Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • VƏHDƏT

    ə. 1) Allahın birliyinə inanma; 2) birlik; 3) yalqızlıq, təklik, vahidlik. Vəhdəti-vücud panteizm

    Tam oxu »
  • VƏHDƏTPƏRVƏR

    ə. və f. birlik sevən, birləşmə tərəfdarı

    Tam oxu »
  • VƏHƏL

    ə. bataqlıq; çamurluq

    Tam oxu »
  • VƏHHAB

    ə. bağışlayan, çox səxavətli

    Tam oxu »
  • VƏHHABİ

    ə. islamiyyətdə Əbdülvəhhabın əsasını qoyduğu məzhəb və həmin məzhəbə mənsub adam

    Tam oxu »
  • VƏHHAC

    ə. 1) çox parıldayan, çox işıqlanan; 2) alovlanan, yanan

    Tam oxu »
  • VƏHHAM

    ə. 1) çox xəyala qapılan; 2) vasvası, hər şeydən şübhələnən; skeptik

    Tam oxu »
  • VƏHİD

    ə. 1) yalqız, tək, yeganə; 2) misilsiz, misli-bərabəri olmayan

    Tam oxu »
  • VƏHLƏ

    ə. an, dəqiqə, dəm

    Tam oxu »
  • VƏHLƏTƏN

    ə. birdən-birə ani, nagəhan

    Tam oxu »
  • VƏHM

    VƏHM(Ə) ə. 1) qorxu, vahimə, təhlükə; 2) şübhə, tərəddüd; 3) əsassız fikir, batil fikir

    Tam oxu »
  • VƏHMƏ

    VƏHM(Ə) ə. 1) qorxu, vahimə, təhlükə; 2) şübhə, tərəddüd; 3) əsassız fikir, batil fikir

    Tam oxu »
  • VƏHMİ

    ə. mövhum, mövhumi

    Tam oxu »
  • VƏHMİYYAT

    ə. «vəhmi» c. mövhumi şeylər

    Tam oxu »
  • VƏHMNAK

    ə. və f. vahimə əsiri; qorxaq

    Tam oxu »
  • VƏHN

    ə. zəiflik, qüvvətsizlik, süstlük

    Tam oxu »
  • VƏHŞ

    ə. 1) yabanı, vəhşi, əhliləşməmiş; 2) çöl heyvan(lar)ı; 3) vəhşi heyvan(lar), yırtıcı heyvan(lar)

    Tam oxu »
  • VƏHŞƏT

    ə. 1) xəlvət yerdə duyulan qorxu; vahimə; 2) qorxma, hürkmə; 3) təklik, tənhalıq, yalqızlıq; 3) vəhşilik, yırtıcılıq

    Tam oxu »
  • VƏHŞƏTAMİZ

    ə. və f. dəhşətli

    Tam oxu »
  • VƏHŞƏTASAR

    ə. qorxulu

    Tam oxu »
  • VƏHŞƏTƏFZA

    ə. və f. qorxu artıran, qoxu gətirən

    Tam oxu »
  • VƏHŞƏTƏNGİZ

    ə. və f. qorxu törədən; qorxunc

    Tam oxu »
  • VƏHŞƏTGAH

    ə. və f. qorxulu yer

    Tam oxu »
  • VƏHŞƏTNAK

    ə. və f. qorxunc, müdhiş

    Tam oxu »
  • VƏHŞİ

    ə. yırtıcı

    Tam oxu »
  • VƏHŞİTƏBİƏT

    ə. vəhşi xasiyyətli

    Tam oxu »
  • VƏHŞİYANƏ

    ə. və f. 1) vəhşi kimi; vəhşicəsinə; 2) hürküb qaçaraq

    Tam oxu »
  • VƏHŞİYYƏT

    ə. 1) vəhşilik; 2) hürkəklik

    Tam oxu »
  • VƏHŞNAK

    ə. və f. qorxan, qaçan

    Tam oxu »
  • VƏHY

    ə. fikrin, hökmün Allah tərəfindən peyğəmbərə xəbər verilməsi. Vəhyi-münzəl Allahdan nazil olmuş hökm

    Tam oxu »
  • VƏXAMƏT

    ə. 1) həzm çətinliyi; 2) vəziyyətin ağırlığı; çətinlik; 3) təhlükə

    Tam oxu »
  • VƏXİM

    ə. 1) çətin həzm olunan; 2) ağır vəziyyət; 3) qorxulu, dəhşətli

    Tam oxu »
  • VƏİLLA

    ə. olmazsa, olmadığı halda; yoxsa

    Tam oxu »
  • VƏKALƏT

    ə. 1) başqasının işini görməyə təyin olunma, vəkillik; 2) başqasını öz yerinə qoyub işini ona tapşırma; 3) birinin yerində oturma; 4) bax vəkalətnamə

    Tam oxu »
  • VƏKALƏTƏN

    ə. vəkalət yolu ilə; vəkalətlə

    Tam oxu »
  • VƏKALƏTNAMƏ

    ə. və f. başqasının adından iş görməyə hüquq verən sənəd; etibarnamə

    Tam oxu »
  • VƏKİL

    ə. 1) hüquqşünaslıqda: iddiaçının hüquqlarını qoruyan məmur; müttəhimin hüquqlarını qoruyan məmur; 2) qanunverici orqana seçilmiş nümayəndə // deputat

    Tam oxu »
  • VƏQ

    VƏQ’ ə. 1) vüqar, ağırlıq; 2) mənliyini gözləmə, özünü ciddi aparma

    Tam oxu »
  • VƏQAHƏT

    ə. həyasızlıq, sırtıqlıq, sinizm; qabalıq, kobudluq

    Tam oxu »
  • VƏQAYE

    VƏQAYE’ ə. «vaqiə» c. vaqiələr

    Tam oxu »
  • VƏQAYENİGAR

    ə. və f. bax vəqənəvis

    Tam oxu »
  • VƏQAYƏ

    ə. 1) qoruma, mühafizə etmə; 2) himayə etmə, hamilik; 3) m. baş verəcək pis işin, hadisənin qarşısını alma

    Tam oxu »
  • VƏQEYRÜH

    VƏQEYRÜH(Ü) ə. və qeyriləri, və başqaları

    Tam oxu »
  • VƏQEYRÜHÜ

    VƏQEYRÜH(Ü) ə. və qeyriləri, və başqaları

    Tam oxu »
  • VƏQƏ

    VƏQ’Ə ə. 1) əhvalat, macəra, hadisə; 2) müharibə, dava. Vəq’ei-əzim böyük hadisə, tarixi hadisə; vəq’ei-süqut yıxılma, düşmə hadisəsi

    Tam oxu »
  • VƏQƏNƏVİS

    VƏQ’ƏNƏVİS ə. və f. gördüyü hadisələri, əhvalatları yazan tarixçi

    Tam oxu »
  • VƏQF

    VƏQF1 ə. 1) savab bir iş kimi məscid üçün ayrılmış mülk, mal; 2) mülk və ya malı həmin məqsəd üçün ayırma

    Tam oxu »
  • VƏQFƏ

    ə. duracaq, dayanacaq

    Tam oxu »
  • VƏQFİ

    ə. vəqf edilmiş, vəqfə aid olan

    Tam oxu »
  • VƏQFİYYAT

    ə. «vəqf» c. vəqf olunmuş, ümum üçün ayrılmış şeylər

    Tam oxu »