Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəsir Bakuvi
Nəsir Bakuvi (XIII əsr – XIV əsr) — azərbaycanlı şair. == Həyatı == Nəsir Bakuvi XIII əsrin sonları – XIV əsrin əvvəllərində Azərbaycan türkcəsində şeirlər yazmışdır. O, Sultan Olcaytunun zamanında ona türk dilində müxəmməs həsr etmişdi. Azərbaycan dilində şeirlər yazan bu şair haqqında ingilisdilli tarixşünaslıqda heç bir məlumata rast gəlinmir. Avropa tədqiqatçıları daha çox farsdilli Azərbaycan ədəbiyyatını araşdırmışlar. Nəsir Bakuvinin müxəmməsi son illərdə üzə çıxarıldığından çox da məşhur deyil. Ərqun xanın üçüncü oğlu, 23 yaşlı Olcaytu qardaşı Qazan xanın vəfatından sonra Təbrizə gəlib onun yerini tutmuşdu. Tarixi mənbələrdə ədalətli və maarifpərvər bir sultan kimi xatırlanan Olcaytu şair Nəsir Bakuvi tərəfindən yüksək qiymətləndirilmişdir. 11 bəndlik müxəmməsdə şair hökmdara İslamı qoruduğu, xristianları rədd etdiyi, İslam dinini ucaltdığı üçün təşəkkür edir, onu böyük adam adlandırır.
Nəsir Məmmədov
Nəsir Məmmədov (tam adı: Məmmədov Nəsir Nəsirzadə;10 may 1907, Dəstə, Ordubad rayonu – 25 iyul 1982, Bakı) — dilçi alim == Həyatı == 10 may 1907-ci ildə Ordubad rayonun Dəstə kəndində anadan olmuşdur. === Təhsili === 1925-ci ildə orta məktəbi bitirmiş, 1928-1929-cu illərdə Zaqaf­qaziya Kommunist Universitetinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Azərbaycan Ali məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, Bakının sabiq Keşlə rayon partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. === Pedaqoji və elmi fəaliyyəti === 1942-1945-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun direktoru olmuş, burada dilçilik kafedrasına rəhbərlik etmişdir. 1945-ci ildən yenidən BDU-nun Ümumi dilçilik kafedrasında çalışmağa başlamış, 22 il bu kafedrada dosent və professor vəzifələrində işləmişdir. 1947-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur.1972-ci ildə yenidən BDU-nun Ümumi Dilçilik kafedrasına keçərək orada professor vəzifəsində çalışmışdır. Azərbaycanda nəzəri dilçiliyin yaradıcılarındandır. Nəzəri dilçilik sahəsindəki fəaliyyəti Azərbaycanda bu sahədə elmi fikri xeyli zənginləşdirmişdir.
Nəsir Paygozar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Paygüzar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Payqozar
Nəsir Mehdi oğlu Paygüzar (ədəbi təxəllüsü "Nəsir") - 1311-ci il noyabr ayının 11-də Mərənd bölgəsinin Zunuz şəhərində anadan olub. Ali təhsil aldıqdan sonra bir neçə il Mərənd şəhərində müəllimlik edib. 1339-ci ildə Təbrizə gəlib və müxtəlif mədrəsələrdə idman müəllimi işləyib. Eyni zamanda ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinin axşam şöbəsində təhsil alıb. Nəsir bu sahədə çoxlu uğurlara imza atıb. 12 il ərzində Şərqi Azərbaycanın gimnastika komandasının rəhbəri olub. O dəfələrlə xarıcı ölkələrə səfərlər edib və çoxsaylı konfransların iştirakçısı olub. Nəsir Paygüzar hazırda Təbriz Azad Universitetinin idman müəllimidir. 45 il bundan əvvəl şeir yazmağa başlayıb. Şeirlərini türkcə və farsca yazıb.
Nəsir Sadıqzadə
Nəsir Müseyid oğlu Sadıqzadə (1926, Şuşa, DQMV – 1996, Bakı) — Azərbaycan teatr rejissoru, aktyoru, pedaqoq və müəllimi. == Həyatı == Nəsir Sadıqzadə orta təhsilini başa vurduqdan sonra, 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1964-1965-ci illərdə Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) “Rejissorluq” kursunu bitirib. Nəsir Sadıqzadə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. Ömrünün son iyirmi ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. İstedadlı rejissor 1965–1966-cı illərdə Gəncə teatrında baş rejissor,1970–1973-cü illərdə Naxçıvan DMDT-də baş rejissor işləyib. Müxtəlif illərdə Cəfər Cabbarlının "Aydın", Mirzəİbrahimovun "Kəndçi qızı", Viktor Rozovun "Sabahın xeyir" (1962), Yusif Əzimzadənin "Nəsrəddin", Aleksandr Şirvanzadənin "Cinli", Toktobolat Əbdülmöminovun "Şikayət qəbul edilmir" (1963), Əziz Nesinin "Bura gəlin" (1965), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (27 dekabr 1972), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (29 aprel 1973), Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Otiya İoselianinin "Araba hələ aşmayıb" (1976), Sergey Mixalkovun "Xərçənglər" (29 may 1982) pyes və dram əsərlərinə quruluş verib. Bir sıra filmlərdə çıxış edib."Bəxt üzüyü" filmində yaddaqalan Tanrıbəy obrazını yaradıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik və pedaqoji fəaliyyətlə məşğul olub. == Filmoqrafiya == Mən ki gözəl deyildim (film, 1968) Şeytan göz qabağında (film, 1987) Qətl günü (film, 1990) Zirzəmi (film, 1990) Bəxt üzüyü (film, 1991) Qəzəlxan (film, 1991) Qara "Volqa" (film, 1994) Həm ziyarət, həm ticarət...
Nəsir Tağıyev
Nəsir Tağıyev (1879, Şamaxı – 9 sentyabr 1953, Moskva) — Azərbaycan SSR xalq maliyyə komissarı, komissar müavini, pedaqoq, ictimai xadim. == Həyatı == Nəsir bəy Hacı Məmməd oğlu Tağıyev Sankt-Peterburq Universitetinin Şərq fakültəsini bitirmişdir. 1900-cü illərin əvvəllərində Bakı gimnaziyasında müəllim işləmişdir. Sonra isə bank işçisi olmuşdur. 1953-cü ildə Moskva şəhərində ölüb. Novodeviçye qəbiristanlığında dəfn edilib. == Siyasi fəaliyyəti == Nəsir Tağıyev 1920-ci ildə Azərbaycan Kommunist Partiyasına üzvü olmuşdur. O, 28 aprel 1920-ci il tarixindın 2 may 1920-ci il tarixinədək Azərbaycan SSR xalq maliyyə komissarı Mirzə Davud Hüseynovun müavini olmuşdur.. Nəriman Nərimanovun 2 may 1920-ci il tarixində xalq xarici işlər komissarı vəzifəsindən ayrılmasının ardınca xalq maliyyə komissarı Mirzə Davud Hüseynov xalq xarici işlər komissarı vəzifəsinə təyinat almış, müvafiq olaraq onun müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı vəzifəsinə təyinat almışdır. O, 1922-ci ilədək bu vəzifəni daşımışdır.
Nəsir yelqovanı
Nəsir yelqovanı - İranda istehsal edilən ilk elektrik avtomobili İranda istehsal edilən ilk elektrik avtomobili olan "Nəsir yelqovanı"nın təqdimat mərasimini 2009-cu ilin sentyabr ayının 3-də İran Nəqliyyat və Yanacaq Rəhbərliyi Qərargahı keçirib. “Nəsir yelqovanı” adlandırılan və cəmi iki sərnişini daşıya bilən avtomobili Tehranın Xacə Nəsir Universitetinin 14 nəfərlik tələbə qrupu istehsal edib. Avtomobilin çəkisi 700 kiloqramdır. Bir dəfəyə azı 50 kilometr məsafəni qət edə bilər. Sürəti saatda 80 kilometrdir və bütün yoxlamalardan müvəffəqiyyətlə çıxmış yığcam bir avtomobildir. Avtomobil əvvəlcə elektrik avtomobillər arasında keçirilən yarışma məqsədi ilə nəzərdə tutulsa da, sonradan onun kütləvi istehsalına və vətəndaşların istifadəsinə verilməsinə qərar verilib.
Nəsir İmanquliyev
Nəsir Əsədulla oğlu İmanquliyev (22 dekabr 1911, Bakı – 7 mart 1998, Bakı) — azərbaycanlı jurnalist, elm xadimi və ictimai xadim, Azərbaycan SSR Əməkdar jurnalisti (1990), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1976). == Həyatı == Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirmişdir. 1926-cı ildə Komsomol sıralarına qəbul edilmişdir. 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olaraq təhsilini davam etdirmişdir.Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yəni 1934-1952-ci illərdə çap olunmağa başlayır. Həmin illərdə o, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səs" qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifəsində çalışmışdır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi çalışmışdır.Bir il sonra, 1943-cü ildə Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilmiş, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görmüşdür. O, 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunmuşdur. 1946-cı ildə Moskvada Mərkəzi Qəzet kursunu bitirən Nəsir İmanquliyev 1947-ci ildə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. O, Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında dərs demişdir.Nəsir İmanquliyev 1948-1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.
Nəsir Əhmədli
Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu – 7 iyun 2022, Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü. == Həyatı == Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Məşədi Nəsir Lövhi
Sadıqov Məşədi Nəsir Hacı Sadıq oğlu (Məşədi Nəsir Lövhi) — Azərbaycan şairi. == Həyatı == Məşədi Nəsir Lövhi Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Məclisi-üns üzvlərindən olmuşdur. Qardaşı Məşədi Əyyub Baki də şair idi. Məşədi Nəsir Lövhi 1901-cü ildə vəfat edib.
Nəsir bəy Tağıyev
Nəsir Tağıyev (1879, Şamaxı – 9 sentyabr 1953, Moskva) — Azərbaycan SSR xalq maliyyə komissarı, komissar müavini, pedaqoq, ictimai xadim. == Həyatı == Nəsir bəy Hacı Məmməd oğlu Tağıyev Sankt-Peterburq Universitetinin Şərq fakültəsini bitirmişdir. 1900-cü illərin əvvəllərində Bakı gimnaziyasında müəllim işləmişdir. Sonra isə bank işçisi olmuşdur. 1953-cü ildə Moskva şəhərində ölüb. Novodeviçye qəbiristanlığında dəfn edilib. == Siyasi fəaliyyəti == Nəsir Tağıyev 1920-ci ildə Azərbaycan Kommunist Partiyasına üzvü olmuşdur. O, 28 aprel 1920-ci il tarixindın 2 may 1920-ci il tarixinədək Azərbaycan SSR xalq maliyyə komissarı Mirzə Davud Hüseynovun müavini olmuşdur.. Nəriman Nərimanovun 2 may 1920-ci il tarixində xalq xarici işlər komissarı vəzifəsindən ayrılmasının ardınca xalq maliyyə komissarı Mirzə Davud Hüseynov xalq xarici işlər komissarı vəzifəsinə təyinat almış, müvafiq olaraq onun müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı vəzifəsinə təyinat almışdır. O, 1922-ci ilədək bu vəzifəni daşımışdır.
Nəsir xan Şahsevən
Nəsir xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (Ərdəbil – Ərdəbil) — Ərdəbil xanlığının 1763-cü ildən 1808-ci ilə qədər ikinci xanı, O, qardaşı Nəzərəli xan Şahsevən ilə şərik hakimiyyətə malik idi.
Nəsir yüzbaşı Yağləvəndli-Cavanşir
Nəsir Şibl əd-Dəvlə
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس‎), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،‎; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس‎), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،‎; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.
Asif Nəsirov
Asif Nəsirov (tam adı: Asif Musa oğlu Nəsirov, d.25 dekabr, 1958 - ö.8 noyabr, 2016 Böyük Qışlaq, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı alim, texnika elmləri namizədi, bir ixtira, 8 kitab və 82 elmi əsərin müəllifi, iki Beynəlxalq elmi simpoziumun iştirakçısı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti. == Həyatı == Asif Musa oğlu Nəsirov 25 dekabr 1958-cı il tarixində Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kəndində ziyalı ailəsində anadan olub. 1975-ci ildə Böyük Qışlaq kənd orta məktəbini bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sanitar texniki işlər fakültəsinə daxil olub. 1980-ci ildə institutu «İstilik-qaz təchizatı və ventilyasiya» ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirərək «inşaat mühəndisi» ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə layihəçi mühəndis kimi başlamışdır.1981-ci ildən 1993-cü ilədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin «İstilik təchizatı və İstilik texnikası» kafedrasının nəzdindəki Ümumittifaq əhəmiyyətli “3 saylı Sahə Еlmi-Тədqiqat Laboratoriyası”nda böyük mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmiş, 1982-85-ci illərdə АzMİU-nun aspiranturasında əyani təhsil almış, 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, texnika elmlər namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən kafedrada saat hesabı dərs aparmağa başlamış, 1993-ci ildə müsabiqə yolu ilə kafedraya müəllim keçmiş və ömrünün sonunadək kafedrada dosent vəzifəsində işləmişdir. İşlədiyi dövrdə А.М.Nəsirov özünü savadlı mütəxəssis, çalışqan və intizamlı işçi, yüksək mənəvi keyfiyyətlərə malik ali kateqoriyalı müəllim kimi göstərmişdir. Universitetin professor-müəllim heyəti və tələbələri arasında yüksək nüfuz və hörmətə malik olmuş, ictimai işlərdə yaxından iştirak edmişdir. Asif Musa oğlu Nəsirov 8 noyabr 2016-cı il tarixində Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1975-cü ildə Böyük Qışlaq kənd orta məktəbini bitirib.
Budaq Nəsirov
Budaq Nəsirov (15 iyul 1996, Gəncə) – Portuqaliya aşağı dəstəsində mübarizə aparan Sportinq Lissabonun əvəzedici komandasında yarımmüdafiəçi kimi çıxış edən Azərbaycan futbolçusudur. == Karyerası == === Klub === Budaq Nəsirov 25 iyul 2016-cı ildə Sportinq Lissabon klubu ilə 5 illik müqavilə imzalamışdır. === Milli komanda === Budaq Nəsirov milli komandada debütünü 26 may 2016-cı ildə Azərbaycanın yoldaşlıq oyununda Andorraya qarşı oyunda etmişdir. == Karyera statistikası == === Milli komanda === 26 may 2016-cı il məlumatlarına əsasən.
Elman Nəsirli
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Elman Nəsirov
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Elmir Nəsirov
Elmir Zülfü oğlu Nəsirov (13 iyul 1991, Əhmədbəyli, Füzuli rayonu – 27 sentyabr 2020, Yuxarı Əbdürrəhmanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Zülfü oğlu Nəsirov 1991-ci ilin 13 iyul tarixində Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub. 1998-ci ildə General Məhəmməd Əsədov adına Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinifə daxil olub və 2009-cu ildə həmin məktəbi bitirib. === Ailəsi === Ailəli idi, iki qız övladı var. == Hərbi xidməti == 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında xidmət etməyə başlayıb və 2010-cu ildə həqiqi hərbi xidmətini başa vurub. 2013-cu ildə öz istəyi ilə Azərbaycan ordusunun sıralarında yenidən xidmət etmək üçün müraciət edib və tank taborunda, tuşlayıçı operator vəzifəsinə təyin edilib. 2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan arasında baş vermiş Dördgünlük müharibədə əks-hücum əməliyyatlarında fəal iştirak etmiş, xidməti tankı düşmən tərəfindən vurulmuşdur. Elmir Nəsirov 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış İkinci Qarabağ müharibəsində də, Dördgünlük müharibədə olduğu kimi tankçı kimi qatılmışdır. Cəbhənin Füzuli rayonu istiqamətində yarılması əməliyyatlarında iştirak edən zaman içində olduğu tank düşmən tərəfindən vurulmuş, buna baxmayaraq tankdan çıxaraq başqa bir tankda döyüşü davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, tankçı Elmir Nəsirov Füzulinin azad edilməsinın və İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr tarixində rayonun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə həlak olmuşdur.
Elçin Nəsirov
Elçin Ramiz oğlu Nəsirov (13 yanvar 1988, Əhmədalılar, Füzuli rayonu – 25 oktyabr 2020, Qorqan, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Nəsirov 1988-ci il yanvarın 13-də Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Nəsirov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı Qorqan istiqamətində şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Nəsirov
Elşad Nəsirov (siyasətçi) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. Elşad Nəsirov (hüquqşünas) — Azərbaycan hüquqşünası.
Elşad Nəsirov (hüquqşünas)
Elşad Nəsirov (Elşad Haqverdi oğlu Nəsirov; d. 1 iyul 1971. Babacan, Vardenis rayonu, Ermənistan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin dekan müavini, fakültə Elmi Şurasının katibi. Konstitusiya hüququ kafedrasının baş müəllimi. == Həyatı == Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib.1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir. 1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır. 1998-ci ildən hal-hazıra qədər BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2004-cü ildən hal-hazıra qədər isə təlim-tərbiyə işləri üzrə dekan müavini vəzifəsində də işləyir.
Elşad Nəsirov (siyasətçi)
Elşad Nəsirov (1960, Bakı) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti. == Həyatı == Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmişdir. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışmış, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1997-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. 2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Fuad Nəsirov
Fuad Nəsirov (Fuad Məhərrəm oğlu Nəsirov; 29 mart 1971 — 21 aprel 1994) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad Nəsirov 29 mart 1971-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Muğanlı kənd səkkizillik məktəbini bitirən Fuad orta təhsilini Kuropatkin kənd orta məktəbində başa vurmuşdur. 1988-ci ildə Fuad Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1993-cü ildə institutu bitirib həmin ilin 1 iyulunda könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. 30 yanvar 1994-cü ildə Fuad Ağdərə istiqamətində gedən döyüşlərdə "PK" markalı pulemyotla silahlanaraq vuruşmuşdur. "Qlobus" deyilən ərazidə bir neçə gün davam edən döyüşlərdə düşmənin xeyli hərbi texnikası, yetmişdən çox əsgər və zabiti məhv edilmişdir. Fevral ayında gedən döyüşlərdə Fuadın xidmət etdiyi rota fərqlənmişdir. 1994-cü ilin 21 aprelində səhər saatlarında düşmən qoşununun ehtiyat qüvvəsini öyrənmək tapşırığını yerinə yetirib geriyə qayıdarkən pusquda dayanmış ermənilərlə səkkiz nəfər arasında qeyri-bərabər döyüş başlandı. Bu döyüşdə kəşfiyyat dəstəsinin yeddi üzvü, o cümlədən, Fuad Nəsirov şəhid oldu.
Füzuli Nəsirov
Füzuli Əkbər oğlu Nəsirov — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 15 №-li laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru. == Ümumi məlumatlar == Füzuli Əkbər oğlu Nəsirov 28.09.1952-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Bərdə şəhər 1 №-li orta məktəbinə daxil olmuş, 1968-ci ildə yeni açılmış 5 №-li orta məktəbə köçürülmüş və 1969-cu ildə həmin məktəbi əlaçı attestatı ilə bitirmişdir. F.Ə.Nəsirov 1970-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1975-ci ildə oranı əla qiymətlərlə başa vuraraq, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna işləməyə göndərilmişdir. Həmin zamandan bu günə qədər F.Ə.Nəsirov bu İnstitutda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, baş elmi işçi, qrup rəhbəri vəzifələrində çalışmış və hal-hazırda laboratoriya müdiridir. Füzuli Nəsirov 1978-ci ildə İnstitutun aspiranturasına daxil olmuş, oranı müvəffəqiyyətlə bitirərək 1983-cü ildə “Nikel (kobalt) üzvi ditiotörəmələri əsaslı katalitik sistemlər iştirakı ilə aşağı molekül kütləli polibutadienlərin alınması prosesının ışlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) namizədlik dissertasiyası müdafiə etmiş və kimya üzrə elmlər namizədi elmi dərəcəsi almışdır. Füzuli Əkbər oğlu Nəsirov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 2003-cü ildə “Polibutadienlərin alınması və stabilləşdirilməsi üçün bifunksional katalitik ditiosistemlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1985-ci ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi elmi adına layiq görülmüşdür. O, 1975-2000-ci illərdə AMEA NKPİ-də mühəndis, kiçik və böyük elmi işçi, 1989-1995-ci illərdə “Metalkompleks kataliz proseslərinin texnologiyası” qrupunun rəhəri, 1995-2014-cü illərdə “Metalüzvi kataliz prosesləri” laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən indiyə qədər “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının (15 №-li lab.) müdiri vəzifəsində çalışır.
Hacı Ələkbər bəy Nəsirbəyov
Nəsirbəyоv Hacı Ələkbər bəy Atakişi bəy оğlu (1857, Dədəli, Şuşa qəzası – 1923, Qaryagin, Qaryagin qəzası) — qurucu, xeyriyyəçi, məmur == Həyatı == Hacı Ələkbər bəy Atakişi bəy оğlu 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli оbasında dоğulmuşdu. Mоlla yanında, sоnra məktəbdə оxumuşdu. Bakı qəzasında dövlət idarələrində məmur işləmişdi. Bir müddət Bakının ikinci sahəsinin pristavı оlmuşdu. Quberniya katibi mülki çini vardı. Hacı Ələkbər bəy qurucu və xeyriyyəçi bir şəxsiyyət idi. Qaryagin kəndində dəyirman, məscid, klub tikdirmiş, kəhriz vurdurmuşdu. == Ailəsi == Ələkbər bəy Mina xanım Məşədi Ələkbər bəy qızı Zöhrabbəyova ilə ailə qurmuşdu. Sona xanım, Tovuz xanım, Mələk xanım adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağlı hüquqşünaslar, Tarixi-ensiklopedik tədqiqat, Bakı Mütərcim, 2012, 252 səh.
Hafis Nəsiroğlu
Hafis Nəsiroğlu (1950, Bakı) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü. 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Texniki peşə məktəbinin tərtibçi-rəssam şöbəsini bitirib. Uzun illər mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1983-cü ildən "Kirpi" satira-yumor jurnalında rəssam kimi çalışıb. 1992-ci ildən Kirpi jurnalı nın baş rəssamı kimi fəaliyyət göstərir. Dəfələrlə beynəlxalq karikatura müsabiqələrində iştirak edib, bir çox mükafatlara layiq görülüb.1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.
Hicran Nəsirova
Hicran Nəsirova (tam adı: Nəsirova Hicran Fətəli qızı; 11 mart 1958) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Hicran Nəsirova 1979-cu ildə M. Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V. Həsənovun səhnə quruluş verdiyi C. Cabbarlının "Yaylağa gedir əsərində Tibb bacısı, S. Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir. 1986-cı ildən H. Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R. Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F. Q. Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B. Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə. Hacızadənin "İtkin gəlin" (Dünya), C. Cabbarlının "Almaz" (Yaxşı), R. Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.
Həlimə Nəsirova
Həlimə Nəsirova (21 dekabr 1913, Kokand qəzası[d], Fərqanə vilayəti – 3 yanvar 2003, Daşkənd)—opera müğənnisi, SSRİ xalq artisti. == Həyatı == Həlimə Nəsirova 1925-ci ildə bir qrup özbək tələbəsi Bakı teatr texnikumunda təhsil almaq üçün Azərbaycana göndərilmişdir. Tələbələrdən biri gələcəkdə Özbəkistanın məşhur opera müğənnisi, SSRİ xalq artisti olan Həlimə Nəsirova idi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin eksponatları arasında özbək milli xalatı — çapan və araxçını Üzeyir bəyə xalq yazıçısı Aybek və xalq artisti Həlimə Nəsirova bağışlamışlar. == Fəaliyyəti == Həlimə Nəsirova yazırdı: "Mən bərəkətli Daşkənddə doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı — gözəl Bakıda öyrənmişəm".
Mirzə Heydər Nəsirbəyov
Mirzə Heydər Nəsirbəyov (?- 1918) — milyonçu. == Həyatı == Mirzə Heydər Nəsirbəyovun doğum tarixi məlum deyil. Sənədlərdə və kitablarda onun məşhur bir xeyriyyəçi tacir və sahibkar olması haqqında ara-sıra məlumatlara rast gəlirik. Mirzə Heydərin ən yaxşı şəkillərindən birini görkəmli rəssam Bəhruz Kəngərli çəkib Bir qızı Zəhra Qənbərəli bəy Bənəniyarskinin həyat yoldaşı, digər qızı Xeyransa xanım, Cabbar bəy Kələntərov, Ququş xanım Hacı Kələntərovun, Fatma xanımın (Naxçıvanda hamı onu Matan xanım kimi tanıyırdı) Əbdüləzim Rüstəmovun həyat yoldaşı idi.
Mirzə Kərim bəy Nəsirbəyov
Mirzə Kərim bəy Nəsirbəyov (1828-1890) — məmur, şair.[mənbə göstərin] == Həyatı == Mirzə Kərim bəy Məşədi Əsəd bəy oğlu 1828-ci ildə Şuşa şəhərində doğulmuşdur. Mədrəsədə mükəmməl təhsil almışdı. Bir neçə şəql dillərini və rus dilini kamil bilirdi. Mirzə Kərim bəy öncə Şuşa şəhərində dövlət idarəsində işə düzəlir.Bir müddət qəza məhkəməsində çalışır. Kollej qeydiyyatçısı, mülki çini alır. Sonra Tiflis şəhərinə çağrılır, Qafqaz valisinin yanında dilmanc (tərcüməçi) təyin edilir. Bilik bacarığı sayəsində ucalır. Çarın özəl fərmanı ilə Məşhəd şəhərində Rusiyanın konsulu olur. Mirzə Kərim bəy Nəsirbəyov Məşhəd şəhərində işləyir. Vəzifəsini can-başla yerinə yetirsə də, şikayətlər, danoslar məktublar nəticəsində işdən çıxarılıb Aşqabad şəhərinə göndərilir.
Mirzə Nəsirov
Nəsirov Mirzə Rza Mirzə Məsi oğlu (31 dekabr 1903, Bakı - 13 iyul 1979, Bakı) ― professor (1950), tibb üzrə elmlər doktoru (1950), Əməkdar elm xadimi (1960), Azər­baycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1968). == Həyatı == Mirzə Nəsirov 31 dekabr 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1927-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır. == Əmək fəaliyyəti == Mirzə Nəsirov əmək fəaliyyətinə 1927-ci ildə başlamışdır. O, 1927-1929-cu illərdə 3 saylı şəhər xəstəxana­sında həkim kimi fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə ordu sıralarında alay həkimi, 1931-1935-ci illərdə isə Respublika ET Kiniki İnstitutunda ordinator vəzifəsini icra etmişdir. 1935-1942-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda kafedra assistenti olan Mirzə Nəsirov II Dünya müharibəsi zamanı 1942-1945-ci illərdə İranda hərbi hospitalın terapevtik şöbəsi­nin müdiri vəzifəsini icra etmişdir. Habelə 1947-1979-cu illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu­tunda kafedra müdiri kimi fəaliyyət göstərmişdir.Mirzə Nəsirov uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Elmi Şura­­­sının üzvü, o cümlədən "Azərbaycan Tibb jurnalı"nın, Böyük Tibbi Ensi­klo­pediyanın və Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyət­lərinin üzvü olmuşdur. == Elmi fəaliyyəti == Mirzə Nəsirov elmi və həkimlik fəaliyyəti parazitologiya problemlərinin həllinə, yəni mal­yariya, visseral leyşmanioz, brüsellyoz, hepatolienal sindrom, ankilo­stomo­doz­lar, bağırsaqların protozoy zədələnmələri kimi xəstəliklərin diaq­nostikasına və müalicəsinə həsr olunmuşdur. Professor Azərbaycanda tibbi parazitologiya elmi məktəbinin yaradıcılarındandır.Mirzə Nəsirov 1937-ci ildə tibb üzrə fəlsəfə doktoru, 1950-ci ildə elmlər doktorluğu disserta­siya­la­rını müdafiə etmişdir.
Mustafa Nəsirov
Mustafa Cəfər oğlu Nəsirov (25 oktyabr 1921, Dərbənd – 27 may 2012, Bakı) – Azərbaycanın ilk sərhədçi generalı. == Həyatı == Mustafa Nəsirov 25 oktyabr 1921-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. 1938-ci ildə Dərbənd pedaqoji məktəbini, 1940-cı ildə isə Dağıstan Dövlət Müəllimlik İnstitutunu bitirmişdir. Həmin ildə Sabnova kəndinin natamam orta təhsil məktəbində müəllim və təhsil hissəsinin müdiri işləmişdir. 1942-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb. Xidmətini 1941-ci ilin 15 oktyabrından Moskva altında döyüşən 194-cü atıcı alayında əsgər kimi başlamışdır. 1942-ci ilin avqust ayında Saratov sərhəd qoşunlarının hərbi məktəbinə göndərilmişdir. 1943-cü ilin aprel ayında leytenant hərbi rütbəsində DİXK-nın sərhəd qoşunlarının Qırğızıstan dairəsində komandir vəzifələrində xidmətini davam etmişdir. 1947-ci ilin fevral ayından Frunze səhərində DİN qoşunları üzrə qarnizon komendaturasının komendantı olmuşdur. 1947-ci ildə bu vəzifədə olaraq ekstern yolu ilə Qırğızıstan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və onun tam kursunu 1948-ci ildə bitirmişdir.
Müzəffər Nəsirli
Nəsirli Müzəffər Qasım oğlu (14 sentyabr 1911, Sələsüz, Şahbuz rayonu – 1980, Naxçıvan) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının Şahbuz rayonundakı Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan şəhərində ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1926-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. Belə ki, 1929-cu ildə təyinatla Ordubad rayonun Vənənd kəndindəki kəndli gənclər məktəbinə müəllim göndərilir. 1930-cu ilədək burada işləyir. 1930-31-ci illərdə Noraşen (Şərur) rayonunun Qıvraq kəndində müəllim kimi çalışıb. 1931-32-ci illərdə İrəvan şəhərindəki Lenin adına fəhlə fakültəsində və kooperativ texnikumunda müəllim işləyib. Onun ilk şeiri “Indi” 1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin naşir etdi salnamədə çap olunmuşdur. Həmin illərdə Naxçıvan gənclər (komsomol) klubun nəzdində təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyində fəal iştirak etmiş, şerləri yerli və mərkəzi mətbuatda çap edilməyə başlanmışdır.
Müzəffər Nəsirli (şair)
Müzəffər Nəsirli İbrahimzadə (1902, Şağlaküçə, Lənkəran rayonu – 3 mart 1944, Masallı) — talış əsilli Azərbaycan şairi, folklorşünası, dilçi, müəllim və jurnalist. O, Zülfüqar Əhmədzadə ilə həmmüəllif və talış folklorunun tanınmış toplayıcısıdır. == Həyatı == Müzəffər Nəsirli İbrahimzadə 1902-ci ildə Rusiya imperiyasının Bakı quberniyasının Lənkəran qəzasının Şağlaküçə kəndində anadan olub. Atası Hacı İbrahim tacir idi və kənddə dükanının sahibi idi. İbtidai təhsilini məscid nəzdində (mollaxana) və ibtidai məktəbdə almışdır. Sonra təhsilini Lənkəranda davam etdirib.1920-ci ildə "Talış diyarının öyrənilməsi cəmiyyəti" yaradılır, o, bu cəmiyyətin işində iştirak edir və talış dili və folklorunun tədqiqatçısı, iranlı alim B. V. Millerlə tanış olur. Bu tanışlıq sonradan onun fəaliyyətinə müsbət təsir göstərir. O, B. V. Miller və professor Vəli Xuluflu ilə talış dilinin öyrənilməsi, folklor nümunələrinin axtarışı ilə bağlı elmi ekspedisiyalarda iştirak edib. M. Nəsirli əsas işini talış folklorunun toplanması, çapı, aydınlaşdırılması yolunda aparıb. 1928-ci ildə ilk dəfə radioda talış folklor nümunələrini səsləndirib.XX əsrin 1920–1930-cu illərində Talış mədəniyyətində, ədəbiyyatında, sənət tarixində, elmi-texniki inkişafında və milli dirçəlişində iki şəxsiyyətin rolu xüsusilə yüksək olmuşdur: Müzəffər Nəsirli və Zülfüqar Əhmədzadə.
Müşfiq Nəsirov
Şəhid Nəsirov Müşfiq (4 sentyabr 2002, Quba Azərbaycan -21 dekabr 2021 Qubadlı rayonu, Azərbaycan ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Şəhid. == Həyatı və Təhsili == Müşfiq Nəsirov 4 sentyabr 2002-ci ildə Quba rayonunun Suxtakələ kəndində müəllim ailəsində anadan olmuşdur. 2008-ci ildə Quba rayon Suxtakələ kənd ümumi orta məktəbinin birinci sinifinə daxil olan Müşfiq 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirir. Bundan sonra təhsilini Quba rayon Aşağı Tüləkəran kənd tam orta məktəbində davam etdirir. Müşfiq Nəsirov 2019-cu ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisasına qəbul olur. 1 il burada təhsil aldıqdan sonra Müşfiq Nəsirov hərbi xidmətə yollanır. == Hərbi xidməti == Müşfiq kollecdəki təhsilini yarımçıq qoyaraq 1 oktyabr 2020-ci ildə müharibə şəraitində hərbi xidmətə gedir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşfiq Nəsirov Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmət etdirmişdir. Müşfiq ailəsi ilə danışanda tez-tez hərbi xidməti başa vurduqdan sonra orda qalıb hərbçi olacağından bəhs edirdi.Hərbi xidməti dövründə daim öz komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanmışdır.
Məhəmməd İsmayıl Əbd ən-Nəsiri
Məhəmməd İsmayıl Əbd ən-Nəsiri — (?-?) - Xəttat. Naxçıvan xəttatlıq məktəbinin nümayəndəsidir. Adı Ordubad şəhərindəki mədrəsə kompleksinin giriş qapısının baş tərəfində, göy kaşı üzərində sarı rənglə yazılmış kitabələr vasitəsi ilə elmi dövriyyəyə daxil edilmişdir. Hicri 1126 (1714) ildə yazılmış bu kitabələrin tarixinə əsasən məlum olur ki, öz peşəsinin mahir ustası olan, xəttatlıq sənətinin incəliklərinə yiyələnən Məhəmməd İsmayıl Əbd ən-Nəsiri 17 yüzilliyin 2 yarısı-18 yüzilliyin 1 yarısında yaşamışdır.
Məmməd Nəsirbəyov
Məmməd Həsən oğlu Nəsirbəyov (6 iyun 1897, Naxçıvan – 17 aprel 1980, Bakı) — bəstəkar. == Həyatı == Məmməd Nəsirbəyov 6 iyun 1897-ci ildə Azərbaycanın ayrılmaz bölgəsi, əsrarəngiz gözəlliyi ilə hər kəsi valeh edən Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun atası Mirzə Cəlil Məmmədquluzadə ilə eyni parta arxasında oturmuş, onunla eyni fikirli, eyni əqidəli silahdaş olmuş, əvvəl Naxçıvanda, sonra isə İrəvan seminariyasında təhsil almışdır. Seminariyada oxuduğu illər demokratik hərəkatın fəal üzvlərindən olmuş tələbə yoldaşları ilə birlikdə seminariyanın rəhbərliyi tərəfindən təqib olunmuşdur. İrəvan seminariyasını bitirdikdən sonra 1887-ci ildə Mirzə Həsən Nəsirbəyov Naxçıvandan Bakı şəhərinə iki ay yarım müddət ərzində piyada yol gəlmiş və bu şəhərdə məskunlaşmışdır. Mirzə Həsən İçəirşəhərdə yaşayır və burada mədrəsənin nəzdində ibtidai məktəb açır. Nəriman Nərimanov təhslini başa vuraraq Bakıya gəldikdə Mirzə Həsən Nəsirbəyovla dərs ilinin sonunadək eyni mənzildə yaşayaraq birlikdə çalışır. Mirzə Həsənin övladı Məmmədin musiqi qabiliyyəti uşaqlıq illərindən özünü büruzə verir. 1914-cü ilədək ailəsi ilə birlikdə Naxçıvanda yaşayarkən Məmməd məktəbin xor kollektivində iştirak edir, gözəl, cəlbedeci səsi olduğundan konsertlərdə solo ifaçısı kimi çıxışlar edir. 1911-ci ildə bəstəkar Zülfüqar Hacıbəylinin Naxçıvana gəlişi və bir ilədək bu şəhərdə yaşaması Naxçıvan musiqi mədəniyyətinin, teatr sənətinin inikişafına, musiqiçilərin, aktyorların, eləcə də gənc Məmmədin yaradıcılıq həyatına mühüm təsir göstərir.
Məmməd Nəsirli
Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf. == Fəaliyyəti == 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir. 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır. 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur. == Əsərləri == Respublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür. Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş.
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi.Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı. Nəsillərin hesablanması elektronlampalar əsasında yaradılmış ilk kompüterlərdən başlayıb və hazırda beşinci nəslə çatıb.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Nəsr
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var.Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: povest, roman, novella, oçerk, memuar və s. == Povest == Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Azərbaycan ədəbiyyatında povestin ilk nümunəsi M.F.Axundzadənin “Aldanmış kəvakib” əsəri sayılır.
Əsir
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Davud Nəsib
Davud Məcid oğlu Nəsibov (25 avqust 1942, Qazax – 26 mart 2003, Bakı) — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986). == Həyatı == Davud Nəsib 1942-ci il avqustun 25-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1959–1963).Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur.1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir. Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972). Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi.
E-nəsil
Z nəsli (həmçinin Nəsil Z, Nəsil M, Net Nəsil və ya İnternet Nəsil də adlanır) — 1990-cı illərin əvvəllərindən 2000-ci illərin əvvəllərinədək dünyaya gəlmiş insanların ümümi adıdır.Ümumiyyətlə desək, bu insanlar Sovet İttifaqının dağılması və Ümumdünya hörümçək torunun yayılması dövründə anadan olmuş insanlardır. E-nəslin əsas xüsusiyyəti qeyri-aktiv həyat tərzi və əsas işlərin internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə həyata keçirilməsidir. Məsələn, elektron seçki (e-seçki), elektron hökumət (e-hökumət), elektron ticarət (e-ticarət), elektron bələdiyyə (e-bələdiyyə) bu nəslin həyatında baş vermiş əsas dəyişikliklərdir.
Elektron nəsil
Fiskal kəsir
Mehriban Nəsib
Mehriban Nəsibova — ABŞ-dəki Kolumbiya Universitetinin magistrı, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Amerikada Azərbaycan diasporunun fəalı == Həyatı == Mehriban Nəsib 1976-cı ildə Qəbələ rayon Zarağan kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinə qəbul olub və 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə özünün “Qəbələ-sağlam mühit” (QSM) ictimai birliyini yaradıb və 7 il İsveçrə Əməkdaşlıq və İnkişaf (Swiss Agency for Development and Cooperation) təşkilatı ilə əməkdaşlıq edib. Bundan başqa, həm də maarifləndirmə proqramları həyata keçirib. 2000-2011-ci illər ərzində QSM və müxtəlif ictimai birliklərin (İB) dəstəyi ilə qadın və uşaq hüquqları, qızların və gənc qadınların, eyni zamanda gənc oğlanların ailə-məişət zorakılığı sahəsində maarifləndirilməsi üzrə çalışıb. O, həm də yazardır, bir neçə hekayə və məqalənin müəllifidir. Məqalələri Azərbaycanla bərabər, dünyanın bir neçə ölkəsində, o cümlədən ABS, Fransa, Qazaxıstan və digər ölkələrin mətbuat orqanlarında çap edilib. “Məhəbbət olanda” adlı romanı 2006-cı ildə işıq üzü görüb. Yeni yazıları da var, onları isə dediyinə görə, Vətənə döndükdən sonra çap edəcək. Mehriban xanım hazırda ABŞ-dəki Kolumbiya Universitetində magistr təhsili alır.
Nasir Hicazi
Nasir Hicazi (Dekabr 19, 1949 — may 23,2011) — İranın azərbaycanlı əsilli populyar futbol qapıçısı və məşqçisidir. Onun atası Təbrizli ev və əmlak alverçisi idi. O, Asiya Futbol Konfederasiyasının verdiyi məlumata görə, Asiya qitəsinin XX əsrdəki ən yaxşı ikinci qapıçı tanınır. Nasir Hicazi 1 ildən çox ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkdikdən sonra, Tehranda dünyasını dəyişdi. Onun ölüm xəbəri Azərbaycan Respublikasında da geniş olaraq yayılmışdır.
Neşid
Naşid yaxud İlahi Sinxron insan səslərindən ibarət daha çox dinə aid olan mahnı. Naşid (Ərəbcə: نشيد nashīd,), Bir vəya birdən artıq insan tərəfindən səsləndirilən dini mahnıdır. Naşiddə çalğı alətləri iştirak etmir.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Bəşir (Heris)
Bəşir (fars. بشير‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (59 ailə).
Bəşir (qəzet)
"Bəşir" (qəzet) — İraqda Cümhuriyyət elan edildikdən sonra Kərkükdə çap edilmiş ilk qəzet. == Məlumat == “Bəşir” 1958-ci il 14 iyulda İraqda Cümhuriyyət elan edildikdən sonra Kərkükdə çap edilmiş ilk qəzetdir. Həftəlik türkcə-ərəbcə şəkilli ədəbiyyat nəşri olan “Bəşir” qəzeti ədəbi məqalələrdən başqa ictimai, səhiyyə, kənd təsərrüfatı və qanunvericilik kimi digər mövzuları əhatə etdiyi kimi ölkəyə aid daxili məsələlərlə bağlı siyasi məqalələrə də yer verirdi. İraq türkmanlarının haqqlarının müdafiəçisi olan bu mətbu orqan zaman keçdikcə xalq tərəfindən sevilən bir qəzetə çevrilib. “Bəşir” qəzetinin redaksiyası Kərkükdə Əvqaf küçəsində 7 qatlı Əvqaf binasının qarşısındakı ayrıca bir binada idi. Bu kirayəlik binanın bir hissəsindən qəzetin məsul müdiri vəkil ofisi kimi istifadə edirdi. Altı ay müntəzəm olaraq yayımlanmış “Bəşir” qəzetinin ilk sayı 1958-ci il 23 sentyabrda çap edilmişdir.
Bəşir Abbasov
Bəşir Nizami oğlu Abbasov (22 oktyabr 1998, Quba rayonu – 8 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəşir Abbasov 22 oktyabr 1998-ci ildə Quba rayonunda anadan olmuşdur. Hacıbaba Əliyev adına Qusar rayon 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Bəşir Abbasov 2016–2017-ci illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Bəşir Abbasov hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq hərbi xidmət etmiş və Xüsusi Təyinatlı Qüvvələrin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Bəşir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəşir Abbasov 8 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəşir Bünyadov
Bəşir Bünyadov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (22.02.1933-21.12.1933). == Həyatı == ADPU Bəşir Bünyadovun rəhbərliyi vaxtında Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu adlanırdı.