QARABAY

qara bəy; rəngi qara olan bəy; böyük, qüdrətli, güclü.
QARABALA
QARABƏY
OBASTAN VİKİ
Qarabayramlı tayfası
Qarabayramlı tayfası — Hacısamlı camaatının qoludur. Qarabayramlı tayfasının ulu babası Qara Bayram Şəvə oğludur.Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qarabayramlı tayfası indiki Laçın rayonundakı Şəlvə, Qabaqtəpə-Daşlı, Kalafalıq-Daşlı, Canıbəyli, Narışlar, Vəlibəyli, Budaqdərə, Hacıxanlı, Qovuşuq, Kaha kəndlərini yaratmışdılar.Bəzi mənbələrdə Qarabayramlı tayfasının məskunlaşıb yaşadığı kəndlərin əhalisinin kürd əsilli olması qeyd edilsə də aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır Tayfa üzvlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi. Kəndlərin binasını qoyan və sonralar da kəndlərdə yaşayan əhali azərbaycan türkləri olmuşdur. === İstinadlar === == Mənbə == Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009.