MÜJDƏLƏMƏK
MÜKAFATLI
OBASTAN VİKİ
Füzuli adına Beynəlxalq Mükafat
Füzuli adına Beynəlxalq Mükafat — Azərbaycan Respublikasında iki ildən bir verilmiş mükafat. Füzuli adına Beynəlxalq Mükafat dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli 403 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1997-ci il tarixli Sərəncamı ilə Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamə təsdiq edilmiş, Füzuli adına Beynəlxalq Mükafat Komissiya yaradılmışdır. Müvafiq sərəncamlar 15 fevral 2019-cu ildə ləğv edilmişdir.
FİFA Dünya Kuboku (mükafat)
FİFA Dünya Kuboku (ing. FIFA World Cup Trophy) — dünya üzrə keçirilən və FİFA-nın üzvü olan ölkələrin milli komandalarının iştirak etdiyi futbol turniri olan FİFA Dünya Kubokunu qazanan komandaya verilən qızıl kubok. Turnirin başladığı 1930-cu ildən etibarən turnirin qalibi olan komandaya müvəqqəti olaraq Jül Rime kuboku təqdim olunurdu. Bu kubokun 1970-ci ildə əbədi olaraq Braziliyaya verilməsindən sonra yeni bir kubok hazırlandı və 1974-cü ildən etibarən FİFA Dünya Kuboku adı ilə verilməyə başlandı. Abel Laflyorun hazırladığı və "Qələbə" adını daşıyan ilk kuboka 1946-cı ildə FİFA-nın sabiq prezidenti Jül Rimenin adı verilib. Qədim yunan mifologiyasında qələbə ilahəsi sayılan Nikanı təsvir edən kubok, 925 əyarlı qızıl suyuna salınmış gümüşdən və lazuritdən hazırlanmışdır. Turniri qazanan komandaların müvəqqəti olaraq sahib olduğu kubok, turnirdə üç dəfə qalib gələn komandaya əbədi olaraq veriləcəkdi. Kubok, 1966-cı ildə İngiltərədə xalqa nümayiş olunması üçün təşkil olunmuş açıq sərgi zamanı oğurlansa da, bir həftə sonra tapılmışdır. 1970-ci ildə turnir tarixində üçüncü çempionluğunu əldə edən Braziliya kubokun əbədi sahibi oldu. Ancaq 1983-cü ildə Braziliyada kuboku oğurlayıblar, kubok bu günə qədər hələ də tapılmayıb.
Mükafat
Mükafat — xidmətlərə, fərqlənməyə, minnətdarlığa görə verilən xüsusi fərqlənmə nişanı, fəxri ad və ya hədiyyə. Bəzi hallarda mükafat ona layiq görülən insana hansısa sosial status da verir.
Mükafat (dəqiqləşdirmə)
Mükafat
Mükafat Əliyev
Mükafat Əliyev (5 avqust 1937) — şair-yazıçı, müəllim. Mükafat Surxay oğlu Əliyev 1937-ci il avqustun 5-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. 1965-ci ildə M.F.Axundov Azərbaycan Dillər İnstitutunu (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ilə bitirib. 1993-cü ilədək Quycaq kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. Mətbuatda məqalələri, bədii tərcümələri dərc olunub. 1993-cü ildə Cəbrayılın Ermənistan silahlı qüvvəlləri tərəfindən işğalından sonra ailəsi ilə Bakıda məskunlaşıb, bir neçə il pedaqoji fəaliyyətini davam etdirib. 1998-ci ildə təqaüdə çıxıb. Hekayə və şeirlərdən ibarət "Ömür də bir yoldur" (2007), "Günbatana baxan qəbir" (2009), "Arazım, mənim Arazım" (2010), "Saz şəkilli baş daşı" (2011), "İtmiş çantanın izi ilə" (2012) kitabları işıq üzü görüb. Əsərlərində xeyir və şərin mübarizəsi, dövrün sərt üzünü görmüş insanların həyat hekəyələri, məkr və məhəbbət, yurd itkisinin ağrı-acısı, Vətən, torpaq sevgisi özünəməxsus çalarlarla təsvir olunur. "Ömür də bir yoldur".
Mükafat sistemi
Mükafat sistemi və ya daxili möhkəmləndirmə sistemi (ing. reward system) — hərəkətlərə müsbət reaksiyalar verilməsi vasitəsilə davranışın tənzimlənməsində və idarə edilməsində iştirak edən sinir sisteminin strukturları məcmusu. Mükafat sistemi, cəza sistemi ilə yanaşı, davranışın gücləndirilməsi mexanizmlərində böyük rol oynayır. Psixoloji mükafat — xoş hisslər vasitəsilə davranışın gücləndirilməsi prosesidir. Mükafat anlayışı fərd tərəfindən obyektə, davranış aktına və ya daxili fiziki vəziyyətə aid edilən müsbət keyfiyyətləri təsvir etmək üçün istifadə olunur. İlkin (təbii) mükafatlar qidalanma, cütləşmə və döyüş kimi növlərin yaşaması üçün zəruri olan davranışları gücləndirir. İkinci dərəcəli mükafatlar ilkin olanlarla sıx bağlıdır və ilkin ehtiyacların ödənilməsi ilə əlaqəli obyektlərin, hərəkətlərin və vəziyyətlərin dəyərini müəyyənləşdirir. Təhlükəsiz sığınacaq, pul, rahatlıq, gözəllik, xoş toxunuşlar, səslər və daha çox şeyin dəyəri ikinci dərəcəli mükafatlarla müəyyən edilir. "Dopamine Involved In Aggression". Medical News Today.
Britaniya mükafat sistemi
Britaniya mükafat sistemi (ing. British Honours System) — Böyük Britaniyada igidliyə, nailiyyətlərə və dövlətə qulluğa görə qiymətləndirmə vasitəsi. Sistem üç hissədən ibarətdir: Şərəfləndirmə Medallar Döş nişanları. == Şərəfləndirmə == Şərəfləndirmənin əsas məqsədi insanı mükafatlandırmaq (award) deyil, ad verməklə onun xidmətlərini vurğulamaqdır, bununla da insanın cəmiyyətdə nüfuzu qaldırılır. == Mükafatlandırma tarixi == İngils kralları öz təbəələrini üzüklərlə təltif edirdilər. İlk ingilis cəngavər ordeni olan Bant ordenini 1348-ci ildə İngiltərə karlı III Edvard təsis etdi. Sonradan bu sistemdə dəfələrlə dəyişiklik edildi. Həmçinin hərbi xidmətə, igidliyə, sədaqətə və nailiyyətlərə görə də mükafatlar təsis edildi. == Müasir cəngavər ordenləri == 10 orden vardır. Bəzilərinin medalları da vardır.
Müstəqil ruh (mükafat)
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
UEFA Kuboku (mükafat)
UEFA Kuboku və ya Coupe UEFA UEFA tərəfindən UEFA Avropa Liqası qaliblərinə verilən mükafatdır. 2009/2010 sezonunundan əvvəl kubok UEFA Kuboku çempionuna verilirdi. Əvvəlki adıyla UEFA Kuboku'unda 2009/2010 sezonu əvvəlində bir sıra dəyişikliklər edilmiş, bu dəyişikliklərdən sonra kubokun adı UEFA Avropa Liqası olaraq dəyişdirilmişdir. Kubok Bertoni tərəfindən 1972 UEFA Kuboku Finalı üçün hazırlanmışdır. Ağırlığı 15 kq, rəngi isə gümüşü rəngidir.
Qızıl Qlobus (mükafat, 2009)
Oskar" mükafatından sonra ikinci mükafat sayılan "Qızıl qlobus"un təqdimetmə mərasimi keçirilib. Kaliforniyadakı Beverli-Hillz şəhərinin "Beverli-Hillz" mehmanxanasında keçirilən tədbiri birbaşa olaraq 160 ölkədə nümayiş etdirilib. Bu mükafat Kaliforniyada yaşayaraq-işləyən, Amerika kinosu barədə xarici mətbuat üçün yazan 90 jurnalistin birləşdiyi Hollivudun xarici mətbuat Assosiasiyası tərəfindən təqdim edilir. Qalibləri elan etmək üçün Dastin Hoffman, Conni Depp, Kameron Diaz, Demi Mur, Martin Skorseze kimi ulduzlar dəvət edilib. Bu il "Ən yaxşı dramatik film" nominasiyasında "Xarabalıqdan çıxmış milyonçu" qalib gəlib. Onunla bu kateqoriyada "Oxucu", "Dəyişiklik yolları", "Forst Niksona qarşı" və "Bencamin Battonun sirli işi" mübarizə aparıblar. "Gecəqondudan olan milyonçu" "Ən yaxşı ssenari" nominasiyasında da qalib olub.
Qızıl Qlobus (mükafat, 2013)
Ən yaxşı dramatik film – "“Arqo” əməliyyatı” ("Argo") Ən yaxşı komediya və ya müzikl – "Səfillər" ("Les Misérables") Ən yaxşı dram aktyoru – Deniel Dey-Lüis "Linkoln" ("Lincoln") Ən yaxşı komediya və ya müzikl aktyoru – Hyu Cekman "Səfillər" ("Les Misérables") Ən yaxşı dram aktrisası – "Cessika Çesteyn "Hədəf nömrə bir" ("Zero Dark Thirty") Ən yaxşı komediya və ya müzikl aktrisası – Cennifer Lourens "Mənim sevgilim dəlidir" ("Silver Linings Playbook") Ən yaxşı rejissor – Ben Afflek ""Arqo" əməliyyatı" ("Argo") İkinci dərəcəli ən yaxşı aktyor – Kristof Valts "Azad olunmuş Canqo" ("Django Unchained") İkinci dərəcəli ən yaxşı aktrisa – Enn Heteuey "Səfillər" ("Les Misérables") Ən yaxşı ssenari – Kventin Tarantino "Azad olunmuş Canqo" ("Django Unchained") Ən yaxşı xarici film – "Məhəbbət" ("Amour", rej.
Yüksək mükafat (film, 1936)
Xüsusi buraxılışda M.İ.Kalininin Sovet Azərbaycanının 15-ci ildönümü münasibətilə respublika zəhmətkeşlərinə Lenin ordeni təqdim etməsi mərasimi və həmin mərasimdəki çıxışı öz əksini tapmışdır. Film saxlanılmayıb. Rejissor: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, İvan Manakov Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56.
Vatslav Havel adına mükafat
Vatslav Havel adına mükafat və ya İnsan Hüquqları üzrə Vatslav Havel mükafatı qısa olaraq Vatslav Havel mükafatı — Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsində görkəmli nailiyyətlərə görə illik mükafat. Mükafat 2013-cü ildən Avropa Şurası Parlament Assambleyası, Vatslav Havel Kitabxanası və "Charta 77" Fondu ilə əməkdaşlıq çərçivəsində tədqim olunur. Mükafat Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti Vatslav Havelin (1936–2011) xatirəsinə həsr olunub. Mükafatın təsis edilməsi haqqında saziş 2013-cü il martın 25-də Praqada Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon, Vatslav Havel Kitabxanasının sədri Marta Smolikova və "Çarta 77" Fondu rəhbəri Frantişek Yanus və Çexiya Respublikasının Xarici İşlər Naziri Karel Şvarzenberin iştirakı ilə imzalanıb. Vatslav Havel mükafatı 2007-ci ildən hər 2 ildən bir verilən Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının varisidir. Vatslav Havel İnsan Hüquqları Mükafatından əvvəl Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının qalibləri: 2009 – Şimali İrlandiyadakı münaqişənin insan haqları ölçüsünü izləmək və regionda cəzasızlıqla mübarizə aparmaq işinə görə Britaniya QHT-si olan Britaniya İrlandiya "Human Rights Watch" təşkilatı (hazırda "Rights Watch UK" kimi tanınır). 2011 – İşgəncələrə Qarşı Komitə (rus. Комитет против пыток), Rusiya QHT-si, Rusiyada ciddi insan hüquqları pozuntularının qurbanlarına yardım etmək və rəsmi dövlət araşdırmaları ilə yanaşı, müstəqil araşdırmalar aparıb. Araşdırmalar xüsusən də Çeçenistan Respublikasında olub. Mükafatın qalibləri insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən şəxslər və ya qeyri-hökumət təşkilatları ola bilər.
Əməllərin mükafat və cəzası (kitab)
Əməllərin mükafat və cəzası (ərəb. ثواب الأعمال وعقاب الأعمال‎; transkripsiya: Səvabul-əmal və iqabul-əmal) — Şeyx Səduqun əsəri. Kitabda hansı əməllərin mükafata və cəzaya səbəb olması Məhəmməd peyğəmbərin və Əhli-beytin hədisləri ilə bəyan olunmuşdur. 2-ci hissə “Əməllərin cəzası” kitabı İslam peyğəmbəri və imamlar tərəfindən nəql olunan hədislərin toplusudur. Kitab iki hissədən ibarətdir: Yaxşı əməllərin əvəzi və pis əməllərin cəzası. Oxuculara “Əməllərin cəzası” adı ilə təqdim olunan bu kitab ikinci hissədə qərar tutan hədislərdən ibarətdir. Kitabda pis əməllərə görə verilən dünya və axirət cəzalarından danışılır. Əsərin 2-ci hissəsi 2014-cü ildə Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, "Əməllərin Cəzası" adı ilə Bakıda Qədim Qala nəşriyyatında 136 səhifədə 60x90 ölçüsündə çap edilib. Kitab tam şəkildə 2017-ci ildə Taleh Abbasovun tərcümə layihəsi rəhbərliyi ilə Müşfiq Mehdibəyli və Peyman Məhəmmədi tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Əhli-beyt maarifi nəşriyyatında çap edilib. "Əməllərin Cəzası" ( (az.)).
Cəfər Cabbarlı mükafatı
Cəfər Cabbarlı mükafatı — mükafat ilk dəfə Cəfər Cabbarlı Ev-Muzeyinin layihəsi əsasında "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi"nin iştirakı və BP şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunub. Mükafat böyük yazıçının 100 illiyi münasibətilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilib. Cəfər Cabbarlı mükafatının ilk baş qalibi "Aydın" tamaşasının rejissor işinə görə xalq artisti Mikayıl Mirzə olub. "Sevil" operasında Balaş roluna görə xalq artisti Azər Zeynalov "Ən yaxşı kişi obrazı", Sevil roluna görə əməkdar artist Zemfira İsmayılova "Ən yaxşı qadın obrazı" nominasiyasında bu mükafata sahiblənib. "Cəfər Cabbarlı Mükafatı" təqdim olunacaq (az.) Cəfər Cabbarlı mükafatı təqdim olunacaq Arxivləşdirilib 2016-05-21 at the Wayback Machine (az.) Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010.
Danimarkalı qız filminin qazandığı mükafatların siyahısı
"Danimarkalı qız" (ing. The Danish Girl) - rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir. Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar. 72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir. 27 noyabr 2015-ci ildə “Focus Features” tərəfindən ABŞ-da məhdud yayıma çıxarılan film, 1 yanvar 2016-cı ildə “Universal Pictures International” tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır. “Danimarkalı qız” filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. “Rotten Tomatoes” aqqreqatorunda 177 rəy əsasında 71% müsbət rəy alan film 6.6/10 balla qiymətləndirilmişdir. Saytın ortaq rəyində deyilir: “Danimarkalı qız Eddi Redmeynin istedadının başqa bir tərəfinin açılmasına xidmət edir, gözəl çəkilmiş bioqrafik drama insanı provokativ mövzular ətrafında düşünməyə məcbur edir.” “Metacritic” aqqreqatorunda 40 tənqidçinin rəyi əsasında filmə 100 baldan 66 bal verilmiş, “əsasən müsbət rəylər” alması qeyd edilmişdir. Film tarixi şəxsiyyətin həyatının feminizatik erotika şəklində təsvir edilməsinə, bədii kitaba əsaslanaraq Ayner və Gerdanın həyatının bəzi hissələrinin düzgün təsvir edilməməsinə görə tənqid edilmişdir. Danimarkalı qız filminin mükafatları Internet Movie Database-də.
Darvin mükafatı
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar." Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar. 7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir. Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz." Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir. Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır. İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir. ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
Di Stefano mükafatı
Di Stefano mükafatı (isp. Trofeo Di Stéfano) — İspaniya idman qəzeti Marka tərəfindən La Liqada ilin futbolçusunu müəyyənləşdirmək üçün verilən mükafat. Mükafat əfsanəvi oyunçu Alfredo Di Stefanonun adını daşıyır. İlk mükafat 2007/2008 mövsümündə verilmişdir. 1. Trofeo Di Stéfano Marca.com 2. Trofeo Di Stéfano Marca.com 3. Trofeo Di Stéfano Marca.com 4. Trofeo Di Stéfano Marca.com 5.
Dubay Beynəlxalq Müqəddəs Quran Mükafatı
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Dubay Beynəlxalq Quran Mükafatı
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Edqar Allan Po mükafatı
Edqar Allan Po mükafatı (həmçinin, «Edqar» mükafatı, ing. Edgar), yazıçı Eldar Allan Ponun şərəfinə adlandırılmış, «Amerika detektiv yazıçıları» assosasiyası tərəfindən təqdim olunan ədəbi mükafat. Ən yaxşı roman Amerikan yazıçısının ən yaxşı birinci romanı Ən orijinal üz qapığı Ən yaxşı bioqrafiya Ən yaxşı detektiv Ən yaxşı qısa hekayə Ən yaxşı film Ən yaxşı pyes Rəsmi vebsayt (ing.). «Amerika detektiv yazıçıları» assossaiyasının vebsaytı.
Enni mükafatı
Enni mükafatı (ing. Annie Award) – Kaliforniya ştatının Los-Anceles şəhərində 1972-ci ildən verilən Beynəlxalq Animasiya Kino mükafatıdır. 1993-cü ildən bu yana "Ən yaxşı animasiya mükafatı" adı ilə də tanınır. Rəsmi saytı. Arxivləşdirilib 12 iyul 2015-ci il tarixində.
Eyni ildə iki Oskar mükafatına namizəd göstərilən aktyorların siyahısı
Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər. Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir. 2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərilmişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır.
Frans Kafka mükafatı
Kafka mükafatı alman dilli Avstriya yazıçısı Frans Kafkanın şərəfinə verilən beynəlmiləl ədəbi mükafatdır. 2001-ci ildən Frans Kafka Cəmiyyəti və Praqa şəhəri sponsorluğu ilə verilir. Mərasim Praqada keçirilir. Qalib gələnlərə $10000, diplom və kiçik bürünc heykəlcik verilir. Mükafatı almaq üçün lazım olan xüsusiyyətlər humanist dəyərlər və tolerantlığı təbliğ etməsidir. ABŞ Roçester Universiteti Janet Heydiger Kafka mükafatı adlı başqa bir ədəbi mükafat verir. Bunlar çox zaman eyni adla adlansalar da eyni mükafat deyillər. Filip Rot, İvan Klima, Harold Pinter, Haruki Murakami və b. bu mükafatın sahibi olmuşlar.
Fransız Nobel mükafatçıları
FİFA Dünya Kuboku mükafatları
FİFA Dünya Kubokunun hər final turnirinin sonunda oyunun müxtəlif aspektlərində fərqlənən oyunçulara və komandalara bir neçə mükafat təqdim olunur. Hazırda FIFA Texniki Tədqiqat Qrupunun turnirdən sonrakı beş mükafatı var: Ən yaxşı oyunçu üçün Qızıl Top (hazırda kommersiya adı ilə "adidas Qızıl Topu"), ilk dəfə 1982-ci ildə verilmişdir; Ən çox qol vuran oyunçu üçün ilk dəfə 1982-ci ildə verilən Qızıl Buts (hazırda kommersiya olaraq "adidas Qızıl Butsu" adlanır, əvvəllər 1982-2006-cı illərdə "adidas Qızıl Ayaqqabısı" kimi tanınırdı); Ən yaxşı qapıçı üçün ilk dəfə 1994-cü ildə verilən Qızıl Əlcək (hazırda kommersiya adı ilə "adidas Qızıl Əlcək", əvvəllər 1994-2006-cı illərdə " Lev Yaşin Mükafatı" kimi tanınırdı); Təqvim ilinin əvvəlində 21 yaşa qədər ən yaxşı oyunçu üçün ilk dəfə 2006-cı ildə verilən FİFA Gənc Oyunçu Mükafatı (əvvəllər 2006-2010-cu illərdə "Ən yaxşı gənc oyunçu mükafatı" kimi tanınırdı); Ən yaxşı ədalətli oyun rekordu ilə ikinci tura yüksələn komanda üçün FIFA Ədalətli Oyun Kuboku, ilk dəfə 1970 -ci ildə verilmişdir. Turnir zamanı azarkeşlər tərəfindən hazırda bir mükafat səslənir: İlk dəfə 2002 -ci ildə mükafatlandırılan turnirin hər matçında göstərdiyi üstün performansa görə Matçın Oyunçusu (hazırda kommersiya adı ilə " Budweiser Matçın Oyunçusu", əvvəllər 2002-2018-ci illərdə "Matçın Adamı" kimi tanınırdı). Hal-hazırda turnir başa çatdıqdan sonra azarkeşlər tərəfindən səsə qoyulan iki mükafat var: Turnirin qolu, (hazırda kommersiya olaraq " Hyundai Turnirin Qolu" adlandırılır) azarkeşlərin turnir zamanı vurulan ən yaxşı qolu üçün ilk dəfə 2006-cı ildə mükafatlandırılmışdır; Dünya Kuboku final turniri əsnasında xalqı ən çox əyləndirən komanda üçün Ən Əyləncəli Komanda, geniş ictimaiyyət arasında keçirilən sorğuya əsasən müəyyən edilmişdir. Digər bir mükafat 1994 və 2006 arasında verildi: FİFA Texniki Tədqiqat Qrupu tərəfindən seçilmiş turnirin ən yaxşı oyunçularından ibarət All-Star Komandası . 2010-cu ildən etibarən bütün Xəyal Komandaları və ya Statistik Komandalar FİFA-nın özünün bildirdiyi kimi qeyri-rəsmidir. “Qızıl top” mükafatı hər FİFA Dünya Kubokunun finalında ən yaxşı oyunçuya təqdim olunur, qısa siyahı FİFA-nın texniki komitəsi (Texniki Tədqiqat Qrupu) tərəfindən tərtib edilir və qalib media nümayəndələri tərəfindən səs verilir. Səsvermədə ikinci yeri tutanlar müvafiq olaraq turnirdə ikinci və üçüncü ən görkəmli oyunçu olaraq Gümüş Top və Bürünc Top mükafatlarını alırlar. Hazırkı mükafat Adidas və France Football-un sponsorluğu ilə 1982-ci ildə FİFA Dünya Çempionatında təqdim edilib. 2022 FİFA Dünya Kubokunda Lionel Messi iki dəfə Qızıl Top qazanan ilk oyunçu oldu.
FİFA Fair Play Mükafatı
FIFA Fair Play Mükafatı — Fifa tərəfindən tanınan, fair play ruhunda və təbliğində olan nümunəvi davranışı qiymətləndirən mükafatdır. İlk dəfə 1987-ci ildə təqdim olunmuşdur. Bu mükafat həm fərdi, həm də komanda, azərkeşlər, tamaşaçılar, futbol federasiyaları/assossasiyaları, futbol icmasına təqdim edilə bilir. İllik olaraq bir və ya bir neçə mükafat təqdim edilir. Lakin mükafat 1994-cü ildə heç kəsə təqdim olunmamışdır. İstinad 1988-ci il May ayının 7-də Bundesliqa oyunu çərçivəsində Verder Bremen FK və Köln FK arasında oynanılan matçda Verder Bremen oyunçusu penalti ərazisində əli ilə oynadığını hakimə etiraf etdi. Matçı Köln FK 2-0 qazandı. Növbəti il o, Köln FK klubuna keçdi. Karoline Hanlon azərkeşlər adından qəbul olundu. 2010-cu ildə İrlandiya Futbol Federasiyası mübahisəli Fransa - İrlandiya (2010-cu il Dünya çempionatı Pley off) matçından sonra onlara təklif edilən Fair Play mükafatından imtina etmişdir.
FİFA Puşkaş mükafatı
FİFA Puşkaş mükafatı — 2009-cu il 20 oktyabr tarixində FİFA tərəfindən yaradılmışdır. Təşkilatın keçmiş prezidenti Yozef Blatterin göstərişi ilə təsis edilmişdir. Mükafat kişi və ya qadın futbolçu olmaqla ilin estetik olaraq önəmli və ya ən gözəl qoluna görə təqdim edilir. Mükafat 1950 və 1960-cı illərdə Real Madrid klubunun hücumçusu və dövrünün ən önəmli macar futbolçucu olmuş Ferents Puşkaşın şərəfinə təsis edilmişdir. Puşkaş böyük kütlə tərəfindən avropanın ən güclü hücumçusu kimi qəbul edilmişdir. Belə ki, o 84 rəsmi milli matçında 83 dəfə fərqlənməyə nail olmuşdur. O, 528 matça 512 dəfə fərqlənməklə iyirminci əsrdə avropanın ən çox qol vuran oyunçularından biri kimi ad qazanmışdır. "Futbol tarixində öz oyunu ilə iz buraxan birinin adını qorumaq olduqca önəmlidir. Ferents Puşkaş yalnız bir çox mükafat qazanmış futbolçu kimi deyil həmçinin möhtəşəm insan kimi ad qazanmışdır. Bu səbəbdən FİFA bu mükafatı onun adına təsis etməklə böyük sevinc hissi duyur" fikirlərini Blatter Budapeşt şəhərində mükafatın inaqurasiya mərasimində səsləndirmişdir.
Göte mükafatı
Göte mükafatı (alm. Goethepreis‎) - yüksək prestijli Alman ədəbi mükafatdır (baxmayaraq ki, yazıçılar ilə məhdudlaşmır) ki hər üç ildən bir İohann Volfqanq Götenin doğum günü (28 avqust 1749), onun doğum yeri, Frankfurtda qaliblərə layiq görülür. İlkin bir illik mükafat idi, lakin üç illik oldu.
Hans Xristian Andersen mükafatı
Hans Xristian Andersen mükafatı uşaq ədəbiyyatı sahəsində 1956-dan bəri İnternational Board on Books for Young People (IBBY) tərəfindən iki ildə bir verilən mükafatdır.1966-cı ildən etibarən mükafat yazıçı ilə birlikdə kitabın illustratoruna da verilir.
Haveeru İdman Mükafatları
Haveeru İdman Mükafatları — Maldiv adalarının yeni jurnalı olan Haveeru Magazine tərəfindən verilən idman mükafatlarıdır.
Honda mükafatı
Honda mükafatı — (ing. Honda Prize;yap. 本田賞) Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat Honda (Honda Foundation) mükafatı1980-ci ildən etibarən hər il Honda Fondu tərəfindən verilir.Əsası Soiçiro Honda və onun kiçik qardaşı Benciro Honda tərəfindən 1977-сi ilin dekabrında qoyulan Honda Fonduna indi Xiromori Kavaşima başçılıq edir .Mükafatın əsasını diplom, medal və pul mükafatı təşkil edir(10 milyon yapon İenası). Dünyanın bir çox tanınmış alimləri , həmçinin Nobel mükafatının 3 laureatı bu mükafatı almışdır. Honda mükafatını alan ilk və yeganə azərbaycanlı alim Lütfi Zadədir. Porşen üzüklərinin istehsalı Hondanın Soitirosunun sahibkar fəaliyyətinin birinci təcrübəsi idi. O, 1938-ci ildə qarajda qaydaya saldı. İki il sonra o Toyota şirkətindən böyük sifarişi aldı, icrası üçün ona yeni zavodu tikmək lazım oldu. İkinci dünya müharibəsindən sonra o Toyota şirkətinin öz zavodunu satdı və Fudzisavının köməyi ilə motosikllərin istehsalıyla məşğul oldu, hansı ki, yeni şirkətin maliyyələşdirilməsini təmin etdi, həmçinin marketinq strategiyasıyla məşğul olurdu. 1946-cı ildə Honda Technical Research Institute-u (Hondanın Texniki elmi tədqiqat institutu) yaradılmışdı, 24 sentyabr 1948-ci ildə şirkət kimi qeyd edilmişdi.
Hotornden mükafatı
Hotornden mükafatı (ing. Hawthornden Prize) — 1919-cu ildə Alisa Uorrender tərəfindən təsis edilən britaniya ədəbiyyat mükafatı. Müəlliflər hər hansı üslubda (nəsr və ya şeir) yazılan ən yaxşı sənət əsəri üçün təltif olunur. Bir neçə il qalib olmasa da, Hotornden mükafatı qaliblərə hər il təqdim olunur. Laureat münsiflər heyəti tərəfindən xüsusi səsvermə ilə təyin olunur. 1945–1957, 1959, 1966, 1971–1973, 1984–1987 illərdə mükafatın qalibi təyin olunmamışdır.
Humay mükafatı
Humay mükafatı — 1993-cü ildən "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafat. Mükafatlar, əsasən, musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə təyin olunur.
Humboldt mükafatı
Humboldt mükafatı – Almaniya universitetlərinin təqdimatı ilə Aleksandr fon Humboldt Fondu tərəfindən verilən mükafat. Mükafat dünyanın müxtəlif ölkə alimlərinə Almaniya alimləri ilə birgə bir sıra layihələrdə fəaliyyt göstərməyə imkan verir. Mükafat təxmin edilən tədqiqtlara və dərc edilmiş məqalələrə görə Almaniyada yaşamayan alimlərə verilir. Laureatın təqdimatını Almaniya alimləri və ya Humboldt mükafatının laureatları irəli sürə bilərlər. Mükafat Almaniya universitetlərinin birinə bir il müddətinə dəvəti nəzərdə tutur. Tədqiqat müddətini bir neçə dövrə bölməkə də olar. Mükafatın həcmi 60 000 avrodur. Hər il müxtəlif elm sahələri üzrə 100-ə qədər mükafat verilir, təqdimat Almaniya universitetinin birində baş verir.
Həqiqət İşığı Mükafatı
Həqiqət İşığı Mükafatı — təqribən hər il tibetlilər üçün demokratiya və insan hüquqlarının inkişafını istəyən qeyri-hökumət təşkilatı — Tibet üçün Beynəlxalq Kampaniya tərəfindən verikən insan hüquqları mükafatıdır. Mükafat 1995-ci ildən bəri XIV Dalay Lama tərəfindən şəxsən qəbul edənlərə təqdim edilir.
Həsən bəy Zərdabi mükafatı
Həsən bəy Zərdabi mükafatı — 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçir.
Hvasanın qazandığı mükafat və nominasiyaların siyahısı
Rainbow Bridge World tərəfindən 19 iyun 2014 tarixində qurulan Cənubi Koreyalı qız qrupu Mamamoo-nun üzvü Hvasa tərəfindən qazanılan mükafatların və nominasiyaların siyahısı aşağıda verilmişdir.Hvasa 52 nominasiyadan 22 mükafat qazanmışdır.
Alan Rikmanın aldığı mükafat və nominasiyaların siyahısı
Aşağıdakı siyahıda Alan Rikmanın kino və teatr sahəsindəki fəaliyyətinə görə aldığı mükafat və nominasiyalar göstərilmişdir.
Mamamoo-nun qazandığı mükafat və nominasiyaların siyahısı
Bu, Rainbow Bridge World tərəfindən 2014 -cü ildə qurulan Cənubi Koreya-lı qız qrupu Mamamoo tərəfindən alınan mükafat və nominasiyaların siyahısıdır. Mamamoo 163 nominasiyadan cəmi 45 mükafat aldı.

Digər lüğətlərdə