qax
qaxac
OBASTAN VİKİ
Cəlayir (Qax)
Cəlayir — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır. XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrak və Suriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşamaqdadır. Kənddə Azərbaycan türkləri yaşayır. Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş i.ə.v.-də kənd.
Dəymədağlı (Qax)
Dəymədağlı — Azərbaycan Respublikasının Qax rayonunda kənd. Oykonim dəymədağlı tirəsinin adı ilə bağlıdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur. Dəmyə (əkilməmiş, xam, yüksək məhsuldarlıqlı) və dağlı (dağlıq ərazidə yaşayan) komponentlərdən ibarət olan bu etnonim "xam torpaqlı dağlıq ərazidə yaşayanlar" mənasındadır. Tədqiqatçılar bu sözü dəymə (dağ ətəyində mal-qaranın saxlandığı yer) və dağ komponentlərinin birləşməsi kimi qəbul edirlər. Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin ərazisindən Muxaxçay və çoxlu sayda suvarma arxları keçir. Torpaqları əkinçilik üçün yararlı, ərazisi maldarlıq üçün əlverişlidir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 178 təsərrüfatda hər iki cinsdən toplam 781 nəfər əhali yaşayır.
Kirovkənd (Qax)
Qaradolaq (əvvəlki adı: Kirovkənd) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Qax rayonunun İlisu kənd inzibati ərazi vahidi tərkibindəki Kirovkənd kəndi Qaradolaq kəndi adlandırılmışdır. Sovet hakimiyyəti illərində bu yaşayış məntəqəsi sovet partiya və dövlət xadimi S.M.Kirovun şərəfinə Kirovkənd adlandırılmışdır. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 186 nəfər yaşayır. 47 təsərrüfat mövcuddur.
Kötüklü (Qax)
İngiloy Kötüklü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. İngiloy Kötüklü kəndi 1999-cu ildə yaradılmışdır. İngiloy Kötüklü oyk., mür. Qax r-nunun Əlibəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə r-nun ərazisində Kötüklü adlı üç kənd olmuşdur: İngiloy Kötüklü, Ləkit Kötüklü və Əli Sultan Kötüklüsü. Kötüklü komponenti Azərbaycanın şm. bölgəsində və Qarabağda yayılmış qədim türk mənşəli kötük/kötək/kətük tayfa adı ilə bağlıdır. İngiloy isə Azərbaycanın şm.-q. zonasında yaşayan və gürcü dilində danışan etnik qrupun adıdır.
Qapıçay (Qax)
Qapıçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə kərpic zavodunun fəhlələri üçün salınmışdır. Qəsəbə Qapıçayın mənbəyində yerləşdiyinə görə həmin çayın adı ilə adlanmışdır. Kənd Qapıçayın mənbə hissəsində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə hər iki cinsdən toplam 340 nəfər əhali yaşayır. Kənddə (1 ailə istisna olmaqla) özünü pars adlandıran qaraçılar yaşayır. Kənddə 74 təsərrüfat mövcuddur.
Qarabaldır (Qax)
Qarabaldır — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Oykonim qara (burada "böyük" məna-sında) və baldır (çıxıntı) sözlərindən ibarət olub, "böyük çıxıntı" deməkdir. Ümumiyyətlə, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı nəzərə alaraq coğrafi obyektləri burun, bel, barmaq, daban, dil və s. kimi sözlərlə adlandırmaq qanunauyğun hal olmuşdur. Tərkibində baldır komponenti olan toponimlər Tovuz rayonunda da mövcuddur (Ağbal- dır dağı, Qarabaldır dağı). Deməli, kənd öz adını dağ adından almışdır. Araşdırmalar göstərir ki, baldır qədim türk dillərində sırf coğrafi termin kimi "dağ çıxıntısı" mənasında işlənmişdir. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qarabaldır kəndində milli tərkibi muğallardan ibarət 59 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
Qarabulaq (Qax)
Qarabulaq — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qax rayonunun Sarıbaş kənd inzibati ərazi vahidi tərkibindəki Qarabulaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qaradolaq (Qax)
Qaradolaq (əvvəlki adı: Kirovkənd) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Qax rayonunun İlisu kənd inzibati ərazi vahidi tərkibindəki Kirovkənd kəndi Qaradolaq kəndi adlandırılmışdır. Sovet hakimiyyəti illərində bu yaşayış məntəqəsi sovet partiya və dövlət xadimi S.M.Kirovun şərəfinə Kirovkənd adlandırılmışdır. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 186 nəfər yaşayır. 47 təsərrüfat mövcuddur.
Qax bələdiyyələri
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qax bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qax
Qax — Azərbaycan Respublikasında şəhər, Qax rayonunun inzibati mərkəzi. XIX əsr müəllifi İ.Lineviçin qeyd etdiyi əfsanəyə görə, XVI əsrə qədər Qax şəhəri "Torağay" adlandırılmışdır. Bu söz Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" adlı lüğətində, qıpçaqların dilində "dağlar arasında sığınacaq" mənasına gəlir. Qax şəhərinin dağlar arasındakı ovalıq ərazidə olduğu nəzərə alınaraq, Şimali Qafqaz vasitəsilə gələn qıpçaqların Qaxda yerləşdiyi və ona "Torağay" adı verdiyi hesab edilə bilər. Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir.
Qax (içki)
Qax — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Azərbaycan Respublikasının Qax rayonu ərazisindədir. Bu su sulfatlı-hidrokarbonatlı təbii mineral sudur. Minerallaşması 0,5q/l-dir. Tərkibində (1 l-də) 0,3595 q. Hidrokarbonat və 0,0145 q. sulfat anionu, 0,0055 q. kömür anhidridi, 0,0190 q. oksigen, 0,0058 q. kalium, 0,0128 q.
Qax rayonu
Qax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qax şəhəridir. Rayon 1930-cu ildə qurulmuştur. 1963-cü ildə Zaqatala tərkibinə qatılsa da 1 il sonra yenidən inzibati rayon statusunu geri qaytarmışdır. Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, qərbdən Gürcüstan Respublikası, şimalda Zaqatala rayonu , cənubda Şəki şəhəri, cənub-qərbdən isə Yevlax və Samux rayonu ilə həmsərhəddir. Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir.
Qax şəhəri
Qax — Azərbaycan Respublikasında şəhər, Qax rayonunun inzibati mərkəzi. XIX əsr müəllifi İ.Lineviçin qeyd etdiyi əfsanəyə görə, XVI əsrə qədər Qax şəhəri "Torağay" adlandırılmışdır. Bu söz Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" adlı lüğətində, qıpçaqların dilində "dağlar arasında sığınacaq" mənasına gəlir. Qax şəhərinin dağlar arasındakı ovalıq ərazidə olduğu nəzərə alınaraq, Şimali Qafqaz vasitəsilə gələn qıpçaqların Qaxda yerləşdiyi və ona "Torağay" adı verdiyi hesab edilə bilər. Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir.
Qum (Qax)
Qum — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Qum kəndi qədim tarixə malikdir. Kəndin tam mərkəzində ucalan V əsrə aid Qum məbədi, kəndin yuxarı başında yerləşən, XVIII əsrə aid mudafiə məqsədi ilə tikilmiş Sirt qalası, dağların qoynunda yerləşən Taxta qaya adlı abidə buna əyani sübutdur. Kəndin sakinləri olan saxurlar Qafqaz Albaniyası dövründə yaşayan 26 tayfadan biri olub. Onlar haqqında ilk dəfə eramızdan əvvəl 80-60-cı illərdə Lukull ve Pompeyin Qafqaza yürüşlərində rast gəlinir. Qədim gürcü mənbələrində onlara suci, ölkələri isə Suceti və ya Tsuketi adlanır. Onlara həmçinin eri ,ölkələrinə isə Ereti deyirdilər. Qum kəndi Qafqaz Albaniyası dövləti süqut etdikdən sonra Saxur xanlığının (VII-XVI əsr) tərkibində olub. 1562-ci ildə Saxur xanı Adıgörklü bəyə I Təhmasibin sultan titulu verməsindən sonra dövlət İlisu sultanlığı adlandırılmağa başlayıb. İlisu sultanlığının süqutundan sonra ərazilər Rusiya imperiyasının təsirinə keçib.
Qıpçaq (Qax)
Qıpçaq — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı türkdilli qədim qıpçaq tayfasının adı ilə bağlıdır. Hələ e.ə. 203-cü ilə aid Çin salnaməsində haqqında məlumat verilən qıpçaqlar əvvəllər Altayda yaşamışlar. Sonralar qərbə doğru hərəkət edərək Dunay çayı sahillərinədək yayılmışlar. Azərbaycan ərazisinə qıpçaq tayfalarının gəlməsi müxtəlif tədqiqatlarda əks olunmuşdur, belə ki, bəzi tədqiqatçılar bu tarixi hadisəni IV-V əsrlərə (M. Şirəliyev), VII-VIII əsrlərə (L.Bünyadov), HI-IV əsrlərə (Q.Voroşil), XI-XII əsrlərə (Q.Qeybul- layev), IX-X əsrlərə (İbn-əl-Əsir) aid edirlər. Qıpçaq tayfaları Azərbaycanlıların, qazax, qırğız, qaraqalpaq, özbək, türkmən, tatar, başqırd, balkar, qumuq və s. xalqların etnogenezində iştirak etmişlər. Beləliklə, Qıpçaq etnooykonimdir. Kənd Qaraçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.
Sarıbaş (Qax)
Sarıbaş — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Sarıbaş kəndi XIV əsrdə yaşayış məskəni kimi formalaşmışdır. Cəlairlər Sarıbaş kəndinin ilk daimi sakinləri olmuşdur. Kənd XVI əsrin ortalarında (1556) yerli azərbaycanlıların (türklər) və Dağıstandan köçüb gələn saxur ailələrin məskunlaşması nəticəsində daha da böyümüşdür. İlisu sultanlığı zamanı Sarıbaş mövcud 3 qrup kəndlər qrupundan Qaradolaq (İlisu) qrupuna daxil idi. Məhz Qaradolaq qrupuna türk mənşəli kəndlər daxil idi. (Sarıbaş, İlisu, Ağçay, Qaşqaçay, Yuxarı Malax, Aşağı Malax, Əmbərçay). Regionda mövcud olan islamın şafiilik və hənəfilik məzhəblərinə zidd qeyri mühafizəkar dünyagörüşünə malik əhali qrupuna malikdir. Yerli əhalinin dünya görüşündə daha cox atəşpərəstlik və xristianlıqla bağlı elementlərin çoxluğu maraq doğurur. Sarıbaş oykonimi, sadə.
Tasmalı (Qax)
Tasmalı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Tasmalı kəndi Qarabaldır və Lələpaşa kəndləri ilə birlikdə Tasmalı kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Tasmalı bələdiyyəsi tərəfindən idarə edilir. Tasmalı oyk., diiz. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim türk mənşəli tasına etnonimindən və mənsub, bildirənli şək.-sindən ibarətdir. Qırğızlarda və qazaxlarda da tasma tayfası vardır. Bəzi mənbələrə əsasən, XI-XII əsrlərdə tasma tayfalarının bir hissəsi Səlcuqi oğuzlarının tərkibində Azərbaycanda məskunlaşmışdır. Kənd əhalisi'nin tamamı etnik Azərbaycan Türklərindən ibarətdir və Azərbaycan Türkcəsində danışır.
Uzuntala (Qax)
Uzuntala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 39 təsərrüfatda hər iki cinsdən toplam 140 nəfər əhali yaşayır.
Vasilyevka (Qax)
Ağçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ağçay kəndində milli tərkibi ləzgilərdən və bəylərdən ibarət 27 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 179 təsərrüfatda hər iki cinsdən toplam 495 nəfər əhali yaşamaqdadır. Ağçay oyk., sadə. Xaçmaz r-nunun Niyazoba i.ə.v.-də kənd. Ağçayın kənarındadır. XIX əsrdə gəlmə rusların məskunlaşdığı bu kənd Vasilyevka (1992-ci ilədək) adlandırılmışdı; Qax r-nunun İlisu i.ə.v.-də kənd. Ağçayın sahilində, Baş Qafqaz silsiləsinin c. ətəklərindədir.
Zəyəm (Qax)
Zəyəm — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Zəyəm kəndinin tarixi əsasən sak tayfalarının adı ilə bağlıdır. Belə ki, "zəyəm" sözünün özü də "sak" sözündən götürülüb. "Sakam" sözü zaman keçdikcə dəyişərək "zəyəm" sözünə çevrilib. Zəyəm kəndi] Lələli və Qındırğa kəndləri ilə birlikdə Zəyəm kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Zəyəm bələdiyyəsi tərəfindən idarə edilir. Zəyəm oyk., mür. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. İlk dəfə X əsr mənbəyində çəkilir; Şəmkir r-nunda ştq.
Çinarlı (Qax)
Çinarlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Çinarlı kəndi Fıstıqlı, Süskənd və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir. Kənd 1999-cu ildə yaradılmışdır. Qax rayonunun Qum i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XVII əsrdə Dağıstanın Saxur mahalından köçüb gəlmiş əhalinin Çinarlı adlanan yerdə məskunlaşması nəticəsində yaranmış və salındığı ərazinin adı ilə adlandırılmışdır; Kənd əhalisi əsasən etnik saxurlardan ibarətdir və saxur dilində danışır. 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Çinarlı kəndində 128 təsərrüfatda hər iki cinsdən toplam 398 nəfər əhali yaşamaqdadır.
Üzümlü (Qax)
Üzümlü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Üzümlü oyk., mür. Qax r-nunun Qıpçaq i.ə.v.-də kənd. Ağyazı düzündədir. 1960-cı illərdə üzümçülük sovxozu fəhlələri üçün salındığına görə kənd belə adlandırılmışdır. Kənd əhalisinin əksəriyyəti etnik saxurlardan və rutullardan ibarətdir və əsasən saxur dilində danışılır. 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ağyazı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 703 nəfər (316 nəfəri kişilər, 387 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Üzümlü kəndində 24 təsərrüfatda hər iki cinsdən toplam 64 nəfər əhali yaşamaqdadır.
Şıxlar (Qax)
Şıxlar — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Şıxlar oyk., sadə. Ağdam r-nunun Qərvənd i.ə.v.-də kənd. Qarabağ düzündədir; Bakı şəhəri Qaradağ r-nunun Ələt qəsəbə i.ə.v.-də köçəbə; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqribən 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur; Cəlilabad r-nunun Komanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir; Goranboy r-nunun Xınalı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Qalaça (Qax)
Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilir Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür. Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.
Cümə məscidi (Qax)
Cümə məscidi — Qax şəhərində yerləşən məscid. Qax şəhər Cümə məscidi 1996-cı ildə tikilmişdir. Məscidin sahəsi 352 kvadratmetr, həyətyanı sahəsi isə 0,27 hektardır. Məscidin həyətində yardımçı binalar inşa olunmuşdur. Bu ibadət ocağı 2012-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin balansına verilmişdir. Məsciddə eyni vaxtda 200 nəfər ibadət edə bilər.
Cəlayir bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Giorgi Qaxariya
Giorgi Qaxariya (bəzi Azərbaycandilli mənbələrdə Giorgi Qaxaria; gürc. გიორგი გახარია; 19 mart 1975, Tbilisi) — gürcü siyasətçisidir. 13 noyabr 2017-ci ildən — Gürcüstan Baş Nazirinin müavini, Gürcüstan Daxili İşlər Naziri, 2019-cu ilin may ayında Milli Təhlükəsizlik Şurasının katibi təyin edildi. 3 sentyabr 2019-cu ildən 18 fevral 2021-ci ilədək Gürcüstanın Baş naziri vəzifəsini yerinə yetirib. 1992–1994-cü illərdə Qaxariya Tiflis İvane Cavaxişvili Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1994–1999-cu illərdə Lomonosov adına Moskva Dövlət Universitetində oxuyub. Siyasi Elm Magistrıdır. 2002–2004-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Ali Biznes Məktəbində (Biznes Menecmenti Magistri) təhsil almışdır. 2006–2009-cu illərdə Moskva Dövlət Universitetində Tətbiqi Biotexnologiya kafedrasının dəvət olunmuş müəllimi olmuşdur. Qaxariya 2004-cü ilin mayından 2008-ci ilin noyabrınadək SFK Qrupunun baş direktoru vəzifəsini tutdu.
Kürmük Qax FK
Kürmük Qax FK — 1990-cı ildə Qaxda yaranan, Azərbaycanın köklü klublarından biridir. Hazırda Azərbaycan İkinci Liqasında çıxış edir. 2023/2024-cü ildən etibarən Azərbaycan İkinci Liqasında çıxış etməyə başladı. Qax həmişədən Müdafiə Qalası rolunu oynayıb. Bu səbəbdən Qaxda qala sayı çoxluq təşkil edir. Sumuq qala , Şeyx Şamil Qalası , Dəyirman qalası buna misal ola bilər. Bu özünü loqoda da göstərib. Belə ki, "Müdafiə Qalası" fikrinə uyğun olaraq, müdafiənin əsas simvollarından olan iki tərəfli balta əks olunmuşdur. Hal hazırda Qaxda qədim eksponatlar sərgilərində bu baltaya təsadüf edilir. Logodakı yaşıl rəng yaşıllıq bir rayon olduğunu təcəssüm edir.
Mamırlı şəlalə (Qax)
Mamırlı şəlaləsi Qax rayonunun Ləkit kəndində, Ləkit Kötüklü kəndinə gedən sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan yüzillər boyu süzülərək axan su bunların üstündə sıx mamır bitməsinə səbəb olub. Bu mamırlar qayaları elə örtüb ki, sanki yaşıl xalça sərilib. O qədər sıx ağac bitib ki, əraziyə heç vaxt gün işığı düşmür və bura daim sərin olur. Şəlalə ətrafı piknik cənnətidir. Ləkit və Kötüklü kəndinə gələn turistlər mütləq buraları gəzməyə çıxırlar. Dəniz səviyyəsindən 550 m hündürlüyündə yerləşən Mamırlı şəlalənin hündürlüyü 15 m, eni 30 metrdir. Qax rayonunun Ləkit kəndində yerləşən Mamırlı şəlalə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli 190 saylı qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.
Müqəddəs Bakirə Kilsəsi (Qax)
Müqəddəs Bakirə Kilsəsi (gürc. ბაზარის ღვთისმშობლის ეკლესია - Bazar Müqəddəs Bakirə Kilsəsi) — Qax rayonunun Bağtala kəndinin ərazisi yaxınlığında yerləşən yarım-xaraba vəziyyətdəki dini abidə. Gürcü mənbələrinə görə qədim orta əsr şəhəri Zəyəmin ərazisində yerləşmişdir. Kilsənin günbəzi 1970-ci illərdə dağıdılıb.
Müqəddəs Üçlük kilsəsi (Qax)
Müqəddəs Üçlük kilsəsi — Qaxın İngiloy Kötüklü kəndində yerləşən pravoslav kilsəsi. Kilsə XIX əsrdə Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən tikilib. Qax və Kürmük yeparxiyasına tabedir. 26 oktyabr 2019-cu ildə 1920-ci ildən bəri ilk dəfə Müqəddəs Liturgiya mərasimi keçirilib.
Qaraqaya dağı (Qax)
Qaraqaya dağı - Qax rayonunda hündürlüyü 3465 m olan dağ. Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Qaraqaya dağı Azərbaycan Respublikası Şəki rayonu ilə Dağıstan Muxtar Respublikası Rutul rayonu arasında yerləşir. Kür-təpə və Qaflan dağları arasında yerləşir. Qaraqaya və Seyidyurd dağları arasından Şinçay axır.
Qax Dövlət Gürcü Dram Teatrı
Qax rayonu Əlibəyli kənd Mədəniyyət evində 1981-ci ildə gürcü dram dərnəyi yaradılmışdır. Kollektiv 1985-ci il may ayının 31-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 41 saylı qərarına əsasən «Xalq teatrı» adını almışdır. Azərbaycan Respublikası Prezidentinin 16 - dekabr 2004-cü il tarixli 551 saylı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2005-ci il tarixli 54-cü saylı Sərəncamlarına müvafiq olaraq teatra Dövlət statusu verilmişdir.
Qax Dövlət Kukla Teatrı
Qax Dövlət Kukla Teatrı — Qax rayonu ərazisində yerləşən teatr. 1971-ci ildən Qax rayon mədəniyyət evinin nəzdində dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Qax teatrı dəfələrlə Azərbaycan Respublikasında keçirilən festivallarda iştirak etmişdir. Qax Dövlət Kukla Teatrı Türkiyə, Rusiya, Ukrayna, Estoniya və Gürcüstanda keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişdir. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Qax Dövlət Rəsm Qalereyası
Qax Dövlət Rəsm Qalereyası - 1980 ildə yaranmış qalereya. Qax Dövlət Rəsm Qalereyası 1980 ildə yaranıb. Qalereyanin sahəsi 1640kv.m-dir. Qaxda Mədəniyyət Nazirliyinin əmrinə əsasən 1 iyun 1986-cı il tarixdən rayon Rəsm Qalereyası fəaliyyətə başlamışdır. Qalereyada 230 ədəd rəsm vardır. Ekspozisiyası 4 salondan ibarətdir. Böyükаğа Mirzəzаdə, Fərhаd Хəlilоv, Хаlidə Səfərоvа və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. Qalereya ekspozisiya zalından, iş otağı, fond otağı və qazanxanadan ibarətdir. Qalereyanıı fondunda 219 eksponat var.
Qax Dövlət Təbiət Yasaqlığı
Qax Dövlət Təbiət Yasaqlığı — Azərbaycan Respublikasında yasaqlıq. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilmiş heyvan növlərinin bərpa edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qax rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2003-cü il tarixli, 84 nömrəli Qərarına əsasən yaradılmışdır. Sahəsi 36.836 hektardır. İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarmda və Acınohur düzündə fauna mühafizə olunur və nəsli kəsilməkdə olan heyvan növləri bərpa edilir.
Qax Peşə Liseyi
Qax Tarix-Diyarşünaslıq Muzeyi
Qax Tarix-Diyarşünaslıq Muzeyi — 13 avqust 1981-ci il tarixdən XIX əsrə aid, şəhərin mərkəzində yerləşən Allahverdi kilsə binasında fəaliyyətini davam etdirmişdir. 1991-ci ilin iyun ayından muzey qismən uyğunlaşdırılmış yeni tipli binaya köçürülmüşdür. Muzey ölkəşünaslıq muzeyi kimi 1979-cu ildə mədəniyyət evində 500-dək eksopnatla fəaliyyətə başlamış və ölkəşünaslıq muzeyinin bazasında yaradılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1981-ci il tarixli 445№-li sərəncamına əsasən tarix-diyarşünaslıq muzeyinə çevrilmişdir. Muzey 1 mərtəbəlidir. 13 otaqdan ibarətdir.Muzeyin ümumi sahəsi 1020 kv.m. Muzeydə Qax rayonunun tarixi və elmi əhəmiyyətə malik əşya mühafizə, tətqiq və təbliğ olunur. Muzeydə ən qədim eksponat daş əmək alətləri, onurğalı heyvanın diş sümüyü (Ləkit-kötüklü kəndində yerləşən Skolat və Xorqaya yaşayış məskənindən tapılmışdır və nümayiş olunur. Ekspozisiya 9 salondan ibarət olub, ümumi sahəsi 830 kv.m.-dir. Qax rayonunun təbiəti və tarixi abidələri –I salon, Qax qədim dövrdə-II salon, Qax orta əsrlərdə-III salon, Qax tarixin yeni dövründə.
Qax abidələri (film, 2001)
Film Qax rayonu ərazisində yerləşən qədimliyi ilə ölkədə fərqlənən abidələr haqqındadır.

Digər lüğətlərdə