LANTİ
LAPAÇİLİ
OBASTAN VİKİ
Adsız adası (Laptevlər dənizi)
Adsız adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Taymır yarımadasının Pyotr boğazı, Şimal adasından isə Omulev boğazı ilə ayrılır. Adanın şərqində 11 metr olan ən hündür nöqtəsi yerləşir. Pyotr adaları qrupunun tərkibinə daxildir.
Ageratina lapsensis
Ageratina lapsensis (lat. Ageratina lapsensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Agrostis lapponica
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Aleksandr Lapşinin həbsi
Aleksandr Lapşinin həbsi — səyyah və blogger Aleksandr Lapşin Azərbaycan hakimiyyətinin tələbi ilə 2016-cı il dekabrın 15-də Minskdə həbs edilmiş və 7 fevral 2017-ci ildə Azərbaycan hakimiyyətindən icazə almadan Dağlıq Qarabağa (2011-2012-ci illərdə) səfər etdiyi üçün Bakıya ekstradisiya edilmişdir. Bu, Ermənistan və Belarusiya münasibətlərində gərginliyə səbəb oldu, həmçinin İsrail və Rusiyada xarici siyasət gündəminin mövzusuna çevrildi. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya bloqqerin Azərbaycana verilməsinin, həmçinin rusların dünyanın bu və ya digər bölgələrinə səfərlərinin kriminallaşdırılmasının qəti əleyhinədir. Həmçinin İsrail Lapşinin ekstradisiyasına etiraz etdi. Nəticədə, blogger ətrafındakı beynəlxalq skandala beş dövlət cəlb edilmiş oldu. Bakı məhkəməsi Lapşini "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" və "Pasportlar haqqında" qanunların müddəalarını pozmaqda təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etdi. 11 sentyabr 2017 -ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzaladı və bundan sonra Aleksandr Lapşin İsrailə uça bildi. 20 may 2021 -ci ildə Strasburq AİHM bloggerin Azərbaycan Respublikasına qarşı şikayəti ilə bağlı, Lapşinə qarşı qanunsuz həbs, işgəncə və adam öldürməyə cəhddə ölkə rəhbərliyinin məsuliyyət daşıdığı haqqda qərar qəbul etdi. == Haqqında == Aleksandr Lapşin 1976-cı ildə Sverdlovsk şəhərində (indiki Yekaterinburq) anadan olub. O, çoxmillətli ailədə (atası rus, anası yəhudi) doğulub.
Alleqra Lapi
Alleqra Lapi (d. 8 sentyabr 1985) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Alleqra Lapi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Anatoli Lapidevski
Anatoli Vasilyeviç Lapidevski — (23 mart 1908 – 29 aprel 1983, Moskva) — Sovet pilotu, aviasiya general-mayoru (1946), ilk Sovet İttifaqı Qəhrəmanı (1934). == Tərcümeyi-halı == 10 (23) mart 1908-ci ildə Stavropol quberniyasının (indiki Krasnodar bölgəsi) Belaya Qlina kəndində keşiş ailəsində anadan olmuşdur. Ailə Tula quberniyasının ruhanilər sülaləsindən idi. Uşaqlığı Staroşerbinovsk kəndində və Kuban bölgəsinin Yeysk şəhərində keçirmişdir. O, dəmirçi yanında köməkçi, çilingər yanında tələbə, biçin maşını ustası, yağ dəyirmanında sürücü köməkçisi işləmişdir. 1926-cı ildən Qırmızı Orduda xidmətə başlamışdır. 1927-ci ildə Leninqrad Hərbi Hava Qüvvələrinin Hərbi-Nəzəri Məktəbini, 1928-ci ildə — Sevastopol Dəniz Pilotları Məktəbini bitirib. Qırmızı Bayraq Ordenli Baltik donanmasının hava qüvvələrinin döyüş vahidində, daha sonra Yeysk dəniz pilotları məktəbində təlimatçı-pilot kimi xidmət etmişdir. 1933-cü ildən — ehtiyatdadır. Mülki Hava Donanmasının uzaq şərq şöbəsində pilot vəzifəsində çalışmışdır.
Andryu Lapuka
Arctium lappa
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
Armoracia lapathifolia
Adi qıtıqotu (lat. Armoracia rusticana) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin qıtıqotu cinsinə aid bitki növü. == Sinonimləri == Armoracia amoracia (L.) Cockerell, Fl. Boulder Colorado 130. 1911, orth. var. Armoracia armoracia (L.) Cockerell ex Daniels, Univ. Missouri Studies, Sc. Ser., 2. No.
Bardana lappa
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
Solanum sisymbriifolium lapsus
Solanum sisymbriifolium (lat. Solanum sisymbriifolium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum balbisii (Dunal) Solanum balbisii var. bipinnata (Hook.) Solanum balbisii var. oligospermum (Sendtn.) Solanum balbisii var. purpureum (Hook.) Solanum bipinnatifidum (Larrañaga) Solanum brancaefolium (Jacq.) Solanum decurrens (Balb.) Solanum edule (Vell.) Solanum formosum (Weinm.) Solanum inflatum (Hornem.) Solanum opuliflorum (Port. ex Dunal (nomen nudum)) Solanum rogersii (S.Moore) Solanum sabeanum (Buckley) Solanum sisymbriifolium lapsus Solanum subviscidum (Schrank) Solanum thouinii (C.C.Gmel.) Solanum viscidum (Schweigg.) Solanum viscosum (Lag.) Solanum xanthacanthum (Willd. ex Walp. (nomen nudum)) Solanum sisymbriifolium notst purpureiflorum (Dunal) Solanum sisymbriifolium forma albiflorum (Kuntze) Solanum sisymbriifolium var. bipinnatipartitum (Dunal) Solanum sisymbriifolium var.
Sredniy adası (Laptevlər dənizi)
Sredniy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 2,3 km şimalda, Ostrovnaya buxtası regionunda Blijnıy adasından 400 m şimal-şərqdə yerləşir. Uzunluğu 450 m təşkil edir. Adanın səthi hamardır.
Səma qəsri Laputa
Səma qəsri Laputa(yap. 天空の城ラピュタ ) - Hayao Miyazakinin yazıb yaratdığı 1986-ci il tam metrajlı anime. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. == Məzmun == Qədim əfsanə olan Laputa uçan adadır.Bəziləri oranı böyük hərbi baza ,bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə-buludların arasında, gözlərdən uzaqda yerləşir.Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehirli güclərə malik tumarı vasitəsi ilə tapmaq olar.Tumar göy rənglidir və üzərində qızılı simvol var. == Film heyəti == == Rolları səsləndirənlər == == Saundtrek siyahısı == Səma qəsri Laputa animasiyasının saundtreki - 1986-cı ildə buraxılmış saundtrek albomudur.Saundtrek siyahısı 14 trekdən ibarətdir.Bütün treklərin müəllifi Co Hisayşidir. "The Girl Who Fell from the Sky" – 2:27 "Morning in Slag Ravine" – 3:04 "A Fun Brawl (Pursuit)" – 4:27 "Memories of Gondoa" – 2:46 "Discouraged Pazu" – 1:46 "Robot Soldier (Resurrection/Rescue)" – 2:34 "Carrying You" – 2:02 (Xor: Suginami Children's Choir) "Sheeta's Decision" – 2:05 "On the Tiger Moth" – 2:32 "An Omen to Ruin" – 2:18 "The Sea of Cloud Under the Moonlight" – 2:33 "Laputa: Castle in the Sky" – 4:36 "The Collapse of Laputa" – 2:00 (Xor: Suginami Children's Choir) "Carrying You" – 4:07 (İfaçı: Azumi Inoue) == Maraqlı faktlar == Film İMDBnin hazırladığı Top 250 film siyahısında 230-cu mövqedə qərarlaşıb.İMDB xalı 8,1-dir.
Tommi Lapid
Yozef "Tommi" Lapid (ivr. ‏יוסף "טומי" לפיד‏‎; 27 dekabr 1931[…], Novi Sad[d], Yuqoslaviya krallığı – 1 iyun 2008[…], Tel-Əviv) — serb əsilli İsrail radio və televiziya aparıcısı, dramaturq, jurnalist, siyasətçi və hökumət naziri idi. Lapid 1999-cu ildən 2006-cı ilə qədər dünyəvi-liberal Şinuy partiyasına rəhbərlik etmişdir. O, ultra-ortodoksal siyasi partiyalara qarşı sərt şəkildə qarşı çıxır və hər hansı bir dini riayətin İsrail Dövlətinin qanuni quruluşundan kənarlaşdırılmasına çalışırdı.
Versol-e-Laper
Versol-e-Laper (fr. Versols-et-Lapeyre, oks. Verzòls e La Pèira) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Afrik kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12292. Kommuna təxminən Parisdən 640 km cənubda, Tuluza şəhərindən 95 km qərbdə, Rodezdən isə 220 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 435 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 264 nəfər (15-64 yaş) arasında 194 nəfər iqtisadi fəal, 70 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə bu 72.0%).
Vilkiski adaları (Laptevlər dənizi)
Vilkiski adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Tereza Klavenes körfəzinin girəcəyində, Taymır yarımadasının şərq sahili boyunca 1–4 km məsafədə yerləşir. Qrupa daxil adalar: Qazaxıstan adası (rus. Остров Казахстан) qrupun ən şimal (77 ° 20'20.53 "N 106 ° 15'35.16" E) nöqtəsini təşkil edir. Özbəkistan adası (rus. Остров Узбекистан) maksimum hündürlüyü dəniz səviyyəsindən 37 m (77 ° 18'49.41 "N 106 ° 25'08.64" E) təşkil edir. Udobnıy adası (rus. Остров Удобный) maksimum hündürlüyü dəniz səviyyəsindən 47 m-dir. (77 ° 18'27 "N 106 ° 04'43" E) Sredniy adası (rus. Остров Средний) maksimum hündürlüyü dəniz səviyyəsindən 39 m-dir (77 ° 15'29 "N 105 ° 55'09" E) Sliyanie adası (rus.
Xuan Laporta
Xuan Laporta (29 iyun 1962, Barselona) — Barselona FK-nın hazırkı prezidenti. Xuan Laporta Barselonanın prezident seçkilərində dörd dəfə namizəd olub. Bunlardan üçündə qalib gəlib. O, yalnız 2015-ci ildə Xosep Bartomeuya uduzmuşdu. Laportanın 2003–2010-cu illərdə Barselona FK-ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblənib. 2009-cu ildə isə Barselona il ərzində altı kubok qazanıb və rekorda imza atıb. Laporta böyük uğurlara imza atıb.
Yair Lapid
Yair Lapid (ivr. ‏יאיר לפיד‏‎;5 noyabr 1963[…], Tel-Əviv) — İsrail siyasətçisi, Yeş Atid partiyasının sədri və Knessetdəki müxalifət lideri olaraq çalışır. 2013-cü ildən 2014-cü ilə qədər Maliyyə naziri vəzifəsini icra etdi. 2012-ci ildə siyasətə qoşulmazdan əvvəl Lapid müəllif, TV aparıcısı və xəbər aparıcısı idi. Qurduğu mərkəzçi Yesh Atid partiyası, 2013-cü ildə ilk qanunverici seçkilərində 19 yer qazanaraq Knessetdə ikinci ən böyük partiyaya çevrildi. Gözlənilən nəticələr Lapidin aparıcı mərkəzçi nüfuzuna kömək etdi. 2013-cü ilin mart ayında Likud ilə koalisiya razılaşmasından sonra Lapid Maliyyə Naziri və Təhlükəsizlik Kabinetinin üzvü təyin edildi. 2013-cü ildə Lapid The Jerusalem Post qəzetinin "Dünyanın ən nüfuzlu yəhudiləri" siyahısında birinci yeri tutdu. O, həmçinin 2013-cü ildə aparıcı Xarici Siyasət Qlobal Düşüncələrindən biri olaraq tanınıb, və TIME jurnalının 100 "Dünyanın ən nüfuzlu insanı" siyahısında yer almışdır.
Yana (çay, Laptevlər dənizi hövzəsi)
Yana (saxa Дьааҥы) — Saxa Respublikasında çay. Verxoyansk silsiləsindən başlanan Dulqalax və Sartanq çaylarının birləşməsindən əmələ gəlir. Delta (sahəsi 10200 km²) əmələ gətirərək Laptevlər dənizinin Yana körfəzinə tökülür. Uzunluğu 872 km, hövzəsinin sahəsi 238 min km²-dir. Çoxlu ada və dayazlıqlar var. Əsasən yağış suları ilə qidalanır. Oktyabrdan aprel-mayadək donmuş olur. Mühüm qolları Adıça və Bıtantay çaylarıdır. Verxoyansk şəhərindən mənsəbinədək gəmiçiliyə yararlıdır. Balıqla (durnabalığı, xarius, çir və s.) zəngindir.
Şimal boğazı (Laptevlər dənizi)
Şimal boğazı (rus. Северный пролив ) -Şimal Buzlu okeanında yerləşən Laptevlər dənizində yerləşir. Böyük Beqicev adasını (şərqdə) Taymır yarımadasından (şimalda) ayırır. Boğaz Xatanq çayı hövzəsində yerləşir. Şimalda Sibir və Ospornıy burnuları vardır. Boğazın yaxınlığından Laptevlər dənizinin sərhədi keçir. Eni 13 km, orta dərinliyi 31–32 metr təşkil edir.
Laplandiya ekspedisiyası
Laplandiya ekspedisiyası — 1732-ci ilin may-oktyabr aylarında İsveçin ən şimal nöqtəsi olan Laplandiyaya təşkil edilmiş ekspedisiya nəzərdə tutulur. Bu ekspedisiya Karl Linney tərəfindən təşkil edilmiş və onun elmi fəaliyyətinin əsasını təşkil etmişdir. Linney Uppsaladan ayrılmış və saat əqrəbi istiqamətində Bothniya körfəzi boyunca gedərək 6 ay boyunca Umeaodan, Luleodan və Torniodan iç qisimlərə doğru səyahətlər gerçəkləşdirdi. Bu səyahət zamanı müşahidə etdiklərini 1737-ci ildə Laplonnika florası adlı kitabında yazmışdır. Bu kitabda Linneyin nomenklatura və təsnifat haqqında fikirləri ilk dəfə praktiki şəkildə istifadə edilmişdir. Onun ölümündən sonra ekspedisiyasından bəhs edən yazdıqları ölümündən sonra - 1811-ci ildə ingilis dilinə tərcümə edilmiş və Lachesis Lapponica: A Tour in Lapland adı ilə nəşr edilmişdir. == Zəmin == 1732-ci ilin aprelində Linney İsveç Kral Elmi Cəmiyyətinin Uppsaladakı nümayəndəliyi tərəfindən qrant mükafatı aldı. Linneyin Uppsala Universitetindəki müəllimlərindən biri olan Gənc Olof Rudbek 1695-ci ildə Laplandiyaya ekspedisiya təşkil etmiş, lakin onun ekspedisiya zamanı götürdüyü qeydlər 7 il sonra çıxan yanğın zamanı itmişdi. Ekspedisiya planı hazırlanan zaman Linney yeni bitkilər, heyvanlar və çox güman ki, dəyərli minerallar tapacağına ümid edirdi. O, həmçinin Fenno-Skandinaviyanın geniş tundralarında dolaşan, marallar üzərində köçəri həyat sürən yerli Sami xalqının adət-ənənəsi barədə də yeni informasiyalar əldə edəcəyinə ümid edirdi.
Lapsi
Lapsi — erkən xristian kilsəsində Roma səlahiyyətlilərinin təqibləri altında imanlarından imtina edən mürtədlər. Bu termin öz imanından üz döndərmiş, ancaq sonradan ona qayıdan şəxslərə aiddir. == Tarixi == 250-ci ildə Roma imperatoru Desi Trayan Roma imperiyasının bütün vətəndaşlarından ənənəvi tanrılara ictimai şəkildə qurban kəsmələrini tələb edən bir fərman vermişdir. Fərman on səkkiz ay qüvvədə qalmışdır. Bir sıra görkəmli xristianlar, o cümlədən Papa Fabian, Antioxiyalı Vavila və Yerusəlimli Aleksandr qurban kəsməkdən imtina etdiklərinə görə öldürülmüşdür. Desinin fərmanı kilsə daxilində iğtişaşlar yaratmışdır. Təzyiqlərə boyun əyən və ictimai qurbanlar verən xristianlara "lapsi" deyilirdi. Qurban kəsilməsi başa çatdıqdan sonra fərdlər Roma dininə uyğunluğu təsdiq edən qanuni sənəd, yəni şəhadətnamə alırdılar. Bu sınaqdan qaçmaq üçün bir çox ruhanilər öz icmalarını lidersiz qoyub qaçmışdır. Əksər kilsələrdə dindən dönənlər xristianlığa yenidən qəbul edilirdilər.
Laparotomiya
Laparotomiya — qarın boşluğuna daxil olmaq üçün qarın divarından cərrahi kəsiklər edilməsini əhatə edən cərrahi əməliyyat. O, seliotomiya kimi də tanınır. == Mənşəyi və tarixi == İlk uğurlu laparotomiya 1809-cu ildə Kentukki ştatının Danville şəhərində Efraim Makdouell tərəfindən anesteziyasız həyata keçirilmişdir. 13 iyul 1881-ci ildə Corc E. Qudfello, Arizona ərazisində 32 kolt revolveri ilə güllələnən bir mədənçini müalicə etmişdir. Qudfello, güllə yarasını çıxartmaq üçün ilk laparotomiyanı həyata keçirərkən, vurulan adamı 9 gün sonra əməliyyat edə bildi. == Terminologiyası == Termin yunan sözü λᾰπάρᾱ (lapara) "qabırğa və bud arasında bədənin yumşaq hissəsi, yan" və tom şəkilçisindən və yunanca τομή (tom) "(cərrahi) kəsik" sözündən əmələ gəlir. Diaqnostik laparotomiyada (çox vaxt eksplorativ laparotomiya və qısaldılmış eks-lap kimi tanınır) xəstəliyin təbiəti məlum deyil və laparotomiya səbəbi müəyyən etməyin ən yaxşı üsulu hesab olunur. Terapevtik laparotomiyada səbəb (məsələn, yoğun bağırsaq xərçəngi) müəyyən edilir və onun müalicəsi üçün cərrahi müdaxilə tələb olunur. Adətən yalnız diaqnostik laparotomiya müstəqil cərrahi əməliyyat hesab olunur. Xüsusi bir əməliyyat artıq planlaşdırıldıqda, laparotomiya prosedurun yalnız birinci mərhələsi hesab olunur.
Marina Lapina
Marina Lapina (6 mart 1981, Volqoqrad) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Marina Lapina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, çəkic atma turnirində 55.34 metr nəticə göstərdi və təsnifat mərhələsini 46-cı pillədə başa vuraraq mübarizəsini dayandırdı.
İvo Lapenna
İvo Lapenna (5 noyabr 1909, Split – 15 dekabr 1987, Kopenhagen) — Yuqoslaviya hüquq professoru. Esperanto təbliğatçısı, 1964-1974-cü illərdə Dünya Esperanto Assosiasiyasının prezidenti vəzifəsində çalışmışdır. Esperantoda natiq, bir neçə kitabın müəllifi və UNESCO-nun Esperanto dilini tanıdığı 1954-cü il Montevideo Qətnaməsinin həmmüəllifi kimi tanınır. == Bioqrafiya == Lapenna Xorvatiyanın Split şəhərində (sonralar Avstriya-Macarıstan) anadan olub. 1933-cü ildə Zaqrebdə fəlsəfə doktoru, 1947-ci ildə Zaqreb Universitetində, sonra isə Londonda professor olur. 1949-cu ildə Yuqoslaviyanı tərk edərək Parisdə, 1951-ci ildən Böyük Britaniyada yaşayıb. 1962-ci ildə Böyük Britaniya vətəndaşı olur. İvo Lapenna 1987-ci ildə dəfn olunduğu Kopenhagendə vəfat edir. İvo Lapenna üç dəfə evlənir. Birinci həyat yoldaşı Emilija Lapenna, ikincisi Luba Lapenna, üçüncüsü Birthe Lapennadır (1986-cı ildən).

Digər lüğətlərdə