Əminə Naciyə Sultan

Əminə Naciyə Sultan (24 noyabr 1896, İstanbul4 dekabr 1957, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Əminə Naciyə Sultan
türk. Naciye Killigil
Şəxsi məlumatlar
Doğum tarixi 24 noyabr 1896(1896-11-24)
Doğum yeri Feriye sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 4 dekabr 1957(1957-12-04) (61 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Vəfat səbəbi xərçəng xəstəliyi
Atası Səlim Süleyman Əfəndi
Anası Ayşə Tərzitər xanım
Həyat yoldaşları Ənvər Paşa
Mehmed Kamil Killigil
Uşaqları Mahpeykər xanım Sultan
Türkan xanım Sultan
Sultanzadə Əli bəy
Rəna xanım Sultan
Ailəsi Osmanlı xanədanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naciyə Sultan 24 noyabr 1896-cı ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun son xanımı Ayşə Tərzitər xanımdır. Digər xanım sultanlar kimi Naciyə Sultan da mükəmməl saray tərbiyəsi aldı. Kiçik yaşlarından fransızalman dillərini öyrəndi, pianoskripka dərsləri aldı.

1908-ci ildə əmisi Sultan Əbdülhəmid Naciyə Sultanı kiçik oğlu Hayri Əfəndiylə evləndirmək istədi. Ancaq Naciyə Sultan o əsnada hələ 12 yaşında idi. Bu səbəblə atası Süleyman Əfəndi və anası Tərzitər xanım ilk başda bu evliliyə qarşı çıxdılar. Ancaq çox keçmədən Sultan Əbdülhəmid qardaşını razı saldı və beləcə Naciyə Sultan 1908-ci ildə əmisi oğlu Hayri Əfəndiylə nişanlandı.

Ancaq ertəsi il Sultan Əbdülhəmidin taxtdan endirilərək övladlarıyla birlikdə sürgünə göndərilməsinin ardından cütlüyün nişanı Sultan Rəşad tərəfindən ləğv edildi. Üstəlik bu əsnada İttihad və Tərəqqi Cəmiyyətinin güclü simalarından Ənvər Paşa da Naciyə Sultanla evlənmək niyyətində idi. Nəhayət 1909-cu ilin mayında Naciyə Sultan o əsnada Berlində olan Ənvər Paşayla vəkalətən keçirilən bir mərasimlə nişanlandı. Ancaq bir neçə ay sonra Naciyə Sultanın atası Süleyman Əfəndinin vəfat etməsi toy mərasimini gecikdirdi.

Cütlüyün nigahı 15 may 1911-ci ildə Dolmabağça sarayında dövrün şeyxülislamı Musa Kazım Əfəndi tərəfindən bağlandı. Toy mərasimi isə təxminən 3 il sonra — 5 mart 1914-cü ildə Nişantaşı köşkündə baş tutdu. Mərasimin ardından cütlüyə Beşiktaş sahilindəki saraylardan biri təsis edildi. Ənvər Paşanın ölkənin sosial və siyasi həyatındakı rolu səbəbilə Naciyə Sultan da bu fəaliyyətə aktiv şəkildə iştirak etdi. 1916-cı ilin avqustunda Naciyə Sultan İstanbulda "Əməkçi Müsəlman Qadınlar Cəmiyyəti"ni təsis etdi və bu cəmiyyətin fəaliyyətləri çərçivəsində qadınların çalışma şəraitinin yaxşılaşdırılmasına çalışdı.

Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəldi ki, bunlardan ilk iki övladı — MahpeykərTürkan xanım Sultanlar İstanbulda dünyaya gəldi. Belə ki, 14 oktyabr 1918-ci ildə Ənvər Paşa hərbi nazirlikdən azad edilmiş, İngilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasının ardından Ənvər Paşa da ölkədən qaçmağa məcbur qalmışdır. O əsnada Naciyə Sultan hamilə olduğu üçün onunla gedə bilmədi. Bu səbəblə ikinci qızının dünyaya gəlişindən bir il sonra — 1920-ci ildə qızlarını da yanına alaraq ərinin yanına Berlinə getdi. Cütlüyün son övladı olan Sultanzadə Əli bəy məhz burada dünyaya gəldi. Ancaq övladı dünyaya gəlmədən bir neçə ay öncə Ənvər Paşa Sovet Rusiyasına qaçmış, bu səbəblə oğlunu heç vaxt görə bilməmişdir.

Onun 4 avqust 1922-ci ildə vəfatının ardından dul qalan Naciyə Sultan övladlarını da yanına alaraq İstanbula döndü və ərinin vəsiyyətinə əsasən, ertəsi il 30 oktyabr 1923-cü ildə qaynı Mehmed Kamil bəylə nigahlandı. Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Naciyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. İlk öncə Parisdə yaşayan Naciyə Sultanın 1926-cı ildə ikinci nigahından Rəna xanım Sultan adlı bir qızı daha dünyaya gəldi. 1933-cü ildə Nitsaya gəldi və illərdir görmədiyi qardaşı Şərafəddin Əfəndiylə görüşdü. İkinci Dünya Müharibəsinin başlanğıcında ailəsiylə birlikdə İsveçrənin Bern şəhərinə köç edən Naciyə Sultan uzun müddət övladlarını görə bilmədi. 1943-cü ildə qızları MahpeykərTürkan xanım Sultanlar çıxan əfv qanunuyla İstanbula qayıda bildilər. İkinci Dünya Müharibəsinin ardından Naciyə Sultan, əri və qızı Rəna xanım Sultanla birlikdə 1946-cı ildə Parisə geri döndü. 1949-cu ildə əri Mehmed Kamil bəydən formal olaraq boşandı. Beləcə, İstanbula dönən Mehmed Kamil bəy apardığı bəzi hüquqi prosedurların ardından, Naciyə Sultaanı Ənvər Paşanın dul xanımı ünvanıyla İstanbula gətirə bildi. Rəsmi şəkildə boşanmış görülsələr də, ömrünün sonuna qədər Mehmed Kamil bəylə yaşayan Naciyə Sultan 4 dekabr 1957-ci ildə İstanbulda qaraciyər xərçəngi səbəbilə vəfat etdi. Cənazəsi Yəhya Əfəndi türbəsinə — atasının yanına dəfn olundu.

  • Mahpeykər xanım Sultan
  • Türkan xanım Sultan
  • Sultanzadə Əli bəy (d. 29 sentyabr 1921, Berlin — ö. 2 dekabr 1971, Avstraliya) — İlk evliliyi 1948-ci ildə Pərizad xanımla baş tutdu. 1 övladı oldu. İkinci evliliyi 1954-cü ildə Maya Brit ilə baş tutdu.
    • Arzu Ənvər (d. 15 sentyabr 1955, Neapol) — Arslan Sadıkoğlu ilə evləndi. 1 övladı oldu.
      • Burak Sadıkoğlu
  • Rəna xanım Sultan (d. 25 fevral 1926, Paris — ö. 14 aprel 2008, İstanbul) — 25 iyul 1949-cu ildə Osman Sədi Eldem ilə evləndi. 3 övladı oldu.
    • Ceyda Eldem (d. 1 mart 1952)
    • Nəcla Eldem (d. 24 mart 1954, İstanbul — ö. 24 avqust 1964, Kəraçi)
    • Əthəm Eldem (d. 2 mart 1960, Cenevrə) — 2 sentyabr 1983-cü ildə Zeynəb Sədəf Torunoğlu ilə evləndi. 1 övladı oldu.
      • Simin Eldem (d. 26 yanvar 1987)
  • Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
  • Woronzow, Salome (September 20, 2016). Şehzade Zevceleri. Osmanlı Hanedanı Gelinleri 1850 – 1923. GRIN Verlag. p. 5. ISBN 978-3-668-30031-6
  • Suad, Adem (April 6, 2015). 100 Meşhur Aşk. Az Kitap. ISBN 978-6-054-81261-5
  • Akmeşe, Handan Nezir (November 12, 2005). The Birth of Modern Turkey: The Ottoman Military and the March to WWI. I.B.Tauris. p. 100. ISBN 978-1-850-43797-0
  • Fortna, Benjamin C. (2014). The Circassian: A Life of Eşref Bey, Late Ottoman Insurgent and Special Agent. Oxford University Press. pp. 293 n. 16. ISBN 978-0-190-49244-1
  • Bey, Yaver Suphi (November 16, 2011). Enven Paşa'nın Son Günleri. artcivic. ISBN 978-6-054-33739-2
  • Hacker, Barton; Vining, Margaret (17 August 2012). A Companion to Women's Military History. BRILL. p. 199. ISBN 978-9-004-21217-6
  • Hourani, Albert; Khoury, Philip Shukry; Wilson, Mary Christina (January 1, 1993). The Modern Middle East: A Reader. University of California Press. pp. 137. ISBN 978-0-520-08241-0
  • Rabo, Annika; Utas, Bo (2005). The Role of the State in West Asia. Swedish Research Institute in Istanbul. p. 21. ISBN 978-9-186-88413-0