OYU

(Cənubi Azərbaycan)
naxış (xalçada). – Arvatdar xəlçələrin oyusunu fikrən düzəldillər
O:YTMAX
OYUX
OBASTAN VİKİ
OYU
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. == Maddi-texniki bazası == Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. == Beynəlxalq statusları == Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Ço-Oyu
Ço-Oyu, Çovovuyaq, Ço-Oy (tib. ཇོ་བོ་དབུ་ཡག; çin. 卓奧友峰) — Himalayda dağ zirvəsi. Ço-Oyu dağının dəniz səviyyəsindən hündürlüyü 8188 metrdir. O səkkizminliklər içərisində altıncı hündür zirvədir. Tibet dilində Ço-Oyu "firuzəyi ilahə" deməkdir. == Coğrafiyası == Ço-Oyu dağı Nepalla Çinin (Tibet Muxtar Vilayəti) sərhəddində yerləşir. Zirvə Himalaya aid olub Mahalanqur-Himal dağ silsiləsində daxildir. Ümumən bu silsilə Comolunqma dağ massivinin tərkibinə aiddir. Ço-Oyu dağının hündürlüyü 8201 metr olub dünyada altıncı hündür dağdır.
1896 Yay Olimpiya Oyunları
1896 Yay Olimpiya Oyunları və ya rəsmi adı ilə I Yay Olimpiya Oyunları, 6-15 aprel 1896 tarixləri arasında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan çox idman növlü yarış. Tarixin birinci müasir Olimpiya Oyunlarının Afina şəhərində baş tutması Qədim Olimpiya Oyunlarının məhz elə Yunanıstanda yaradığı üçündür. 1894-cü ilin 23 aprel tarixində Paris şəhərində fransız pedaqoq Pyer de Kuberten tərəfində baş tutan konqres zamanı yarışların Afina şəhəri keçirilməsi qərara alınmışdı.
1896 Yay Olimpiya Oyunları medal sıralanması
1896 Yay Olimpiya Oyunları - 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilmişdir.
1900 Yay Olimpiya Oyunları
Müasir dövrdə daha çox II Olimpiya Oyunları kimi tanınan 1900-cü il Yay Olimpiyadası 1900-cü ildə Fransanın Paris şəhərində təşkil olunan beynəlxalq çox idman növlü yarışdır. Açılış və bağlanış mərasimləri keçirilməmişdir. Oyunlar mayın 14-də başlamış və oktyabrın 28-də başa çatmışdır. Oyunlar 1900-cü il Ümumdünya sərgisinin hissəsi kimi keçirilib. 19 idman növündə 997 Olimpiyadaçı iştirak edib. Qadınlar birinci dəfə idi ki , Olimpiya oyunlarında iştirak edirdilər və yelkənli qayıqsürmə idmançısı Elen de Purtale birinci qadın olimpiya çempionu oldu. Yarışların bazar günü keçirilməsi haqqında qərar bir çox Amerikali idmançılar tərəfindən etirazla qarşılanmışdı. 1895-ci il Sarbonna konfransında Pyer de Kuberten 1900-cü il Yay Olimpiya Oyunlarının Fransada təşkil olunmasını təklif edib. Konfrans nümayəndələri beş il gözləmək istəməyib və birinci Olimpiya oyunlarının 1896-cı ildə keçirilməsini qanun kimi qəbul edib. Qərara əsasən, 1896-cı il Yay Olimpiya Oyunlarının Afinada , ikinci Yay Olimpiya Oyunlarnın isə bundan dörd il sonra Fransada keçirilməsi nəzərdə tutulub.
1900 Yay Olimpiya Oyunları medal sıralanması
1900 Yay Olimpiya Oyunları — 1900-cü ildə Fransanın paytaxtı Parisdə keçirilmişdir.
1900 Yay Olimpiya Oyunlarında bask pelotası
Bask pelotası 1900-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil idi. Yalnız iki komanda iştirak etdiyinə görə, bir qarşılaşma təşkil olunmuşdu. Yarış zamanı toplanan xallar məlum deyil. Yarış 14 iyun tarixində baş tutmuşdur. Bask pelotası yalnız bu Olimpiyadaya rəsmi idman növü kimi daxil idi. 1924, 1968, 1992-ci il Yay Olimpiya Oyunlarına isə nümayiş idman növü kimi daxil olmuşdu.
1900 Yay Olimpiya Oyunlarında futbol
Futbol turniri ilk dəfə 1900 Yay Olimpiya Oyunlarında oynanılıb. Üç klub arasında yalnız iki görüş təşkil olunub. Komandaların heç biri medallarla mükafatlandırılmayıb. Bu yarışlarda Böyük Britaniya, Fransa və Belçika futbol komandaları iştirak edib. Beynəlxalq Olimpiya Komitəsinin keçmiş olimpiyadalar haqqında verdiyi məlumata görə, Böyük Britaniya qızıl, Fransa gümüş , Belçika komandası isə bürünc medalın sahibi olub. Futbol matçları Parisdə Vélodrome de Vincennes stadionunda keçirilib.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq
Fransanın Paris şəhərində baş tutmuş 1900 Yay Olimpiya Oyunlarında kamandan oxatma üzrə 6 növdə Olimpiya yarışları keçirilmişdir. Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 iştirakçı mübarizə aparmışdır. Kamandan oxatma yarışları Olimpiyadanın proqramına birinci dəfə idi salınmışdı. Altı növün hər birində kişilər mübarizə aparıb. Kamandan oxatma yarışlarında yalnız Fransa, Belçika və Hollandiyanın olimpiyadaçıları mübarizə aparıb. Hollandiyalı iştirakçılardan hər hansı birinin adı və medal qazanması barədə məlumat yoxdur. Kamandan oxatma yarışlarında iştirak edən ən gənc idmançı 24, ən yaşlı idmançı isə 50 yaşında idi. == Medal cədvəli == == Yekun medal sıralaması == == İştirakçı ölkələr == Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 olimpiyadaçı iştirak etmişdir.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 33 metr
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur. Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 50 metr
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Təsnifat mərhələsi əvvəlcə keçirilib. Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Erş
Sur la Erş yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız üç iştirakçının nəticələri məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Piramida
Sur la Piramida yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız ilk üç yerin sahipləri məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 33 metr
Şapele 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Yalnız ilk üç yeri tutmuş iştirakçılar məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 50 metr
Şapele 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Beşinci və altıncı yerləri tutmuş iştirakçıların nəticələri və adları məlum deyil.
1900 Yay Olimpiya Oyunlarında qolf
1900-cü il Yay Olimpiya oyunları Fransanın Paris şəhərində təşkil olunmuşdu və qolf Olimpiyadanın proqramına birinci dəfə daxil edilmişdi. ABŞ , Yunanıstan, Fransa və Böyük Britaniya daxil olmaqla qolf yarışlarında dörd ölkə iştirak edirdi. Qolf yarışları kişilərin və qadınların fərdi mübarizəsi şəklində təşkil olunmuşdu. Olimpiya oyunları pis təşkil olunduğundan, iştirakçıların çoxunun Olimpiyada da iştirak etdikləri barədə anlayışları belə olmamışdı. == Yer == Kişi və qadınların qol yarışları Fransanın 30 mil şimalında yerləşən Kompen Klubda təşkil olunmuşdu. Bu qolf meydançası 1896-cı ildə yaradılmışdı və XIX əsrdə yaradılan bir neçə qolf meydançasından biri idi. Qolf meydançası M.W. Freemantle tərəfindən layihələndirilmişdi və Kompen cıdır yarışlarının meydançasının tərkibində yaradılmışdı. == Turnir == Kişilərin turniri 2 oktyabr 1900-cü ildə başladı və onlar ard-arda iki 18 dəlikli mərhələdə mübarizə apardılar. Növbəti gün qadınların turniri başaladı və onlar yalnız bir 9 dəlikli mərhələdə mübarizə apardılar. == Kişilərin turniri == Kişilərin turnirində Andrews Qolf Klubunun üzvü Çarlz Sands qalib gəlmişdi.
1900 Yay Olimpiya Oyunlarında qılıncoynatma
1900 Yay Olimpiya Oyunlarında qılıncoynatma yarışları mayın ortalarından iyun ayının sonuna kimi keçirilmişdir. Bu yarışlarda 19 ölkədən 276 qılıncoynadan mübarizə aparırdı. Bu Olimpiya Oyunlarında qılıncoynatma yarışlarındakı iştirakçıların sayı yüngül atletika yarışlarındakı idmançıların sayından çox idi. Qılıncoynatmanın yeddi növü üzrə medallar oynanılıb. == Yekun medal sıralaması == == İştirakçı ölkələr == Paris Olimpiadasında 19 ölkədən ümumilikdə 276 qılıncoynadan mübarizə aparıb. Argentina (1) Avstriya (9) Belçika (5) Kuba (1) Danimarka (1) Fransa (223) Almaniya (2) Böyük Britaniya (1) Haiti (2) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır Macarıstan (7) İran (1) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır İtaliya (12) Niderland (1) Peru (1) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır Rusiya imperiyası (3) İspaniya (1) İsveç (1) İsveçrə (3) ABŞ (2) == Medal cədvəli == == Xarici keçidlər == Rəsmi hesabat Arxivləşdirilib 2018-10-06 at the Wayback Machine səh 165.
1904 Yay Olimpiya Oyunları
1904 Yay Olimpiya Oyunları — ABŞ-nın Sent-Lüis şəhərində keçirilmişdir. Oyunlarda 12 ölkədən 651 idmançı mübarizə aparmışdır.
1904 Yay Olimpiya Oyunları medal sıralanması
1904 Yay Olimpiya Oyunları - 1904-cü ildə ABŞ-nin Sent-Luis keçirilmişdir.
1906 Yay Olimpiya Oyunları
1906 Yay Olimpiya Oyunları(22 aprel — 2 may) — Yunanıstanın Afina şəhərində təşkil edilmişdir. 20 ölkədən 7-si qadın olmaqla 877 idmançı yarışmışdır. Yunanıstan 1896-cı ildə həyata keçirilən ilk olimpiadalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək 10-cu il şərəfinə xüsusi bir olimpiada təşkil etməsini tələb etdi. Yunanıstanın bu tələbi qəbul edildi və 1906-cı ildə ara olimpiadalar edilməsinə qərar verildi. Oyunlar üçün rəsmi olaraq "Olimpiya" sözü istifadə edilmir. Çünki 3-cü ilə 4-cü Olimpiya oyunları arasında təşkilat komitəsi reallaşmışdır. Müsabiqələr nəticəsində medal paylandığı halda, bu medallar BOK tərəfindən tanınmır. == Olimpiadanın açılışı == Olimpiadanı I George açmışdır.
1906 növbədənkənar yay Olimpiya oyunları
1906 Yay Olimpiya Oyunları(22 aprel — 2 may) — Yunanıstanın Afina şəhərində təşkil edilmişdir. 20 ölkədən 7-si qadın olmaqla 877 idmançı yarışmışdır. Yunanıstan 1896-cı ildə həyata keçirilən ilk olimpiadalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək 10-cu il şərəfinə xüsusi bir olimpiada təşkil etməsini tələb etdi. Yunanıstanın bu tələbi qəbul edildi və 1906-cı ildə ara olimpiadalar edilməsinə qərar verildi. Oyunlar üçün rəsmi olaraq "Olimpiya" sözü istifadə edilmir. Çünki 3-cü ilə 4-cü Olimpiya oyunları arasında təşkilat komitəsi reallaşmışdır. Müsabiqələr nəticəsində medal paylandığı halda, bu medallar BOK tərəfindən tanınmır. == Olimpiadanın açılışı == Olimpiadanı I George açmışdır.
1908 Yay Olimpiya Oyunları medal sıralanması
1908 Yay Olimpiya Oyunları - 1908-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmişdir.
1912 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1916 Yay Olimpiya Oyunları
VI Olimpiya oyunları — BOK-un 27 aprel 1912-ci ildə qəbul etdiyi qərara əsasən 1916-cı ildə Berlində keçirilməsi planlaşdırılan yay olimpiya oyunları. Almaniyanın paytaxtı oyunların keçirilməsi hüququnu Brüssel, İsgəndəriyyə, Amsterdam, Budapeşt və ABŞ-nin Klivlend şəhərlərini üstələyərək əldə etmişdi. Birinci dünya müharibəsinin başlaması səbəbi ilə oyunlar ləğv edildi. Berlinin yeni stadionu oyunlara artıq hazır idi. Altıncı oyunların ləğv edilməsinə baxmayaraq, növbəti oyunlara yeddinci rəqəmi verildi. Vacib təkliflərdən biri 1916-cı ildə Baden-Vürtemberqdə qış olimpiya oyunlarının keçirilməsi idi.
1920 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1924 Qış Olimpiya Oyunları
1924 Qış Olimpiya Oyunları - I Qış Olimpiya Oyunları. 1924-cü ildə Fransanın Şamoni şəhərində keçirilmişdir.
1924 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==