NAĞILÇI

is.
1. Çox nağıl bilən və onları məharətlə danışmağı bacaran adam. Nağılı nağılçıdan öyrən. ( Ata. sözü ).
[Molla Abbas:] Necə nağıl de? Nə zəvzək danışırsan?… Mən vaizəm, yoxsa nağılçıyam ki, sizə nağıl deyəm? C.Məmmədquluzadə.
[Əsgər] nağılçı deyil.
O sənə Leyli və Məcnun məsələsini misal göstərdi. M.S.Ordubadi.

2. Çoxdanışan, çərənçi, boşboğaz, naqqal, lağlağı; uydurmaçı. [Məşədi Rüstəm:] Bizə nə versələr, ikiqat qiymətini alsınlar.
Sən nə nağılçı kişisən. R.Əfəndiyev.
Danabaşlılar [Xəlili] “nağılçı”, yaxud “qəzetçi Xəlil” adlandırırlar. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAĞILÇI 1. NAĞILÇI, NAĞILDANIŞAN, NAĞILDEYƏN 2. nağılçı bax naqqal
NAĞILBAZLIQ
NAĞILÇILIQ

Digər lüğətlərdə