LİDA

Kiçik Asiyada qədim ölkə adındandır.
LİANORA
LİDİYA
OBASTAN VİKİ
Lida
Lida (belar. Ліда, lit. Lyda, pol. Lida) — Belarusda şəhər. Qrodno vilayətində yerləşən böyük sənaye şəhəri, Lida rayonunun inzibati mərkəzi. Şəhər ölkənin əsas avtomobil və dəmir yollarının kəsişməsində yerləşdiyinə görə, böyük strateji əhəmiyyətə malikdir. Lida şəhəri Polşadan 120 km, Litvadan 35 km, Qrodno şəhərindən 110 km, paytaxt Minsk şəhərindən isə 164 km məsafədə yerləşir.
Lida qalası
Lida qalası (belar. Лідскі замак, lit. Lydos pilis) — Litva knyazlığının Böyük Şahzadəsi Qediminas tərəfindən 14-cü əsrin əvvələrində Tevton ordeninini genişlənməsinə qarşı torpaqlarını müdafiə etmək üçün tikdirilmiş qala. Bu müdafiə zəncirindəki digər qalalara Qrodno, Novoqrudok, Krevo, Myadininkay və Trakai də daxil idi. Müasir Belarusiyanın Lida şəhəri bu qalanın ətrafında böyüdü. Lida qalası dəniz səviyyəsindən 141 metr (463 ft) yüksəkdə yerləşir. Qala üçün seçilmiş yer təbii olaraq şərqdən qərbə Kamenka və Lida çayları tərəfindən qorunur. Qala divarlarının bərpası 1323, 1324 və 1325-ci illərdə aparılmışdır. Sonradan divarların fasadı qırmızı kərpiclə üzlənir. Qalada iki qüllə və 1533-cü ildə divarların xaricinə köçürülmüş bir kilsə vardı.
Lida Əbdül
Lida Əbdül (1973[…], Kabil) — müasir əfqan video-art rəssamı və ifaçıdır. == Həyatı == Lida Abdul 1973-cü ildə Kabildə anadan olub, lakin gənc yaşda Sovet-Əfqan müharibəsi zamanı ailəsi ilə birlikdə Hindistana köçüb. Daha sonra Almaniya və ABŞ-da yaşayıb. O, 2000-ci ildə Kaliforniya İrvine Universitetində təsviri incəsənət üzrə magistr dərəcəsini almışdır.. == Mükafatları == Lida Abdulun əsərləri dəfələrlə müxtəlif mükafatlara layiq görülüb: 2006 — Şahzadə Klaus Mükafatı, 2007 — BƏƏ-dən sənətin populyarlaşması üzrə YUNESKO Mükafatı, 2009 — Avropa Media İncəsənət Festivalının Mükafatı, 2015 — Merz Fondunun birinci mükafatı (Turin).
Xosrov və Lida Abdullayevlər (film, 1974)
== Məzmun == Film Azərbaycanın tanınmış sirk ustası Xosrov Abdullayev və onun həyat yoldaşı Lida Abdullayevaya həsr olunmuşdur. Burada onların Moskva sirkində fəaliyyətlərindən, sirkin arenasında məşqlərindən, yeni sirk nömrələrini necə hazırlamalarından danışılır.