QOÇAQ
QOÇAQLAŞMA
OBASTAN VİKİ
Qoçaq Əsgərov
Əsgərov Qoçaq Məhərrəm oğlu (27 dekabr 1978 və ya 1978, Qoçəhmədli, Füzuli rayonu) — Azərbaycanlı xanəndə və piano ifaçısı, Azərbaycanın əməkdar artisti (2018). Qoçaq Əsgərov 1978-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Altı yaşında olarkən, o, ilk dəfə doğma Füzuli şəhərinin ictimai səhnəsində ifa etməyə başladı. Balaca oğlan hər yerdə ifa edirdi — evdə və doğma kəndini əhatə edən meşə və dağlarda. Balaca Qoçaq peşəkar müğənni olmaq arzusuna mübtəla olmuşdur; o, valideynlərindən xəbərsiz olaraq musiqi məktəbinə daxil olur, ancaq qəflətən başlanan müharibə və onun ardınca ​​1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalı, onun musiqi ilə məşğul olmasına maneəçilik törədir. Onun ailəsi, digər yüzlərcə ailələr ilə birlikdə, ölümdən xilas olmaq üçün öz evlərini və mal-qarasını tərk etməyə məcbur edilmişdilər. Bakıya yerləşməzdən öncə, onlar bir neçə il ərzində bir şəhərdən digərinə səyahət edən qaçqınların həyatını yaşamalı oldular. Bütün bu əzablı illərə və çətinliklərə baxmayaraq, o, öz istedadının cəmiyyət tərəfindən qəbul edilməsi üçün sona qədər dözümlü qaldı. 1998-ci ildə Qoçaq Əsgərov Bakı Musiqi Akademiyasının muğam vokal sinfinə qəbul edilmişdir. 2004-cü ildən — 2008-ci ilə qədər o, Azərbaycan Milli Konservatoriyasında musiqi və ənənəvi vokal fənlərini öyrənirdi.
Qoçaqan
Qoçaqqazma
Qoçaqqazma — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.

Digər lüğətlərdə