NƏFBƏRDAR sif. [ ər. nəf və fars. …bərdar] köhn. Xeyir görən, faydalanan, mənfəət götürən. □ Nəfbərdar olmaq – fayda götürmək, xeyir görmək, faydalanmaq. …Biz vaporun, teleqrafın, təbabətin nemətlərindən nəfbərdar oluruq. C.Məmmədquluzadə. [İmran Gülzara:] [Atanın] fikri odur ki, səni bir dövlətli adama verə ki, ondan nəfbərdar ola. S.S.Axundov.