Lida
Lida (belar. Ліда, lit. Lyda, pol. Lida) — Belarusda şəhər. Qrodno vilayətində yerləşən böyük sənaye şəhəri, Lida rayonunun inzibati mərkəzi.
Şəhər ölkənin əsas avtomobil və dəmir yollarının kəsişməsində yerləşdiyinə görə, böyük strateji əhəmiyyətə malikdir. Lida şəhəri Polşadan 120 km, Litvadan 35 km, Qrodno şəhərindən 110 km, paytaxt Minsk şəhərindən isə 164 km məsafədə yerləşir.