Əmiraslan xan Məcdüddövlə
Əmiraslan xan Məhəmmədqasım xan oğlu Məcdüddövlə — İranın dövlət xadimi, Fətəli şah Qacarın kürəkəni.
== Həyatı ==
Məhəmmədqasım xanın dördüncü oğlu Əmiraslan xan Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Əmidülmülk və Məcdüddövlə ləqəblərini daşıyırdı.
Əmiraslan xan Təbriz şəhərində şahzadə Məhəmməd mirzənin sarayında pişxidmətbaşı vəzifəsində çalışırdı. 1847-ci ildə şahzadə Nasirəddin mirzə Bəhmən mirzənin yerinə Azərbaycan valisi təyin edilir. Əmiraslan xan şahzadənin sarayında eşikağasıbaşı olur.
Əmiraslan xan Məcdüddövlə Babın zühuru zamanı Zəncan əyalətinin valisi idi. Molla Məhəmmədəli Zəncani də bu əyalətdə qiyam qaldırdı. Tehrandan əmr gəldi ki, Molla Qurbanəlini qandallayıb, paytaxta göndərsin.