QARUN
QASİB
OBASTAN VİKİ
Qasırğa
Qasırğa — isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100–150 km-ə qədər çıxa bilən çox şiddətli küləklər. Zəlzələdən sonra ikinci yerdədir. == Küləklər Necə Yaranır? == Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir. Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və "nizamlamalar" sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi. Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir.
Qasırğa (povest)
Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir. == Məzmun == Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu. İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi.
T-300 Qasırğa
T-300 Qasırğa raket sistemi (Həmçinin TRG-300 Tiger Missile, yəni pələng raketlər adı ilə də tanınır), Roketsan tərəfindən istehsal olunan türk reaktiv yaylım atəş sistemidir. Sistemdə 300 mm-lik dörd raket buraxma borusu var və raketləri 120 km-lik bir uçuş məsafəsinə malikdir. == Xülasə == Tipik Qasırğa batareyaları sistemləri, altı ilə doqquz fırlatma vasitəsindən (F-302T) və bərabər sayda tədarük və yenidən doldurma vasitəsi olan bir Komanda və İdarəetmə Vasitəsindən ibarətdir. Hər bir raketin dörd sabit qanadı var və maksimum sürəti 4.2 Mach olmaq şərti ilə 30.000 m maksimum uçuş hündürlüyünə çatır. Raketlər kompozit qatı yanacaq sistemindən istifadə edir və ümumiyyətlə 26.000 polad topdan ibarət döyüş başlığı ilə təchiz olunur. Sistem elektromexanik işə salma sistemi ilə aerodinamik nəzarətə malikdir. TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi dizaynında bəzi dəyişikliklərlə Çinin WS-1B raket qurğusunu əsas götürmüşdür. Türk quru qüvvələrinin xidmətində olan 300 mm-lik TRG-300 sistemi uzun mənzilli atəş dəstəyi təmin edir. TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi iki əsas hissədən ibarətdir: Başlatma sistemi (T-300) və raket, TR-300. T-300 Alman MAN Dizel (6 × 6) ərazi yük maşını şassisinə əsaslanır.
Beufort qasırğası
Beufort qasırğası — Dünyada böyük diametrli və şiddətli qasırğa. Ölçüsünə görə saatda 75 mildən çox sürətlə dönərək əsir. Şərqi Sakit okean və Cənubi Atlantik okeanı xaric subtropik və tropik iqlim qurşağındakı bütün isti dənizlərdə sıx-sıx meydana gəlir. Avqust-sentyabr aylarında Antil adalarında daha çox özünü göstərir.
Bill qasırğası (2009)
Bill qasırğası (ing. Hurricane Bill) — 2009-cu ildə Şimali Atlantika hövzəsində qasırğa səviyyəsinə çatan ilk tropik siklondur və atmosfer spiral formalaşmasının diametrinə görə Atlantik okeanında ilk on ən böyük siklondan biridir. Kabo-Verde tipli Bill qasırğası 15 avqust şənbə günü Afrikanın qərb sahillərindən hərəkət edən və Kabo-Verde adaları ərazisində tropik çökəklik zonası yaradan isti hava dalğasından yaranıb. Qərb-şimal-qərb istiqamətində hərəkət edən siklonun konvektiv sistemi gün ərzində tropik tufan səviyyəsinə, daha sonra qasırğanın gücünə qədər güclənərək avqustun 17-dən 18-nə keçən gecə Saffir-Simpson təsnifat şkalası üzrə sabit küləyin sürəti 215 km/saat olmaqla dördüncü kateqoriyaya çatıb. Daha da irəlilədikcə, qasırğa şimala doğru istiqamətini dəyişərək, Bermud adalarının sərhədini keçbi tədricən zəifləməyə başladıqdan sonra Yeni Şotlandiya və Nyufaundlend ərazisinə keçir. Avqustun 23-də Bill şərq-şimal-şərq istiqamətinə dönərək ertəsi gün sürəti 120 km/saat olan davamlı elementar küləklərlə Kanadanın şərq sahilinə çatır. Qasırğanın yaratdığı dəniz dalğaları Kiçik və Böyük Antil adaları sahillərində, Baham adalarına və ABŞ-nin şərq sahillərinə dağıdıcı təsir göstərərək, iki nəfərin həyatına son qoyub. Bill Kanadanın şərqinə 1-ci kateqoriyalı qasırğa kimi çatıb, lakin ölkənin şərq hissəsindən keçərkən yeni insan tələfatının qarşısı alınıb. == Meteoroloji tarixi == 12 avqust 2009-cu ildə Afrikanın qərb sahillərində isti tropik dalğa yaranaraq, Atlantik okeanına daxil olub və qərbə doğru irəliləyir. ABŞ Milli Qasırğa Mərkəzinin mütəxəssisləri dalğanın tropik siklonlardan birinə çevrilmə ehtimalının yüksək olacağını proqnozlaşdırmışdılar, çünki onun hərəkəti geniş ərazidə başlayıb, yağış və tufan aktivliyi ilə müşayiət olunurdu.
Katrina qasırğası
"Katrina" qasırğası - Amerika Birləşmiş Ştatları tarixində ən dəhşətli tufan. Qasırğalar içərisində Katrinanın adı tez-tez çəkilir. Katrina qasırğası ABŞ tarixində ən dağıdıcı qasırğalarındandır. Daha çox Atlantik okeanında baş verən Katrina 1890-cı ildən məşhurdur. Bu qasırğadan ən çox 1928-ci ildə New Orleansda meydana gəlib. Onun ardınca Luizianı sel basıb. Qasırğa Missisipi sahilinin qarşısında və Alabamada şiddətini artırıb və şəhərin böyük qisminin yox olmasına gətirib çıxarıb. Həmin vaxt New Orleansın 80 faizi sular altında qalıb. Katrina 1836 insanın ölümünə səbəb olub. 81,2 milyard dollarlıq vurduğu ziyanla ABŞ-nin ən qorxulu yuxusuna çevrilib.
Patrisya qasırğası
Patrisya Tropik Qasırğası (ing. Hurricane Patricia) — Qərb yarımkürəsində səbt olunmuş ən güclü tropik qasırğadır. Bu qasırğa, 2015 oktyabr ayının ortasında, Meksikanın cənub qərbdə yerləşən Tehuantepek körfəzində daha güclənib və 5ci qat tropik qasırğa adlanıbdır. Patrisya qasırğası Meksika sahillərində 325km/h sürəti yellər və 14 metirlik hündürlükdə dalğalar yaradıb, Meksikada böyük qorxu və xəsarətə səbəb olub gücsüzləşəndən sonra ABŞ Tekzas ştadına doğru yönlənmişdir. Son rəsmi rəqəmlərə görə bu qasırğa mustəqim olaraq 8 nəfər və qeyri mustəqim 5 nəfərin ölümünə və ən azı 37 milyon dollar maddi xəsarət vurmuşdur.
Sendi qasırğası
Sendi qasırğası (ing. Hurricane Sandy) - Atlantik okeanında yaranmış və indiyə qədər qeydə alınmış ən güclü qasırğa. Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Baham adaları, Kanada və ABŞ-də Sendi qasırğası nəticəsində ciddi dağıntılar yaranmışdır. 2012-ci ilin oktyabr ayında Karib hövzəsində başlanan qasırğa, oktyabrın sonlarına doğru daha da şiddətlənmişdir. Hal-hazırda qasırğa ABŞ sahillərinə çatmışdır. Sendi qasırğası nəticəsində onlarla insan həlak olmuşdur, ümumi dəymiş ziyanın 50 milyard dolları keçəcəyi ehtimal olunur.
Tayfun qasırğası
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Toz qasırğası
Güclü külək vasitəsilə böyük miqdarda torpaq hissəciklərinin və qumun sovurulub aparılmasıdır. Torpaq qasırğası bəzən milyon tonlarla tozu uzaq məsafəyə aparıb əkinlərin üzərinə tökür, yararlı torpaqları, bitkiləri məhv edir. Çöllərdə qoruyucu meşə zolaqları salmat və s. aqrotexniki tədbirlərə toz qasırğası ilə mübarizə aparılır.
Xəzər dənizində qasırğalar
Daniel qasırğası
Daniel qasırğası — son dərəcə ölümcül Aralıq dənizi siklonudur. Liviyada fəlakətli fəsadlar törətmiş və həmçinin Avropanın cənub-şərqinə təsir etmişdi. Sentyabrın 4-də yaranan fırtına öncə Yunanıstan, Bolqarıstan və Türkiyəyə təsir etdi və orada geniş daşqınlara səbəb oldu, tezliklə subtropik xüsusiyyətlər meydana gəldi və Liviya sahillərinə doğru hərəkət etdi. Quruya çatmazdan əvvəl fırtına tropik oldu. Liviya sahillərində fəlakətli daşqınlar baş verdi, daha sonra qalıq aşağı səviyyəyə çevrildi. Fırtına Omeqa blokunun nəticəsində yarandı, çünki yüksək təzyiq zonası iki aşağı təzyiq zonası arasında sıxışaraq Yunan hərfi omeqa (Ω) əmələ gətirdi. == Liviyada fəlakətli daşqın == Fırtına Liviya sahillərində fəlakətli nisbətdə daşqınlara səbəb oldu. Liviya səlahiyyətlilərinin məlumatına görə, sentyabrın 12-nə 2300 nəfərin öldüyü və daha 7 minə yaxın insanın yaralandığı bilinirdi. Sentyabrın 13-nə olan məlumata görə, ölənlərin sayı 7000 nəfəri ötüb, daha 100 000 nəfər isə hələ də itkin düşmüş hesab olunurdu. Sentyabrın 15-də ölənlərin sayı 11.300 nəfəri ötdü.
Nadin qasırğası
Nadin qasırğası, qeydə alınmış dördüncü ən uzun ömürlü Atlantik qasırğası olmuş dəyişkən xarakterli Kateqoriya 1 qasırğası idi. On dördüncü tropik siklon və 2012-ci il Atlantik qasırğası mövsümünün adlandırılmış fırtınası olaraq, Nadin 10 Sentyabrda Cape Verdedən qərbə doğru hərəkət edən tropik dalğadan əmələ gəlmişdi. Ertəsi gün o güclənərək Nadin Tropik Fırtınasına çevrilmişdi. Başlanğıcda şimal-qərbə doğru hərəkət etdikdən sonra Nadin bütün quru sahələrdən xeyli uzaqlaşaraq şimala dönmüşdü. Erkən 15 Sentyabrda, Nadin şərqə doğru burulduğu üçün qasırğa statusuna çatdı. Tezliklə şaquli külək kəsilmələrinin artması Nadini zəiflətdi və Sentyabrın 16-da, o, yenidən tropik fırtınaya çevrildi. Ertəsi gün fırtına şimal-şərqə doğru hərəkət etməyə başladı və Azor adalarını təhdid etdi, lakin Sentyabrın 19-u günün sonunda Nadin adalara çatmazdan əvvəl şərq-cənub-şərq istiqaməti aldı. Buna baxmayaraq, fırtına bir neçə adada tropik fırtına küləkləri yaratdı. Sentyabrın 21-də, fırtına Azor adalarının cənubundaykən cənub-cənub-şərqə doğru buruldu. Həmin günün davamında Nadin ekstra-tropik aşağı təzyiq sahəsinə keçdi.

Digər lüğətlərdə