Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu — Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Numizmatika Elmi Fond Şöbəsinin tərkibində numizmatik materialların toplanması, qorunması, sistemləşdirilməsi, tədqiqi və təbliği məqsədilə fəaliyyət göstərən vahid numizmatik mərkəz
== Yaranması tarixi ==
1920-ci ildə Yevgeni Aleksandroviç Paxomovun (1880–1965) gərgin əməyi sayəsində Azərbaycan Tarixi Muzeyinin "Arxeologiya, tarix və etnoqrafiya"şöbəsinin tərkibində yaradılan Numizmatika kabineti (az sonra Numizmatika fondu) çox keçmədən Tarix Muzeyinin ən zəngin fonduna çevrilmişdir. Yaradıldığı ilk illərdə cəmi 103, 1928-ci il məlumatına görə 4734–1939-cu ilə görə 1 6728 sikkədən ibarət kolleksiyaya malik olan bu fond indi respublikada 100 000-dək sikkənin saxlanıldığı, tədqiq və təbliğ olunduğu vahid numizmatik mərkəzdir.
== Fonddakı materiallar ==
Fond sikkələrinin əsas hissəsini Azərbaycan Respublikası ərazisində tapılmışvə zərb edilmiş sikkələr təşkil edir. Bunların sırasında Azərbaycanın feodaldövlətləri – Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Azərbaycanatabəyləri, Qaraqoyunlular, Ağqoyunlular , Səfəvilər və Azərbaycan xanlıqlarınaməxsus sikkələr xüsusi önəm daşıyır. Fondda həmçinin antik və Şərq sikkələrindən ibarət kolleksiyalar, qədimYunanıstan şəhərlərinin, Roma, Bizans imperiyalarının, ellinist dövlətlərin (Selevkiya, Parfiya, Baktriya), Sasanilər, Ərəb Xilafəti, Səlcuqlar, Elxanilər, Cuçilər, Osmanlılar, Əfşarlar, Qacarlar, Baburilər və b. dövründə zərb olunmuş və Azərbaycan ərazisində tapılan, eləcə də, demək olar ki, bütün dünya ölkələrini(Qərbi Avropa, Rusiya, Hindistan, Çin və b.) təmsil edən kolleksiyalar mövcuddur. Azərbaycan numizmatikasının bir elm kimi təşəkkülü və sonrakı uğurları Numizmatika fondunun təsisçisi və Yevgeni Paxomovun fəaliyyəti ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazisində aşkara çıxarılan ilk, təsadüfi sikkə tapıntıları fondda yerləşdirilmiş, qeydə alınmış, sayı artırılmış, tədqiq və nəşr olunmuşdur.
== Fondun elmi fəaliyyəti ==
Azərbaycan tarixinə, arxeologiyasına və numizmatikasına həsr edilmiş 100-dən artıq məqalə, "Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri", "Gürcüstan sikkələri","Azərbaycan sikkələri " əsərləri Y. Paxomov qələminin məhsuludur. 1968-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə muzeydə "Numizmatika və epiqrafika " şöbəsi yaradılmış və Y. Paxomovun davamçısı Əli Məhəmməd oğlu Rəcəbli şöbənin və numizmatika fondunun müdiri təyinedilmişdir.