PÜNHAN
PÜRQEYRƏT
OBASTAN VİKİ
Alma püresi
Alma püresi — almadan hazırlanan sous və ya püre. Hazırlanarkən qabığı soyulmuş və ya soyulmamış almalardan və müxtəlif ədviyyatlardan (adətən darçın və ikievli pimenta) istifadə edilə bilər. Şəkər və ya bal kimi dadlandırıcılar və ya şirinləşdiricilər də adətən əlavə olunur. Alma püresi ucuzdur və Şimali Amerikada və bəzi Avropa ölkələrində geniş yayılmışdır. Yağ əvəzləyicisi kimi istifadə oluna bilər. Hazır alma püresi supermarketlərdən əldə edilə bilər. Alma püresinin ilk dəfə Avropada 1700-cü illərdə hazırlandığı bildirilir. Alma püresi suda və ya alma sidrində (təzə alma suyu) lazımi səviyyəyə qədər bişirilərək hazırlanır. Turşuluq miqdarı daha çox olan almalardan daha nəfis alma püreləri hazırlamaq mümkündür: mükəmməl alma pürelərinin hazırlanmasında bu məqsədlə turşuluğu yüksək olan Bremli almasından istifadə edilir. Almanın qabığı soyula və ya soyulmaya bilər.
Batun Pürevsüren
Kartof püresi
Kartof püresi (fr. Purée de pommes de terre; ing. Mashed potato) — kartofdan püre. Kartofdan hazırlanan bu yemək bütün dünyada geniş yayılmışdır. Kartof püresini hazırlamaq üçün hər zamankı sadə formula: yalnız soyutma kartof, süd və yağın bir yerdə əzilməsindən ibarət olub. Son zamanlar yeni bir inqridient- pendir də əlavə olunur. Bu zaman fərq o dəqiqə hiss olunur – püre daha kremli və ləziz olur. Pendir ən axırda əlavə olunur və püreyə tam əriyib qarışanadək qazda bişirilir. Kartof püresini hazırlayan zaman bəzi məqamlara diqqət etmək gərəkir. 5 orta ölçülü kartof (nişastalı kartof məsləhət görülür) 60 qrama yaxın kərə yağı 0,5 (yarım) stəkan süd 1 stəkan sürtkəcdən keçirilmiş kaşar pendiri (Provolone və ya Mozarella da olar) Duz İstiot Kartofları yuyub orta ölçülü qazana yerləşdirin.
Püre
Püre (fr. purée) — bişirilmiş, əzilmiş, qarışdırıcıdan və ya süzgəcdən keçirilmiş, xəmir və ya qatılaşdırılmış halda olan, əsasən meyvə, tərəvəz və ya paxlalı bitkilərdən hazırlanan yemək. Müəyyən ərzaqların püresinin xüsusi adları olur; məsələn, alma püresi və ya humus. Termin fransız mənşəlidir, qədim fransız dilində (XIII əsr) təmizlənmiş və ya rafinadlaşdırılmış deməkdir. Püre digər yeməklərlə, məsələn, ağır şorbalar, kremlər və souslar ilə bənzər tərkibə malikdir, baxmayaraq ki, bu terminlər daha mürəkkəb reseptlər və bişirmə proseslərini ifadə edir. Kuli də ona oxşar olsa da, daha geniş termindir və daha çox meyvə püreleri üçün istifadə olunur. Püre termini ümumən un məhsullarından hazırlanan xəmir yeməklərinə (məsələn, lapa və müsli) və ya yağlı fındıq əzməsinə (məsələn, fıstıq əzməsi) münasibətdə istifadə edilmir. "Xəmir" termini çox zaman qida kimi qəbul edilməkdən çox inqrediyent kimi istifadə üçün nəzərdə tutulmuş pürelər üçün işlədilir. Pürelər qarışdırıcı və ya kartofəzən vasitəsilə, eləcə də yeməyi süzgəcdən keçirtməklə və ya sadəcə qazanda əzməklə hazırlana bilər. Püre, dadını və görünüşünü yaxşılaşdırmaq, toksik maddələrdən təmizləmək və/və ya tərkibindəki suyun miqdarını azaltmaq məqsədilə, əzilməzdən əvvəl və ya sonra bişirilməlidir.
Pürsüfiyan
Pürsüfiyan (fars. پیریوسفیان‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 4,071 nəfər yaşayır (1,211 ailə).
Pürsüfiyan dehistanı
Pürsüfiyan dehistanı (fars. دهستان پیریوسفیان‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan dehistanı. 2016-cı ilin məlumatına görə dehistanda 4,321 nəfər yaşayır (1,274 ailə).
Pürülü
Pürülü (erm. Փիրլու; Pirlu) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Qafan şəhərindən 35 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, sıldırım qayalıqların üstündə, yamacda yerləşir. 1918-ci ildə Pürülü kəndi ermənilər tərəfindən dağıdılmış, qaçqın düşən əhalisi isə Ordubada pənah aparmışlar. Sovet hökuməti qurulduqdan sonra kənd əhalisi geriyə qayıdaraq, yenidən öz ata-baba yurdlarında məskunlaşmış, dağıdılmış təsərrüfatı bərpa etmişlər. 1934-cü ildə kənddə kolxoz qurulmuŞ, 1965-cı ildə isə kolxoz ləğv edilmiş, təsərrüfatı isə Gığı sovxozuna birləşdirilmişdir. Kolxoz ləğv edildikdən sonra, əhalisi getdikcə azalan kənddə 80-ci illərdə 25-30 ailə yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında Pürülü camaatı deportasiya olunaraq, ata-baba yurdlarından didərgin salınmışlar. Meyvə, xüsusilə də cəviz ağacları ilə zəngin olan kənddə klub, kitabxana, mağaza, 8 illik məktəb və s. sosial obyektlər var idi.
Pürən yovşan
Pürən yovşan (lat. Artemisia scoparia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. 30-70 sm hündürlüyündə çox budaqlı dik qalxan quraqlığa davamlı çoxillik yanmkol bitkisidir. Kökü çox da yoğun olmayıb torpaqda aşağıya şaquli enən xüsusiyyətə malikdir. Cavan yarpaqlan boz rəngli olub yumşaq tüklüdür. Çiçək yanlığı kiçik səbətçiklidir və qısa saplaqda yerləşmiş, şaquli durumludurlar, süpürgələri piramida formasında olur. Duza və quraqlığa davamlı olub, qumlu-qumsal torpaqlarda yaxşı bitir. Əlverişli torpaq-iqlim şəraitində 1 nrr sahədə 5-10 ədəd çoxbudaqlı kol əmələ gətirə bilirlər. Avqust-sentyabr aylarında çiçəkləyir, oktyabr-noyabr aylarında meyvə verir. Abşeronun rekultivasiya olunmuş torpaqlarında yaxşı inkişaf edib cəngəllik əmələ gətirə bilir.
Sergey Pürbü
Sergey Pürbü (tuvaca: Сергей Бакизович Пюрбю, d. 7 sentyabr 1913 – 27 dekabr 1975) – Tuvanın Tndı Tıva bölgəsinin Beezi (indiki Uluq-Hem) beldesinin Oduruq-Aksı kəndində anadan olmuş tuvalı şair, dramaturq, nasir və mənzumə ustası, tərcüməçi. “Millətin yazçısı” adlandırılan Sergey Pürpü özünün millətçi-turançı xətti ilə seçilir. Tuva Yazıçılar Birliyinin ilk sədri olmaqla yanaşı, həm də Tuva ədəbiyyatı araşdırmaçısıdır. 1 sentyabr 1913-cü ildə Tandı Tıvanın Beezi bölgəsində anadan olmuşdur. Uşaqlığında məbəddə təlim görmüş, Tibet və monqol yazısını öyrənmişdir. Qızıl şəhərində ilk təhsilini almış, 1928-ci ildə Leninqrad şəhərində Şimal Millətləri Araşdırma İnistitutunun Fəhlə fakültəsində təhsil almışdır. 1932-ci ildə Gertsen adına Müəllimlər İnistitutunda Sovet Şərq Millətləri Pedoqoji Təhsil fakültəsini bitirmişdir. Tuva mədəniyyət nazirliyində, milli nəşriyyatda, inqilabi partiyanın mərkəzi komitəsində də digər inzibati idarələrdə çalışmışdır. 1942-ci ildə qurulan Tuva Yazıçılar Birliyinin ilk rəhbərliyində çalışmışdır.

Digər lüğətlərdə