Qo Mojo
Qo Mojo (çin. 郭沫若) d.16 noyabr, 1892-ci il, Çin imperiyası, Sıçuan - 12 iyun, 1978, ÇXR, Pekin) - Çin tarixçisi, yazıçı və dövlət xadimi.
== Həyatı ==
Qo Mojo 1892-ci il noyabr ayının 16-da Sıçuan əyalətində anadan olmuşdur. O, 1912-ci ildə orta məktəbi bitirib. 1923-cü ildə isə Yaponiyanın Kyuso Universitetində ali təhsil alır.
1927-ci ildə dövlət əleyhinə fəaliyyətinə görə Yaponiyaya köçməyə məcbur olmuşdur. 12 iyun, 1978-ci ildə Pekində vəfat edib.
== Yaradıcılığı ==
Qo Mojo 1928-1932-ci illərdə "Çinin qədim tarixinə aid tədqiqatlar" adlı ilk əsərini çap etdirib tarixçi kimi məşhurluq qazanmışdır. Qo Mojo, 30-cu illərdə İn dövrünə aid sümük tapıntıları və tunc əşyaları ilə bağlı İn Çjou dövrünə aid çoxlu yazıların mətnini və onlara şərhlər çap etdirib, Çin tarixinin bir sıra qaranlıq səhifələrini işıqlandırmışdır. Bu əsərlər ona təkcə çində deyil, bütün dünyada şöhrət qazandırmışdır.