

    ə. usandıran, yoran, bezdirən

    Tam oxu »
  • MÜƏDDA

    ə. məna, məal

    Tam oxu »
  • MÜƏDDƏB

    ə. 1) ədəbli, tərbiyəli; 2) nəzakətli, mərifətli

    Tam oxu »
  • MÜƏDDİ

    ə. səbəb, bais

    Tam oxu »
  • MÜƏDDİB

    ə. tərbiyəçi // müəllim

    Tam oxu »
  • MÜƏDDİL

    ə. bərabərləşdirən, bərabər bölən

    Tam oxu »
  • MÜƏDDİLÜNNƏHAR

    ə. ekvator, günorta xətti

    Tam oxu »
  • MÜƏXXƏR

    ə. təxirə salınmış, sonraya qoyulmuş

    Tam oxu »
  • MÜƏXXƏRƏN

    ə. 1) sonradan; 2) son vaxtlarda

    Tam oxu »
  • MÜƏKKƏD

    ə. 1) sağlamlaşdırılmış, sağlam; 2) təkrar edilmiş, bir daha əmr verilmiş

    Tam oxu »
  • MÜƏKKİD

    ə. 1) sağlamlaşdıran; 2) təkid edən, bir daha əmr verən

    Tam oxu »
  • MÜƏLLA

    ə. 1) yüksək, uca; 2) yüksək vəzifəli

    Tam oxu »
  • MÜƏLLAT

    ə. yüksəklik, ucalıq

    Tam oxu »
  • MÜƏLLƏF

    ə. 1) yazılmış; 2) əsər

    Tam oxu »
  • MÜƏLLƏFAT

    ə. «müəlləf» c. əsərlər

    Tam oxu »
  • MÜƏLLƏQ

    ə. 1) asılmış, asılı; 2) heç bir şeyə söykənmədən havada və ya boşluqda duran; 3) açıq qalan (iş, məsələ haqqında)

    Tam oxu »
  • MÜƏLLƏQAT

    ə. «müəlləqə» c. müəlləqələr. Müəlləqati-səb’ə yeddi müəlləqə

    Tam oxu »
  • MÜƏLLƏQƏ

    ə. islamaqədərki dövrdə seçilib Kə’bənin divarlarından asılmış ən yaxşı şeirlərdən hər biri

    Tam oxu »
  • MÜƏLLƏL

    ə. bir səbəb və ya bəhanə ilə əlaqədar olan; səbəbli

    Tam oxu »
  • MÜƏLLƏM

    MÜƏLLƏM1 ə. qəmgin, qəmlənmiş, kədərlənmiş. MÜƏLLƏM2 ə. təlim olunmuş, təlimatlandırılmış, öyrədilmiş

    Tam oxu »
  • MÜƏLLİF

    ə. əsər yazmış

    Tam oxu »
  • MÜƏLLİM

    MÜƏLLİM1 ə. kədərləndirən, qüssələndirən, qəmləndirən. MÜƏLLİM2 ə. dərs verən, öyrədən

    Tam oxu »
  • MÜƏLLİMANƏ

    ə. və f. müəllim kimi, müəllimcəsinə

    Tam oxu »
  • MÜƏLLİMƏ

    ə. qadın müəllim

    Tam oxu »
  • MÜƏMMA

    ə. 1) klassik Şərq ədəbiyyatında: mənzum tapmaca; xronoqram; 2) anlaşılmaz sirr, çətin həll olunan məsələ; problem

    Tam oxu »