NOVRUZƏLİ

Əlinin yeni günü, Alının təzə günü.
NOVRUZBALA
NOVRUZXAN
OBASTAN VİKİ
Novruzəli Aslanov
Novruzəli Davud oğlu Aslanov (Novruz Aslan; 22 mart 1963, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin deputatı. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir. "Vətənə xidmətə görə" ordeni tam kavaleri. == Həyatı == Novruzəli Aslanov 1963-cü il mart ayının 22-də Bakı şəhərində atası yazıçı-dramaturq Davud Aslanın ailəsində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 201 saylı orta məktəbə daxil olmuş, 1980-ci ildə məktəbi bitirmişdir. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və elektron hesablama texnikası" fakültəsinə daxil olmuş, 1985-ci ildə oranı bitirmişdir. 1985–1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəsifələrində çalışıb. 1990–1999-cu illərdə "Azərağackağız" Səhmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Novruzəli Məmmədov
Novruzəli Xanməmməd oğlu Məmmədov (10 mart 1942, Ərçivan, Astara rayonu – 17 avqust 2009, Bakı) — Azərbaycan filoloqu, filologiya elmləri namizədi, pedaqoji elmlər doktoru, professor. == Fəaliyyatı == Məmmədov Novruzəli Xanməmməd oğlu 10 mart 1942-ci ildə Azərbaycanın Astara rayonu, Ərçivan kəndində anadan olub. Azərbaycan Xarici Dillər Universitetində ingilis filoloqiyası fakültəsini bitirmişdir. 1989-1992-ci illərdə Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, 1992 ildən "Tolışi sədo" qəzetində baş redaktorun müavini, 2001 ildən qəzetin baş redaktoru və eyni zamanda AMEA Nəsimi adına Dilçilik İnstitutun german-roman dilləri şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Təhsil Nazirliyi milli azlıqların dillərinə üzrə tədris-metodik şurasının və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yanındakı milli sualı üzrə ictimai şurasının üzvü seçilmişdir. Novruzəli Məmmədov Azərbaycanın yeganə talışşünas-dialektoloqu olub. Bir sıra kitab, elmi məqalə və dərsliklərin müəllifi idi. Azərbaycan və talış dillərinin münasibətinə həsr edilmiş bir neçə monoqrafiyaların müəllifi olub. 24 iyun 2008-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə istintaq orqanının ona təqdim etdiyi ittiham aktının birbaşa köçürməsi olan hökmü ilə Novruzəli Məmmədovu boş zalda Azərbaycan Respublikası CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 10 il müddətinə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə çəzasına məhkum etdi. 17 avqust 2009-cu il tarixində Bakı həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdir.
Novruzəli Orucov
Novruzəli Orucov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor == Həyatı == Orucov Novruzəli Hüseyn oğlu 1962-ci ildə Ucar rayonunda anadan olub. Ucar şəhərindəki 2 nömrəli orta məktəbdə təhsil alıb. 1969-cu ildə, 6 yaşında ikən atasını itirib. Zaqafqaziya Hərbi Dairəsində — Gürcüstanın Qori şəhərində kiçik tank komandirləri kursunu bitirib. Sonra Axalkələkdəki 13-cü qvardiya diviziyasında kiçik tank komandiri kimi müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət zamanı göstərdiyi şücaətə görə "Döyüş xidmətlərinə görə" medalı ilə təltif olunub. Hərbi xidməti bitirdikdən sonra bir müddət zavodda fəhlə işləyib. Daha sonra Xarkov Ali Hərbi Tank Komandirləri məktəbinə qəbul olunub. Sovet ordusunun Macarıstandakı hərbi birləşməsində 1 il kəşfiyyat taqımının komandiri, sonra isə müvafiq olaraq tank taqımının və bölüyünün komandiri vəzifələrində çalışıb. Azərbaycana 1991-ci ildə gələn N. Orucov bir müddət Salyan Rayon Hərbi Komissarının müavini vəzifəsində çalışıb.
Novruzəli bəy məscidi
Novruzəli bəy məscidi — Ermənistanda İrəvan şəhərinin tarixi hissəsi olan Şəhər bölməsində mövcud olmuş məscid. == Haqqında == İrəvan şəhərinin qədim Şiə məscidlərindən biri olan Novruzəli bəy məscidinin dəqiq inşa tarixi bilinməsə də memarlıq xüsusiyyətləri baxımından tədqiqatçılar bu məscidi XIV əsr abidəsi hesab edirlər. Digər versiyaya görə isə, məscid XVII əsrin II yarısında tikilmişdir. Bir minarəli məscidin əsas binası böyük günbəzlə tamamlanmış, xarici divarları rəngli kaşılarla işlənmişdi. İrəvan şəhərinin tarixi hissəsi olan Şəhər (Şəhri) massivinin Novruzəli məhəlləsində mövcud olmuş Novruzəli bəy məscidi 18-ci əsrin ikinci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir. 1918–1920-ci illərdə tarixi qurulan erməni daşnak hökuməti zamanı və Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan, Hacı Novruzəli bəy məscidlərində Türkiyədən qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar.1918–1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Hacı Novruzəli bəy məscidində Türkiyədən gəlmiş erməni qaçqınları məskunlaşdırılmışdılar. Tarixi məscid 1920–1930-cu illərdə İrəvan şəhərinin baş memarlıq planı hazırlanarkən ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə və onların yerində yaşayış kvartallarının, meydanların və parkların salınmasına başlanıldı. Bu plan nəticəsində faktiki olaraq yoxa çıxarılan abidələrdən biri də Novruzəli bəy məscidi olmuşdur. Məscid XX əsrin birinci yarısında dağıntılara məruz qalmış və 1950-ci illərdən sonra tamamilə məhv edilmişdir. Görünüş etibarilə Zal xan məscidinə bənzəyən Novruzəli bəy məscidi ondan bir qədər kiçik olmuşdur.
Orxan Novruzəlizadə
Orxan Elxan oğlu Novruzəlizadə (10 dekabr 1998, Vurğun, Ağstafa rayonu — 11 may 2023, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 11 may 2023-cü ildə Azərbaycan-Ermənistan sərhədi istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Orxan Novruzəlizadə 10 dekabr 1998-ci ildə Ağstafa rayonunun Vurğun qəsəbəsində Elxan Novruzəliyevin və Mətanət Əliyevanın ailəsində anadan olmuşdur. 2004–2015-ci illərdə şəhid Habil Əzizov adına Ağstafa rayon Vurğun qəsəbə tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Orxan Novruzəlizadə 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında sıravi olaraq hərbi xidmətə başlamışdır. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ildə Quru Qoşunlarının "Müddətdən artıq həqiqi hərbi xidmət" kursunu bitirən Orxan Novruzəlizadə yenidən ordu sıralarına qayıdaraq müddətdən artıq hərbi xidmət qulluqçusu kimi hərbi xidmətinə davam etmişdir.Azərbaycan Ordusunun əsgəri olan Orxan Novruzəlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.
джиги́т перераспредели́ть подоспе́ть аллегори́чность ареопа́г бескро́вность дорога́я нашива́ние перегаси́ть пересъёмка подмо́ченный улови́ть ноне постромка студень хламоздать broomrape contested election dabchick radiogoniometer sword bayonet tectonomagnetism trivalent консорциум лоскут