Azərbaycan dilinin dialektoloji lüğəti.

  • MİC

    (Lənkəran, Salyan) quş (toyuq) biti. – Hində to:uğları mic basıb (Salyan)

    Tam oxu »
  • MİCAVAY

    (Cəlilabad) mühəndis. – Micavay deyrüg incinara; – Bi sə:r bi adam gedey micavaylara urcah oloy

    Tam oxu »
  • MİCƏ

    I (İmişli) bax mijə II (Bakı) kirpik III (Lənkəran) ovuc. – Beş-altı micə plov yedim IV (Salyan) titrətmə

    Tam oxu »
  • MİCƏLƏMƏK

    (Lənkəran) ovuclamaq. – Bax, poloni micəli:ruğ, onnan ye:ruğ

    Tam oxu »
  • MİCİ

    (Qarakilsə) ətdə əmələ gələn qurd

    Tam oxu »
  • MİCİLƏMƏX’

    (Qarakilsə, Naxçıvan, Şərur) bax midiləmax. – Yekə oğlansan, miciləmə, tez ye görəy (Naxçıvan); – Yemir ki, elə miciliyir (Qarakilsə)

    Tam oxu »
  • MİCİLLƏŞMƏG

    (Kürdəmir) gizildəmək. – Əlim micilləşir

    Tam oxu »
  • MİCİR

    (Qax, Mingəçevir, Şəki, Zaqatala) 1. keçi balası. – A bala, micirrəri gözdən qoyma, itər (Şəki) 2. zəif, arıq, cansız

    Tam oxu »
  • MİCİŞ

    (Gədəbəy) iştaha. – Micişim yoxdu kun, yə:m bir bamba çörəx’

    Tam oxu »
  • MİÇƏTDƏMƏX’

    (Şəki) meşədəki ağaclara nişan vurmaq. – Meşədə ağacı miçətdiyirdi meşəbəyi

    Tam oxu »
  • MİDANMAX

    (Tovuz) qurdalanmaq. – Ə:, nə midanırsan, tez ol yi; – Ə:, heyvannar bələni aşdı, sən hələ midanırsan

    Tam oxu »
  • MİDARƏ

    (Salyan) 1. kömək 2. arxa 3. qohum-əqrəba

    Tam oxu »
  • MİDDƏ

    (Lənkəran) iştaha. – Heş bilmirəm neynim, middəm aparmır

    Tam oxu »
  • MİDİ-MİDİ

    (Mingəçevir) astagəl, astabasar

    Tam oxu »
  • MİDİX’

    (Şəki) astagəl, astabasar, çox ləng iş görən. – Yavaş iş görənə diyillər midix’

    Tam oxu »
  • MİDİLAMAX

    (Qax) yavaş-yavaş, ləng iş görmək və ya yemək

    Tam oxu »
  • MİDİLƏMƏG

    (Şamaxı) bax midilamax

    Tam oxu »
  • MİDQAR

    (Cəbrayıl) layiq ◊ Midqar görməx’ – layiq görmək. – Mını saηa midqar görmürəm

    Tam oxu »
  • MİDMAR

    (Kürdəmir) bax mədbər

    Tam oxu »
  • MİDVAR

    (Göyçay, İsmayıllı) bax mədbər. – Midvar heyvançundu; – Midvarı atdara vurallar

    Tam oxu »
  • MİXƏŞƏR

    (Cəbrayıl) çəyirdəyi çıxarılmış zoğal qurusu

    Tam oxu »
  • MİXLƏMƏ

    (Quba) yumurtanı çalmadan bişirilən qayğanaq. – Yumurtanı çalmıyibəni tükəllər toveyə, yağda pişədü, uladu mixləmə, so:ra tükəllər buşqaba

    Tam oxu »
  • MİJƏ

    (İmişli) palazda naxışsız, ensiz zolaq. – Bü:n bir mijə toxumuşam

    Tam oxu »
  • MİKİN

    (Zəngilan) cür. – Əlli mikin işimmar <işim var>, hənkisi:n qulpunnan yapışım, bilmirəm

    Tam oxu »
  • MİQAL

    (Zaqatala) böyürtkən

    Tam oxu »
  • MİQQİ

    (Ağdaş) döyülmüş qoz ləpəsi ilə bəkməzin qarışığı. – Miqqi ilə çoxlu çay içirəm

    Tam oxu »
  • MİL

    (İmişli) biz (tüfəngdə) Mil getməx’ (İsmayıllı) – düz getmək. – Kişiyə söz lap kar elədi, mil getdi

    Tam oxu »
  • MİLAX

    (Culfa, Naxçıvan, Şərur) üzüm asmaq üçün xüsusi ağac. – Üzüm milaxdan asılır, qalır (Şərur); – Milax bir put birdən üzüm saxlı:r (Naxçıvan)

    Tam oxu »
  • MİLÇƏX’

    milçəy’ əx’məx’: (Gəncə) (sahəni) – ikitərəfli əkmək. – Bu yeri milçəy’ əx’məx’ yaxşı olar

    Tam oxu »
  • MİLÇƏM

    (Ağdam, Xocavənd) qoyunun boğazından sallanan bir cüt vəz

    Tam oxu »
  • MİLÇƏYÇIXAN

    milçəyçıxan vaxdı: (Salyan) yazın ortaları. Milçəyçıxan vaxdı Şirvana gedirük

    Tam oxu »
  • MİLEYİM

    (Çənbərək) arzu, istək. – Ziyrətdin höjətdi, gərəy onun mileyminnən gedəsən

    Tam oxu »
  • MİLƏ

    (İsmayıllı) hiyləgər, bic. – O:n yazığ görünməyinə baxma, yaman milə adamdı

    Tam oxu »
  • MİLİL

    (İsmayıllı) çübuq, nazik ağac. – Meşədən odun gətirən çağı bir əz də milil gətrüz

    Tam oxu »
  • MİLLƏMMƏG

    (İmişli) bir yerdə durmaq, tərpənməmək. – Qaşqato:uğ gəldi, çala:n ortasında milləndi

    Tam oxu »
  • MİMAR

    (Cəbrayıl) şikəst, əlil

    Tam oxu »
  • MİMDƏR

    (Ağcabədi) döşəkçə

    Tam oxu »
  • MİMİG

    (Quba) gödək, qısaboy (adam). – U mimig adamdu, buyi çıxmiyədü ki, çıxmiyədü

    Tam oxu »
  • MİNAXAFA

    (Salyan) üzüm növü. – Bir put minaxafa aldım

    Tam oxu »
  • MİNCƏR

    (Quba) paltar sərilən ip. – Git mincərdən paltalları yığ

    Tam oxu »
  • MİNÇAĞ

    (Dərbənd) muncuq

    Tam oxu »
  • MİNÇAVA

    (Tabasaran) oxlov. – Minçava sinitdü, çüreg yaymağ ulmayutdu

    Tam oxu »
  • MİNDAŞ

    (Quba) geyilmiş, nimdaş. – Üzi mindaşdu, amma uzağdan təzəyə uxşiyadu

    Tam oxu »
  • MİNDOV

    (Zaqatala) 1. çiyin 2. boyun. – Yaxşı atı mindovunnan bilməx’ olar

    Tam oxu »
  • MİNDOY

    (Çənbərək, Qazax, Naxçıvan) bax mindov. – Elə hündür oğlandı mindoyuna əl çatmır (Qazax); – Gəlip mindoyu yaralanıf (Naxçıvan)

    Tam oxu »
  • MİNƏDAYAMI

    (Qəbələ) ot tayasının ortasına sancılmış ağac

    Tam oxu »
  • MİNƏY

    (Qazax, Tovuz) üçyaşar at

    Tam oxu »
  • MİNGİRRƏMƏX’

    (Çənbərək, Gəncə, Qarakilsə, Qazax, Mingəçevir, Şəmkir) əl çəkməmək, qarayaxalıq etmək. – Məni nə mingirreyifsən? (Qazax); – Əli gənə Həsəni mingirriy

    Tam oxu »
  • MİNKEŞMƏ

    (Salyan) çox, həddindən artıq. – Bı yıl (il) üzüm minkeşmə olub

    Tam oxu »
  • MİNTƏNƏ

    (Culfa) geyim, paltar adı. – Əynində mintənəsi var

    Tam oxu »