NACİ

Ərəbcədir, nicat sözü ilə qohumdur (nicat tapan deməkdir ). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MÜZƏFFƏR
NADAN
OBASTAN VİKİ
Müəllim Naci
Müəllim Naci (osman. معلّم ناجى, türk. Muallim Naci; 1849, Konstantinopol – 12 aprel 1893, Konstantinopol) — Osmanlı şairi və yazıçısı. Yaradıcılığında daha çox türk klassik ədəbiyyatının ənənələrini yaşatmağa çalışmışdı. Müəllim Naci Osmanlı imperiyasının islahat yönümlü Tənzimat dövründə yaşamış və köhnə ilə əlaqəni kəsmədən modernləşməni müdafiə etmişdir. O, həm nəsr, həm də poeziya ilə bağlı tənqidlərə töhfə vermiş, problemləri araşdıraraq, türk xalqına təsir edəcək fikirlər verməklə türk ədəbiyyatında və cəmiyyətində özünəməxsus yer qazanmışdır. Onun Osmanlı türkcəsi lüğəti olan "Lüğət-i Naci" əsəri böyük əhəmiyyət kəsb edir.
Naci Eldəniz
Əbdüllətif Naci Eldəniz (türk. Abdüllâtif Naci Eldeniz) (1875, Bitola – 20 mart 1948, Ankara) — Türk əsgər və siyasətçi. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edən ən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra millət vəkili vəzifəsində xidmət etmişdir. 1893-cü ildə hərbi məktəbi bitirmişdir. 1893–1895-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almışdır. Müxtəlif məktəb komandanlıqlarında və heyətlərində xidmət göstərmişdir. 1895-ci ildə baş leytenant, 1897-ci ildə kapiyan, 1902-ci ildə mayor, 1907-ci ildə qubernator oldu, lakin 1908-ci ildə polkovnik rütbəsinə yüksəlsə də, 1908-ci ildə II Məşrutiyyətin elan edilməsindən sonra 1909-cu ildə çıxarılan Tasfiye-i Rüteb qanunu ilə kapitan dərəcəsinə endirildi. 1914-cü ildə leytenant polkovnik , 1917-ci ildə polkovnik rütbəsinə yüksəldi. 1918–1920-ci illərdə şahzadələrin hərbi müəllimi və eyni zamanda da Sultanın baş yavəri idi.
Naci Şövkət
Məhəmməd Naci Şövkət Bəy (1893 - 11 may 1980) — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri. Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində dünyaya gəlmişdir. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idi. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı. Birinci Dünya Müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.
Ömər Naci
Ömər Naci (1878, Bursa vilayəti – 1916, Kərkük mühafəzəsi) — Türkiyənin siyasi xadimi, hərbçi, publisist, "İttihad və tərəqqi" cəmiyyətinin fəallarından biri. Türkiyə hökumətinin xüsusi tapşırıqlar üzrə səlahiyyətli nümayəndəsi kimi Cənubi Azərbaycanda milli azadlıq hərəkatının güclənməsinə böyük kömək göstərmişdir. Ömrünün mühüm bir dövrünü İranda yaşamış, orada türklərin maariflənməsi və təşkilatlanması istiqamətində fəaliyyət göstərmişdir. Xoy şəhərində Mirzə Səidin açdığı Siratülmüstəqim məktəbinin müdiri olmuşdur. Məktəb bağlandıqdan sonra dağlara çəkilərək gizli fəaliyyət göstərmişdir. 20-ci əsrin əvvəllərində onun səyi nəticəsində Osmanlı hökuməti Cənubi Azərbaycanda milli azadlıq hərəkatına kömək məqsədilə maliyyə yardımı ayırmışdır. Səttar xanın başçılıq etdiyi 1905–06-cı illər inqilabını yaxından izləmiş, Türkiyə Silahlı Qüvvələrinin Baş komandanı Ənvər paşanın tapşırığına əsasən Cənubi Azərbaycan türklərinin siyasi cəhətdən təşkilatlanması işinə yaxından kömək göstərmişdir. Birinci Dünya müharibəsi (1914–18) illərində türk-alman ordusunun Cənubi Azərbaycanda həyata keçirdiyi hərbi əməliyyatlarda yaxından iştirak etmişdir. Tarix ədəbiyyatında "kiçik müharibə" adlandırılan termin onun adı ilə bağlıdır. Beləki, 1915-ci ilin dekabrından başlayaraq, polkovnik Ömər Naci bəy və fon Şeybner-Rixterin komandanlıq etdiyi 650 nəfərlik kiçik mücahidlər dəstəsi Muş-Bitlis-Cənubi Azərbaycan istiqamətində uğurlu hərbi əməliyyat apararaq 1916-cı il yanvarın 14-də Təbrizə daxil olmuşdu.
Naci Şanlıtürk
Naci Şanlıtürk (1969, İstanbul ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Naci Şanlıtürk 1969-cu ildə İstanbulda anadan olub. İbtidai təhsilini Orduda, orta təhsilini Ordu İmam-Hatip Liseyində, lisey təhsilini isə Ordu Liseyində alıb. İstanbul Universiteti Tarix Bölməsindən və Anadolu Universiteti Ədliyyə Bölməsindən məzun olub. 1992-1995-ci illərdə Avstriyada ticarətlə məşğul olub. İnşaat, sığorta, turizm və otel sahələrində çalışıb. Ordu Sənayeçi və İş Adamları Dərnəyinin sədr müavini olub. Üç dəfə Ordu Ticarət və Sənaye Palatasının Şura üzvü vəzifəsinə seçilib. Uzun illərdir MHP üzvüdür. 2020-2023-cü illərdə MHP Ordu il şöbəsinin sədri olub.
Mirzə Mehdi Naci
Mirzə Mehdi Naci (1805, Yelizavetpol – 1882, Yelizavetpol) — XIX əsrdə Gəncədə yaşayıb-yaratmış tanınmış təbib, şair, nəqqaş-xəttat. O, 1805-ci ildə Gəncədə doğulmuşdur. "Divani-hikmət"in fəalüzvlərindən olan Naci dövrünün tanınmış şairi, xalq təbabətini gözəl bilən həkimi həm də mahir həkkak-xəttatı olmuşdur. Onun hazırladığı gözəl ornamentli qəbir daşları indi də Gəncə qəbiristanlığında qalmaqdadır. Naci Qarabağ, Şəki, Qazax, Şamaxı şairləri ilə yaxından əlaqə saxlamış, tez-tez onlarla məktublaşmışdır. O, 1882-ci ildə Gəncədə vəfat etmiş, şəhərin İmamzadə türbəsində, hələ sağlığında özü üçün hazırladığı məqbərədə dəfn edilmişdir. İmamzadə kompleksində onun sağlığında özü üçün düzəltdiyi və başqalarına yazdığı başdaşılara rast gəlmək mümkündür.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Qaracan Əli Naci
Qaracan Əli Naci (1896[…], Konstantinopol – 7 iyul 1955, İstanbul) — Türk jurnalist, publisist, yazıçı. İstanbulda ziyalı ailəsində doğulmuşdur. Qalatasaray lisseyini bitirdikden sonra mətbuatda çalışmağa başlamış, dövrünün Nəcməddin Sadak, Falik Rıfqı Atay, Kazim Şinasi kimi marifçiləri və jurnalistləri ilə dostlaşmışdır. 1918-ci ildən "Axşam", "İnqilab", "Dan", "Milliyət" qəzetlərində, Anadolu agentliyinin Sofiya müxbiri kimi fəaliyyət göstərmişdir. "Ya hürriyət, ya ölüm", "Lozanna konfransı və İsmət İnonü kitablarının, publisistik əsərlərinin müəllifidir.
Ömər Naci hərəkatı
Şimali İran üzərindən Azərbaycan türkləriylə əlaqə qurmaq istəyən Ömər Naci İstanbuldakı "İttihad və Tərəqqi" Mərkəzi Komitəsi vasitəsilə III Ordudan Scheubnerlə özünə nizami birlik verilməsinə nail oldu. Ömər Naci ilə Scheubner məqsədləri eyni olduğu üçün hər ikisi birləşərək birlikdə hərəkət etməyə qərar verdilər. Ömər Nacinin birliyində yaxşı təlim görmüş 500 atlı və bir dağ topu, Scheubnerin birliyində isə 100 atlı, bir dağ topu və 30 könüllü, ayrıca da beş alman zabiti var idi. Scheubnerin birliyinin xərcləri, Ərzurumdakı Alman Əlaqə Zabitliyi tərəfindən ödənilirdi. Ömər Naci Scheubner 1915-ci ilin sentyabrın sonlarına doğru Bitlis və Başqala üzərindən Mosula çatmaq üçün yola çıxdılar. Başqalaya gəldikləri zaman buradan Urmiyə istiqamətində hərəkət etmək istədilərsə də, Van gölünün cənubunda rusların güclü müqaviməti ilə qarşılaşdılar və Mosula tərəf hərəkət etmək məcburiyyətində qaldılar. 1916-cı ilin fevral ayının ortalarında Ömər Naci bəyin göstərişiylə ruslara qarşı savaşan bölgədəki bəzi kürd aşirətləri də Scheubnerin taburuna qatıldılar. Lakin Scheubner onların intizamsız olduqlarını və əsgəri təlim görmədiklərini, bu səbəbdən də hərbi əhəmiyyətləri olmadıqlarını çatdırdı. 1916-cı ilin fevralından həmin ilin may ayınadək ruslarla Scheubnerin taburu arasında bir neçə döyüş olmuşdusada Scheubner rus birliklərini yenib Cənubi Qafqaza da çıxmağa müvəffəq olmamışdı. Ruslarla olan döyüşlərdə silah və cəbbəxana əskikliyi özünü kəskin şəkildə hiss etdirmiş, həm də Scheubnerin birliyində tif xəstəliyi yayılmış, ölüm halları artmışdır.
Əbdüllətif Naci Eldəniz
Əbdüllətif Naci Eldəniz (türk. Abdüllâtif Naci Eldeniz) (1875, Bitola – 20 mart 1948, Ankara) — Türk əsgər və siyasətçi. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edən ən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra millət vəkili vəzifəsində xidmət etmişdir. 1893-cü ildə hərbi məktəbi bitirmişdir. 1893–1895-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almışdır. Müxtəlif məktəb komandanlıqlarında və heyətlərində xidmət göstərmişdir. 1895-ci ildə baş leytenant, 1897-ci ildə kapiyan, 1902-ci ildə mayor, 1907-ci ildə qubernator oldu, lakin 1908-ci ildə polkovnik rütbəsinə yüksəlsə də, 1908-ci ildə II Məşrutiyyətin elan edilməsindən sonra 1909-cu ildə çıxarılan Tasfiye-i Rüteb qanunu ilə kapitan dərəcəsinə endirildi. 1914-cü ildə leytenant polkovnik , 1917-ci ildə polkovnik rütbəsinə yüksəldi. 1918–1920-ci illərdə şahzadələrin hərbi müəllimi və eyni zamanda da Sultanın baş yavəri idi.
Naciyə Qadınəfəndi
Naciyə Qadınəfəndi (1887, Batum – 4 dekabr 1923, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on üçüncü və son xanımı. Əsl adı Zəliha olan Naciyə xanım əslən gürcü olan ailədə dünyaya gəlmişdir. Kiçik yaşlarında Kabasakal Mehmed Paşa tərəfidnən alınaraq Ulduz sarayına gətirilmiş, burada saray tərbiyəsi almışdır. 4 noyabr 1904-cü ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evlənən Naciyə xanım padşahın ən sevimli 2 xanımından biri oldu. 1909-cu ildə ərinin sürgünündən sonra onunla birlikdə Salonikiyə getdi və 1912-ci ildə yenə onunla birlikdə İstanbula qayıtdı. 4 fevral 1924-cü ildə Ərənköydəki villasında vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsindədir. Mehmed Abid Əfəndi Səmiyə Sultan (d. 16 yanvar 1908 — ö.
Televisión Nacional de Chile
Televisión Nacional de Chile (TVN) Çili bir ictimai xidmət televiziya yayımçısıdır. Prezident Eduardo Frei Montalva'nın əmri ilə quruldu və 18 Sentyabr 1969-cu ildə ölkə miqyasında başladıldı. O vaxtdan bəri şirkət bir neçə dəfə yenidən təşkil edildi və fəaliyyət sahələri bu illər ərzində artaraq Çilinin aparıcı televiziya yayımçılarından biri halına gəldi. və Cənubi Amerika. 1970-ci il tarixli 17 377 saylı qanun, TVN-nin ictimai, muxtar, plüralist və təmsilçi bir ictimai xidmət olması lazım olduğunu təsbit etdi. TVN-in ictimai missiyası milli mədəni kimliyi, demokratiya dəyərlərini, insan haqlarını, ətraf mühitə qayğı və müxtəlifliyə hörməti təşviq etmək vəzifəsini müəyyənləşdirir. Bundan əlavə, Televisión Nacional, xidmətlərinin proqramlaşdırılmasını Milli Televiziya Şurası (CNTV) tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq idarə edir.
Əminə Naciyə Sultan
Əminə Naciyə Sultan (24 noyabr 1896, Konstantinopol – 4 dekabr 1957, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Naciyə Sultan 24 noyabr 1896-cı ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun son xanımı Ayşə Tərzitər xanımdır. Digər xanım sultanlar kimi Naciyə Sultan da mükəmməl saray tərbiyəsi aldı. Kiçik yaşlarından fransız və alman dillərini öyrəndi, piano və skripka dərsləri aldı. 1908-ci ildə əmisi Sultan Əbdülhəmid Naciyə Sultanı kiçik oğlu Hayri Əfəndiylə evləndirmək istədi. Ancaq Naciyə Sultan o əsnada hələ 12 yaşında idi. Bu səbəblə atası Süleyman Əfəndi və anası Tərzitər xanım ilk başda bu evliliyə qarşı çıxdılar. Ancaq çox keçmədən Sultan Əbdülhəmid qardaşını razı saldı və beləcə Naciyə Sultan 1908-ci ildə əmisi oğlu Hayri Əfəndiylə nişanlandı. Ancaq ertəsi il Sultan Əbdülhəmidin taxtdan endirilərək övladlarıyla birlikdə sürgünə göndərilməsinin ardından cütlüyün nişanı Sultan Rəşad tərəfindən ləğv edildi.
Əmir Nacib
Əmir Nəciboviç Nəcib (tatar. Әмир Нәҗип улы Нәҗип; 10 mart 1899 və ya 1899, Urcar rayonu[d] – 28 mart 1991 və ya 1991, Moskva)— Sovet şərqşünası, türkoloqu. Əmir Nacib 1899-cu ildə Qazaxıstanın keçmiş Semey vilayətinin Baktı kəndində anadan olub. Öncə kənd axundundan, sonra isə Çinin Şaueşek qəsəbəsində Rusiya konsulluğunun nəzdindəki məktəbdə ilk təhsilini alıb. O, daha sonra Semeydəki Müəllimlər məktəbində təhsilini davam etdirib. Ə.Nacib dünya dillərinin sirlərinə yiyələnərək rus, ərəb və fars dillərini öyrənib. 20-dən çox türk dil və ləhcəsində sərbəst danışıb yazan Ə.Nacib filologiya elmləri doktoru, professor, Sovet Türkoloqlar Komitəsinin və Türk Dil Qurumunun üzvü olub. Əmir Nacib 1991-ci ildə vəfat edib. Благова Г. Ф. Эмир Наджипович Наджип (к 80-летию со дня рождения) // Советская тюркология. — 1979.
Naciyə Sultan
Əminə Naciyə Sultan (24 noyabr 1896, Konstantinopol – 4 dekabr 1957, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Naciyə Sultan 24 noyabr 1896-cı ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun son xanımı Ayşə Tərzitər xanımdır. Digər xanım sultanlar kimi Naciyə Sultan da mükəmməl saray tərbiyəsi aldı. Kiçik yaşlarından fransız və alman dillərini öyrəndi, piano və skripka dərsləri aldı. 1908-ci ildə əmisi Sultan Əbdülhəmid Naciyə Sultanı kiçik oğlu Hayri Əfəndiylə evləndirmək istədi. Ancaq Naciyə Sultan o əsnada hələ 12 yaşında idi. Bu səbəblə atası Süleyman Əfəndi və anası Tərzitər xanım ilk başda bu evliliyə qarşı çıxdılar. Ancaq çox keçmədən Sultan Əbdülhəmid qardaşını razı saldı və beləcə Naciyə Sultan 1908-ci ildə əmisi oğlu Hayri Əfəndiylə nişanlandı. Ancaq ertəsi il Sultan Əbdülhəmidin taxtdan endirilərək övladlarıyla birlikdə sürgünə göndərilməsinin ardından cütlüyün nişanı Sultan Rəşad tərəfindən ləğv edildi.

Значение слова в других словарях