RƏŞADƏT
RƏŞİD
OBASTAN VİKİ
"Rəşadətli əməyə görə" nişanı
"Rəşadətli əməyə görə" nişanı — Naxçıvan Muxtar Respublikasının dövlət mükafatı. == Təsisi == "Rəşadətli əməyə görə" nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir. == Statusu == "Rəşadətli əməyə görə" nişanı dövlət qulluğunda, iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, hüquq-mühafizə və sosial sahələrdə, ədəbi-bədii yaradıcılıqdakı nailiyyətlərə, Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətə görə verilir. "Rəşadətli əməyə görə" nişanı Azərbaycan Respublikasının orden və medalları və "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı olduqda onlardan sonra taxılır. "Rəşadətli əməyə görə" nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur. == Təsviri == "Rəşadətli əməyə görə" nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir. Nişan səkkizguşəli ulduz şəklindədir. Nişanın ön tərəfində yuxarı çevrə boyunca "RƏŞADƏTLİ ƏMƏYƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissəsində qoşa sünbül təsviri vardır. Yazı və təsvirlər qabarıqdır. Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır.
"Rəşadətli əməyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısı
"Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısı — Naxçıvan Muxtar Respublikasının "Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısıdır.
"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945-ci ildə təsis olunmuş SSRİ medalı.
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945-ci ildə təsis olunmuş SSRİ medalı.
“Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar rəşadətli əməyə görə” medalı
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — Vladimir İliç Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 noyabr 1969-cu il tarixli Fərmanı ilə təsis edilmişdir. 9 milyon işçi-çalışan, 2 milyon hərbi qulluqçu və təxminin 5 min xarici vətəndaş olmaqla yanaşı 11 milyondan çox insan bu medalla təltif edilmişdir. Medal bürüncdən istehsal edilmişdir və 32 mm diametrli bütöv dairə şəklindədir. Medalın üz tərəfində tutqun fonda sola çevirilmiş V. İ. Leninanın qabarıq profil təsviri yerləşdirilmişdir. Aşağı hissədə isə — "1870–1970" tarixi. Medalın arxa tərəfində tutqun fonda çevrə üzrə yuxarı hissədə "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazısı, onun altında oraq və çəkic təsviri və yazı "V. İ. Leninin anadan olmasının 100 illiyinin qeyd edilməsi şərəfinə". Aşağı hissədə isə — kiçik beş ulduz yerləşdirilmişdir. Xarici vətəndaşların mükafatlandırılması üçün hazırlanmış medalın arxasında — "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazılar yoxdur. Medalın kənarları bortla haşiyələnmişdir.

Digər lüğətlərdə