QOŞMAQ

QOŞMAQ – AÇMAQ Sənin xatirin üçün qırx yeddi manata qoşaram (Ə.Haqverdiyev); Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın (A.Səhhət).

QOŞALIQ
QOŞULMAQ
OBASTAN VİKİ
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.

Digər lüğətlərdə