PADŞAHLIQ [Mirzə Yəhya:] Yox, Qurban, yox, padşahlıq mənim əlimdən gəlməz (A.Şaiq); ÇARİZM ..General formasında çəkilmiş Hacının şəklində isə Bakı milyonçusu xalqı çarizmə satan bir sərvətdar kimi tənqid edirdi (A.Şaiq); ÇARLIQ Yox, nə Rusiyada çar quruluşu xoşaxoşluqla getmişdi, nə də çarlıq yıxılandan sonra bu ucqarlarda əmələ gələn “Milləti-hürriyyət” hökuməti xoşaxoşluqla getmək istəyir! (S.Rəhimov); XAQANLIQ Çopo: Okabayın bu hərəkətini xaqanlıq eşqinə düşməsi ilə mərbut götürürlər (Çəmənzəminli); XANLIQ Şah: Doğrusu, Mirzə Taqi, mən hələlik xanlığın ləğvinə razı ola bilmərəm (C.Cabbarlı); ŞAHLIQ Şah Abbas: Dələduz. Bilirəm, hamınızın ürəyinizdən şahlıq keçirdi (A.Şaiq); ŞƏHRİYARLIQ Elxan: İki addımlığımızda Şirvan şəhriyarlığı da ona qarşı çarpışır (C.Cabbarlı); HÖKMDARLIQ (bax), QEYSƏRLİK, MƏLİKLİK.