MƏCCANİ
MƏCƏLLƏ
OBASTAN VİKİ
Məcd Əsəd
Məcd Hafiz əl-Əsəd (ərəb. مجد حافظ الأسد‎; 1966, Laziqiyyə – 12 dekabr 2009, Dəməşq) — Suriyanın keçmiş lideri Hafiz Əsədin ortancıl oğlu. == Həyatı == Məcd Əsəd 1966-cı ildə doğulub. O, Suriyanın hazırkı lideri olan Bəşər Əsədin kiçik qardaşıdır. Suriyada elektrik mühəndisi olaraq çalışan Məcd Əsəd ağır baş ağrısı və zehni sağlamlıq problemləri ilə mübarizə aparırdı. 2009-cu ildə davam edən xəstəliklərinə görə 43 yaşında Dəməşqdə öldü. Suriyalı ərəb arvadı Ru'a Ayyoub (1976-cı il təvəllüdlü) ilə evlidir və övladı yoxdur. == Ölümü == Məcd Əsəd 12 dekabr 2009-cu ildə, Şamda 43 yaşında çəkdiyi ruhi xəstəliklər səbəbindən vəfat etmişdir.
Cəmşid xan Məcdüssəltənə
Cəmşid xan Ərdəşir xan oğlu Məcdüssəltənə (1857, Urmiya – Urmiya)—Təbrizin valisi, tarixçi, jurnalist. == Həyatı == Cəmşid xan Ərdəşir xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Dədə-baba yolu ilə gedərək hərb sənətini seçmişdi. Əmir tuman rütbəsinə qədər yüksəlmişdi. Məcdüssəltənə ləqəbini daşıyırdı. O, tarixçi olmaqla yanaşı həm də jurnalist idi. Onun vəsaiti ilə Təbrizdə bir neçə qəzet nəşr edilirdi. Məcdüssəltənə Avşarın başçılığı və Möhsünün müdirliyi ilə Təbrizdə hicri qəməri 1337 (1918)-ci ildə "Azərbaycan" adlı həftəlik qəzet çıxırdı. Məcdüssəltənə 1914-cü ildən sonra Qafqaza getmişdi.
Murtuza Məcdfər
Doktor Murtuza Məcdfər — yazıçı, müəllim, tərcüməçi və jurnalist 1963-cü ildə Təbrizdə dünyaya gəlib. Əsərlərini azərbaycan və fars dillərində yazıb.
Məcdar
Məcdar (fars. مجدر‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 332 nəfər yaşayır (60 ailə).
Məcdud Sənai
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. == Həyatı == Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Xalid Məcdunov
Xalid Zahir oğlu Mecdunov (20 fevral 1995, Poladlı, Qobustan rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb. Xanəndə Zabit Nəbizadənin bacısı oğludur. Subay idi. == Hərbi xidməti == Xalid Mecdunov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Əmiraslan xan Məcdüddövlə
Əmiraslan xan Məhəmmədqasım xan oğlu Məcdüddövlə — İranın dövlət xadimi, Fətəli şah Qacarın kürəkəni. == Həyatı == Məhəmmədqasım xanın dördüncü оğlu Əmiraslan xan Tehran şəhərində anadan оlmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Əmidülmülk və Məcdüddövlə ləqəblərini daşıyırdı. Əmiraslan xan Təbriz şəhərində şahzadə Məhəmməd mirzənin sarayında pişxidmətbaşı vəzifəsində çalışırdı. 1847-ci ildə şahzadə Nasirəddin mirzə Bəhmən mirzənin yerinə Azərbaycan valisi təyin edilir. Əmiraslan xan şahzadənin sarayında eşikağasıbaşı olur. Əmiraslan xan Məcdüddövlə Babın zühuru zamanı Zəncan əyalətinin valisi idi. Molla Məhəmmədəli Zəncani də bu əyalətdə qiyam qaldırdı. Tehrandan əmr gəldi ki, Molla Qurbanəlini qandallayıb, paytaxta göndərsin.
бли́жние лингви́стка прие́хать распуша́ть смара́гд солда́тик хлопкосе́яние щерби́нка я́щеры вплотну́ю вырезать девчонка му́ченический перека́тываться попя́титься пристре́льный протяжённый си́ненькие шарова́ры шолом юбка flatlet immanacle lock microtexture