RƏŞADƏTLİ
RƏŞİDLİK
OBASTAN VİKİ
Rəşid
Rəşid — Azərbaycanda daha çox işlədilən kişi adı. Rəşid Nurqaliyev — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. Rəşid Səməndər — aktyor. Rəşid Behbudov — Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti.
Mişari Rəşid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * * Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Rəşid Abdullayev
Rəşid Abdullayev (idmançı)
Rəşidə Rəşid
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Rəşid Atamalıbəyov
Rəşid Səlim oğlu Atamalıbəyov (13 iyul 1932 – 30 avqust 2012) — Azərbaycan kinorejissoru.[mənbə göstərin] 1956-cı ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirdikdən sonra, həmin ildən kinoda çalışmağa başlamışdır.
Rəşid Axriyev
Rəşid (Bəy) Çaxoviç Axriyev (1893-1942) — Şimali Qafqaz xalqlarının ilk pilotu; Tacikistanın "Aviasiya Pioneri"; İnquşetiyanın ilk pilotu. Xüsusi eskadronun tərkibində hərbi vəzifəsini yerinə yetirərkən 1942-ci ildə vəfat edir. 1893-cü ildə Rusiya imperiyası, Terek vilayəti, Nazran rayonu, Furtouq kəndində - indi İnquşetiya Respublikasının Ceyraxski rayonunda anadan olub. Mənşəcə inquş olan Rəşidin atası rus etnoqraf və pedaqoqu Çax Axriyev, anası isə Aişa Bazorkina idi. Gimnaziyada təhsil alır, sonra 1914-cü ildə Tiflis hərb məktəbinə daxil olur və oranı bitirir. I Dünya müharibəsində iştirak edən Rəşid iki dəfə yaralanıb. Çap olunmuş mənbələrə görə, müharibə illərində 10 bombardmançı İlya Murometsdən ibarət Rusiya İmperiyası Hava Qüvvələrinin hava bölməsində xidmət etmişdir. O, rus aviasiyasının hərbi əməliyyatlarına qatılaraq alman qoşunlarını bombalayır (rabitə, anbarlar və s). Birinci Dünya müharibəsinə 27 iyul 1917-ci il tarixində qatıldı və Qatçina Hərbi Aviasiya Məktəbini (Farman IV və Moran Parasol təyyarələrində ixtisaslaşmış) müvəffəqiyyətlə başa vurur və Rusiya İmperiyası Hava Qüvvələrinin zabit-aviatoru olur. 9 avqust 1917-ci il tarixində qərargah kapitanı R.Axriyev Cənub-Qərb cəbhəsi Aviasiya Müfəttişinin sərəncamına verilir.
Rəşid Ağamalıyev
Rəşid Eldar oğlu Ağamalıyev (28 oktyabr 1992) — ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, animator. Rəşid Ağamalıyev — 1992-ci il oktyabrın 28-də ziyalı ailəsində anadan olmuşdur. 2007–2010-cu illərdə Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino məktəbində sərbəst dinləyici qismində iştirak edib. 2015-ci ildə Hollandiyanın Utrext universitetində "Fəlsəfə" ixtisası üzrə təhsil almışdır. 2017-ci ildə Çex Respublikasının Olomouts şəhərinin Palatski Universiteti "Kinoşünaslıq" və "İngilis dili filologiyası" ixtisasları üzrə bakalavr dərəcəsi alıb. 2018-ci ildə Praqada Səhnə Sənətləri Akademiyasının "Kino və Televiziya" fakültəsində "Kinoprodüser" ixtisası üzrə kurs bitirib. "Bayatı Şiraz" (2014) bədii klipinin, "Aşıq Qərib. Azərbaycan məhəbbət dastanı" (2014), "Züleyxa ilə dialoqlar" (2019) sənədli filmlərinin və "Tar dərsləri" (2015–2017) kimi maarifləndirici videoların müəllifidir. 2018-ci ildə çap olunan "Azərbaycan animasiyası" kitabının həmmüəllifi və baş redaktorudur. Kitab azərbaycan və rus dillərində tərtib olunub və ötən əsrin 30-cu illərindən bugünlərədək Azərbaycan animasiyasının inkişaf tarixini əhatə edir.
Rəşid Baxşəliyev
Rəşid Behbudov
Rəşid Məcid oğlu Behbudov (1 (14) dekabr 1915, Tiflis – 9 iyun 1989, Moskva) — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi. Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A. Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz orkestrində solistliyə başlayır. 1930-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Azərbaycan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur.
Rəşid Cavanşir
Rəşid Cəmil oğlu Cavanşir (17 iyul 1951, Bakı) — AMEA-nin müxbir üzvü (2001), geologiya-minerologiya elmləri doktoru, professor. Rəşid Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 23 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Lenin təqaüdü ilə həmin institutn geoloji kəşfiyyat fakültəsini bitirib. Təhsil illərində ali məktəbin ictimai həyatında da fəal iştirak edərək institutun həmkarlar komitəsinin sədri vəzifəsini tutub. Moskvada keçirilən tələbələrin ümumittifaq qurultayının nümayəndəsi seçilib, Berlində keçirilən gənclər festivalında Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə qatılıb. Ali təhsil aldıqdan sonra Rəşid Cavanşir öz gələcək həyatını elmə bağlayıb. Moskvanın ciddi maneələrinə baxmayaraq “Anomal yüksək lay təzyiqlərinin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi meto-dikası və proqnozlaşdırılması (Cənubi Xəzər çökəkliyinin timsalında)” adlı dissertasiya mövzusunun təsdiq olunmasına nail olub, 1978-ci ildə namizədlik dissertasiyanı uğurla müdafiə edib. Rəşid Cavnşir ilk əmək fəaliyyətinə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayıb, 1988-ci ildə “Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiy¬yətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları” mövzusunda doktorluq işini müdafiə etdikdikdən sonra seçki yolu ilə həmin institutda elmi işlər üzrə direktor müavini vəzifəsinə seçilib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən professor Rəşid Cavanşirin elmi fəaliyyəti nəticəsində sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılıb.
Rəşid Faxralı
Hüseynov Rəşid Məmməd oğlu (Rəşid Faxralı) — şair, jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili. Rəşid Faxralı 21 yanvar 1954-cü ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1975-ci ildə APİ-nin riyaziyyat fakültəsini, 1992-ci ildə isə BDU-nun jurnalistika fakültəsini bitirib. 1992-ci ildən həqiqi hərbi xidmətdə olub, Qarabağ döyüşlərində hərbi jurnalist kimi iştirak edib. 2008-ci ildə həcc ziyarətində olub. 25 kitabın, 4 sənədli filmin müəllifidir. "Qızıl qələm", "Məmməd Araz" və "Həsən bəy Zərdabi" mükafatlarının laureatıdır. Gözümdə hönkürür bir dəli sevda. Zaman, biz və kişiliyimiz. Qürbət ağrısı.
Rəşid Göyüşov
Rəşid Göyüşov — Azərbaycan arxeoloqu; tarix elmləri doktoru, professor. Rəşid Bahadur oğlu Göyüşov 1930-cu il dekabrın 5-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Orta təhsilini öz doğma kəndlərində aldıqdan sonra, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul edilir və 1953-cü ildə oranı müvəffəqiyyətlə bitirir. R. B. Göyüşov ali təhsilini başa vurduqdan sonra təyinatla Salyan, Ağdam və Ağcabədi rayonlarında müəllim, tədris hissə müdiri və orta məktəb direktoru vəzifələrində çalışır. Lakin arxeologiya elminə olan həvəs onu 1959-cu ildə Azərbaycan EA Tarix İnstitutuna gətirib çıxarır. Həmin ildə o, arxeologiya ixtisası üzrə institutun aspiranturasına qəbul olunur. Rəşid Göyüşov öz elmi fəaliyyətinə böyük təcrübə sahibi qocaman alim S. M. Qazıyevin rəhbərliyi ilə Azərbaycanın qədim paytaxtı Qəbələ şəhərindən başlamışdır. Burada ona təklif olunmuş "Qəbələ şəhərinin dulus məmulatı (I-Х əsrlər)" adh dissertasiyasını vaxtında başa çatdırır və 1962-ci ildə Tarix İnstitutununun elmi şurasında müvəffəqiyyətlə müdafıə edir. Rəsmi opponentləri akademik Ə. Ə. Əlizadə, G. Ə. Əbilova və hətta görkəmli Qafqazşünas alim K. V. Trever onun əsərinə çox yüksək qiymət vermişdilər. Qarabağda arxeoloji tədqiqat işlərini ardıcıl olaraq davam etdirən R. B. Göyüşov Alban katolikosluğunun iqamətgahı olmuş, həmçinin alban memarlığının incisi sayılan Xəznədağ (Qanzasar) məbədində apardığı tədqiqatların nəticəsində özünün "Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair" adlı məqaləsini yazıb nəşr etdirir.
Rəşid Hüseynov
Rəşid Həmidov
Rəşid Lətifov
Rəşid Mahmudov
Rəşid Mahmudov (ictimai xadim) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi. Rəşid Mahmudov (fizioloq) — tibb elmləri namizədi, fizioloq.
Rəşid Mehdiyev
Rəşid Meredov
Rəşid Meredov (türkm. Raşit Meredow; 29 may 1960, Aşqabad, Türkmənistan SSR, SSRİ) — türkmənistanlı dövlət xadimi, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistan Respublikasının xarici işlər naziri (2001). Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır. Uşaqlığı Marı şəhərində keçib. 1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb. 1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb.
Rəşid Məcidov
Rəşid Əsəd oğlu Məcidov (22 iyun 1908, Bakı – 2 iyul 1970, Bakı) — Azərbaycan və Sovet hərbi xadimi, polkovnik, 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır. 1908-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sənaye və İqtisadiyyat Texnikimunda təhsil almışdır. 8 nömrəli yetimxanada tərbiyəçi və qabaqcıl pioner idi. Zaqafqaziya SFSR illərində Komsomol regional komitəsinin katibi seçildi. 1933-cü ilin noyabrından — Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin birinci katibi olub. Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirib. Sonra Qaradağ Rayon Partiyası Komitəsinin birinci katibi, Oktyabr rayon təşkilat komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub. Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. Diviziyanın tərkibində Mozdokdan Berlinə qədər yol keçib.
Rəşid Mədinov
Rəşid Məmmədbəyov
Rəşid Qarabəy oğlu Məmmədbəyov (28 fevral 1927, Şağan, Bakı qəzası – 4 dekabr 1970, Bakı) — Azərbaycan və SSRİ güləşçisi, 57 kq çəki dərəcəsində çıxış etmişdir. SSRİ Əməkdar İdman Ustası(1952). SSRİ çempionatlarının 5 qat gümüş mükafatçısı. 1952-ci il Yay Olimpiya oyunlarının gümüş mükafatçısı, Olimpiya medalı qazanmış ilk azərbaycanlı. Azərbaycanın və SSR-nin güləşçisi, 57 kq çəkidə SSR-ni təmsil edən, SSRİ əməkdar idman ustası, 1952-ci ilin olimpia oyunlarının gümüş medalçısı, Azərbaycan idmançılarının arasında ilk olimpia mükafatı qazanmış, SSRİ-nin 5 qat gümüş medalçısı, İskra idman cəmiyyətinin üzvü Rəşid Qarabəy oğlu Məmmədbəyov 28 fevral 1927-ci ildə Bakının Şağan kəndində anadan olub. O, keçmiş Kirov adını daşıyan Azərbaycan Dövlət İdman İnstitutunu bitirib. Onun məşqçisi Azərbaycanda ilk güləş üzrə SSRi məşqçisi adını qazanmış Rza Baxşəliyev idi. Onun ən sevimli şagirdi Rəşid Məmmədbəyov sayılırdı. 1947-ci ildə Məmmədbəyov Taplində keçirilən SSRİ çempionluğunda iştirak etmişdi. Qalib gələrək ikinci yerə layiq görüldü.
Rəşid Məmmədov
Rəşid Nurqaliyev
Rəşid Qumaroviç Nurqaliyev (rus. Рашид Гумарович Нургалиев; 8 oktyabr 1956, Jitikara, Kostanay vilayəti) — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. 1956-cı il oktyabrın 8-də hərbçi ailəsində anadan olmuşdur. Tatar əsilli müsəlmandır. Nurqaliyev 1979-cu ildə Petrozavodsk (Kareliya) şəhərində iqtisadiyyat fakültəsini bitirib. 1981-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı-nın kəşfiyyat təşkilatı KQB-yə (DTK) daxil olub və Kareliya Muxtar Respublikasının terrorla mübarizə şöbəsinin başçılığına qədər yüksəlib. 1995-ci ildən 2002-ci ilə qədər Rusiyanın Federal Kəşfiyyat Təşkilatı (FSK) və bu təşkilatın davamı olan Federal Təhlükəsizlik Xidməti FSB-də müxtəlif vəzifələrdə xidmət etmişdir. 2002-ci ildən 2004-cü ilədək Rusiya Federasiyası Daxili İşlər nazirinin birinci müavini vəzifəsində çalışıb. 2 yanvar 2004-cü il tarixində Rəşid Nurqaliyev Rusiya Federasiyasının Daxili İşlər naziri vəzifəsinə təyin edilib. R. Nurqaliyev ailəlidir və iki uşağı var.
Rəşid Nəsiboğlu
Rəşid Nəsib oğlu Əfəndiyev – (22 may 1941 – 30 dekabr 1993) – Azərbaycan və sovet bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azərbaycanda ilk yaradılan "İRS" qədim Azərbaycan musiqi teatrının banisi və bədii rəhbəri. Rəşid Nəsiboğlu Azərbaycan Dövlət Konservatoriyasında (Azərbaycanın xalq artisti, professor Cövdət Hacıyevin sinfində) bəstəkarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində xaricə yayım musiqi redaksiyasında işləməyə başlayıb. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında "Sevgilim" vokal-instrumental ansamblının bədii rəhbəri olub. 1981-ci ildə Rəşid Nəsiboğlunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "İRS" qədim Azərbaycan musiqisi teatrı yaradılıb. Azərbaycanın ən qədim musiqilərini bərpa edən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir və o zaman üçün görünməz populyarlıq qazanır. Teatrın təqdim etdiyi proqram həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda çoxsaylı mükafatlara layiq görülür. "İRS" teatrı Birinci Zaqafqaziya xalq musiqisi festivalının əsas ödülünü – Böyük mükafatı qazanır. Daha sonra Neapolda (İtaliya) San-Karlo teatrının Qızıl medalına, İran İslam Respublikasında keçirilən "Fəcr" beynəlxalq musiqi festivalının mükafatına layiq görülür. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinində ekspozisiyalardan biri "İRS" teatrına həsr olunur.
Fəzlullah Rəşidəddin
Fəzlullah Rəşidəddin (1247, Həmədan – 18 iyul 1318, Təbriz) — tarixçi, həkim, dövlət xadimi. 1247-ci ildə Həmədandan , yəhudi ailəsində anadan olmuşdur . 30 yaşında İslamı qəbul edən Rəşidəddin çox keçmədən Elxani dövlətinin qüdrətli 3 hökmdarının vəziri olmuşdur. Fəzlullah Rəşidəddin monqol basqın və dağıntılarından sonra Elxanilər dövlətində sabit sosial və iqtisadi sistemin qurulmasına cavabdeh idi. O, həm də mühüm sənət və memarlıq himayədarı idi. Rəşidəddin Misir və Suriya, Çindən alim və tələbələri cəlb edən o cümlədən bir çox əsərlərini nəşr etdirdiyi Rəb-i Rəşidi kompleksinin qurucusudur. O, həm də məhsuldar müəllif idi. Alimin əsərlərinin bir neçəsi günümüzə qədər gəlib çatmışdır. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi sayılır. O həmçinin elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsar" adlı ensiklopedik əsərin müəllifidir.
Hacı Rəşid körpüsü
Hacı Rəşid körpüsü yaxud Daşüz körpüsü — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində, Daşüz yaşayış ərazisində XIX əsrə aid tarixi abidə. == Haqqında == Hacı Rəşid körpüsü (Daşüz körpüsü) Oğuz rayonunun Xaçmaz kəndinin ərazisində Daşüz yaşayış ərazisində yerləşir. Mənzərəli bir yerdə, Sarısu adlanan kiçik bir çay üzərində tikilmişdir. Körpü çatma tağlıdır. Yəni iri dairə qövsünün kəsişməsindən yaranır. Körpünün inşasında əsas tikinti materialları kimi səliqə ilə hamarlanmış iri kvadrat formal tuf daşı və kirəc məhsulundan istifadə olunmuşdur. Körpü bir aşırımlı olub, çayın özünə yol açdığı təbii kiçik qayalar üzərində tikilmişdir. Uzunluğu 12 m-ə yaxın, eni 4,5 metrdir. Körpünün aşırımının eni 5 metrə yaxındır. Tağın suyun səthindən hündürlüyü isə 7 metrdir.
Harun əl-Rəşid
Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد‎) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir.
Harun ər-Rəşid
Harun ər-Rəşid (ərəb. هَارُون الرَشِيد‎) (d. 7 mart 766 - ö. 24 mart 809) — 5. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşid (l)Abbasilər sülaləsinin xəlifəsi idi. Miladi 763-cü ildə atası Mehdinin yaşadığı İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir.
Mustafa Rəşid paşa
Mustafa Rəşid paşa(13 mart 1800 - 7 yanvar 1858)—Osmanlı dövlətinin baş naziri, diplomat. Mustafa Rəşid paşa 13 mart 1800-cü ildə İstanbulda anadan olmuşdu. Atası II Bəyazid Külliyesi vəqfləri ruznaməçəcisi Mustafa əfəndidir. İbtidai təhsilini atasından almışdı. Sonra bir müddət mədrəsədə oxumuşdu. Atasının vəfatından sonra dövlət məmuru olan dayısı İspartalı Seyid Əli paşanın yanında təhsilinə davam etmişdi. Mustafa Rəşid paşa 7 yanvar 1858-ci ildə İstanbulda vəfat edib. Manifesti hazırlayan Rəşid paşa müəyyən mənada istədiyinə nail olmuşdu. Belə ki, bu qanunun hazırlanmasından əvvəl uzun müddət London və Parisdə olan Rəşid paşa, elə bir mexanizm formalaşdırmışdı ki, sultan hakimiyyətini köklü şəkildə sarsıtmadan xeyli məhdudlaşdırırdı. Burada sultanın nümayişkaranə şəkildə edam və əmlakın müsadirə edilməsi hüququndan imtina etməsi, əslində, ilk növbədə, Rəşid paşanın qələbəsi idi.
Məhəmməd Rəşid Riza
Məhəmməd Rəşid Riza (ərəb. محمد رشيد رضا‎; 23 sentyabr 1865 və ya 18 oktyabr 1865 – 22 avqust 1935, Qahirə) — misirli dini və ictimai xadim. Əsli Liviyadan olmuş Riza 1898-ci ildə Misirə gəlib Qahirədə tanınmış "Əl-Mənar" (Mayak) jurnalında çalışmışdır. Rəşid Rıza, Cəmaləddin Əfqanini və Məhəmməd Əbdunun fikirlərini inkişaf etdirmiş, Qərb müstəmləkəçiliyinə qarşı çıxmış, Xilafətin bərpa olunmasının tərəfdarı kimi tanınmışdır. 1340/1922-ci ildə Riza "Xilafət və ya böyük imamət" yazınını yayımlamışdır. Orada o, Xilafətin prinsiplərini açıqlamış, xəlifənin seçilməsi ideyasını irəli sürmüşdür. Rizaya görə xəlifə ölkəsini qorumalı, ölkədə şəriət qanunlarının işləməsini təmin etməlidir. Xilafətin krallığa çevrilməməsi üçün xəlifə özəl bir qurum qarşısında sorumlu olmalıdır. Ölkə başçısı şəriət qanunlarını pozarsa, bu qurum onu vəzifəsindən çıxara bilər. 1342/1924-cü ildə Türkiyədə respublikaçılar Osmanlı xilafətinə son qoyduqdan sonra M. R. Riza Xilafətin dirçəldilməsi istəklərinin reallaşmayacağını anlamışdır.
Məhəmməd ibn Rəşid Əl Məktum
Məhəmməd ibn Rəşid əl-Məktum (ərəb. محمد بن راشد آل مكتوم‎; d. 15 iyul 1949, Dubay) — Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisi və Dubay əmirliyinin mütləq hökmdarı. Birləşmiş Ərəb Əmirliklərinin yaradıcılarından biri olan Dubay əmiri Şeyx Rəşid ibn Səid Əl-Məktumun böyük oğlu. 4 yaşında Məhəmməd xüsusi müəllimlər tərəfindən ərəb dili və İslama dair dərs alıb. 1955-ci ildə o “Əl-Əhmədiyyə”də ibtidai təhsilə göndərilib. Burada o, ərəb dili qramatikası, riyaziyyat, coğrafiya, ingilis dili öyrənib. Çalışqanlığına, fəallığına görə, seçilən şagird olan Məhəmməd 10 yaşında "Əl-Şaab" məktəbinə, iki il sonra Dubay orta məktəbinə gedib. Təhsilini davam etdirmək üçün 1966-cı ildə ailəsi onu Böyük Britaniyaya göndərib. "Bell Educational Trusts English Language School"da təhsil alıb.
Məhəmməd ibn Rəşid əl-Məktum
Məhəmməd ibn Rəşid əl-Məktum (ərəb. محمد بن راشد آل مكتوم‎; d. 15 iyul 1949, Dubay) — Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisi və Dubay əmirliyinin mütləq hökmdarı. Birləşmiş Ərəb Əmirliklərinin yaradıcılarından biri olan Dubay əmiri Şeyx Rəşid ibn Səid Əl-Məktumun böyük oğlu. 4 yaşında Məhəmməd xüsusi müəllimlər tərəfindən ərəb dili və İslama dair dərs alıb. 1955-ci ildə o “Əl-Əhmədiyyə”də ibtidai təhsilə göndərilib. Burada o, ərəb dili qramatikası, riyaziyyat, coğrafiya, ingilis dili öyrənib. Çalışqanlığına, fəallığına görə, seçilən şagird olan Məhəmməd 10 yaşında "Əl-Şaab" məktəbinə, iki il sonra Dubay orta məktəbinə gedib. Təhsilini davam etdirmək üçün 1966-cı ildə ailəsi onu Böyük Britaniyaya göndərib. "Bell Educational Trusts English Language School"da təhsil alıb.
Natiq Rəşidov
Rəşid Abdullayev (idmançı)
Rəşid Abdulla oğlu Abdullayev (25 noyabr 1957, Qafan – 9 oktyabr 2020) — SSRİ çempionu, idman ustası, Ermənistan SSR Əməkdar məşqçisi (1987). Rəşid Abdullayev 1957-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Qafan şəhərində pəhləvan Abdullanın ailəsində anadan olub. Az yaşlarından çıxışları zamanı atasının iki qolu üzərində 20 nəfər saxladığını, armaturları əydiyini, boynunda yoğun dirəyi sındırdığını və üstündən avtomobil keçdiyini görüb ona oxşamağa çalışırdı. Yeniyetmə yaşlarından rayonda, respublikada ad qazandı. 1970-ci ildə, 12 yaşında SSRİ əmək ehtiyatları idman cəmiyyətinin çempionu oldu və xalq arasında onu "Rəşid pəhləvan" deyə çağırmağa başladılar. 1975-ci ildə Qafan şəhəri 4 №-li orta məktəbi bitirdi. 1976-cı ildə respublika ağır atletika yarışlarında iştirak edərək yeniyetmələr arasında Ermənistan çempionu oldu. Əsgəri xidmətdə ikən SSRİ Ordu Spartakiadasının çempionu, 1979-cu ildə isə hərbi xidmətdən qayıdan gənc pəhləvan ağırlıq qaldırma üzrə SSRİ çempionu və idman ustası adlarını qazandı. Azərbaycan birinciliyində beş pudluq daşı sağ əli ilə 16 dəfə qaldıraraq həm də dünya rekordçusu oldu. Dəfələrlə Ermənistan mətbuatı və televiziyası məşhur ata-oğul pəhləvanların möcüzəsindən yazırdı.
Rəşidi Tarixi (kitab)
Rəşidi-tarixi—Mirzə Heydər Duqlatın əsəri. Rəşidi tarixi (fars. تاریخ رشیدی‎ Tarixi Rəşidi) Türkistan ərazisinin 1347-1545 illərindəki tarixi, Çığatay xanları və Qaşqar əmirləri haqqında farsca kitabdır.Bu kitabın yazıçısı Mirzə Məhəmmədheydər Duqlatdır.Müəllif bu kitabın təlifi üçün bu mənbələrdən istifadə edib:Fəzlullah Rəşidəddinin Came ət-təvarix kitabı, Cəhangüşaye Cüveyni tarixi kitabı, Həmdulla Müstofinin Seçilmiş tarixi(Tarixi qozide) kitabı, Şərəfəddin Əli Yəzdinin Zəfərnamə kitabı, Əbdürrəzzaqın Nəzmə çəkilmiş(Tarixi Mənzum) kitabı, Mirzə Uluqbəyin Ulusi Ərbəə kitabı. Bu kitab bir neçə dəfə dus dilində çap olunub. 1996-cı ildə Daşkənd şəhərində 2 cildliyi "Fan" nəşriyyatında işıq üzü görüb. 2011-ci ildə Moskva şəhərində "Direkt-Media" nəşriyyatında 198 səhifədən inarət buraxılıb. Bu nəşrdə yalnız Qazax xanlığına aid olan məlumat var.
Rəşidi xilafəti
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – "Doğru idarə edilən" və yaxud "Rəşid xəlifələr" dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" — "Allahın Rəsulu"nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı. Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı.
Rəşidülmülk
Nağı xan Şahsevən (1867-?) — İran hərbçisi, general-mayor. Nağı xan 1867-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. Mükəmməl hərbi təhsil almışdır. Sərdari-Rəşid ləqəbini daşıyırdı. Məşrutə hərəkatında iştirak etmişdi. Məhəmmədəmin Rəsulzadə yazır: "Gilanın iki mühüm səngəri vardır. Biri Tehran yolunda Qəzvin səmtində olub, yuxarıda zikr olunan səngərdir. Digəri isə Astara səngəridir. Gilanı talan etmək qəsdi ilə Tehran hökuməti belə bir nəqşə götürmüşdür ki, Qəzvinə zikr olunduğu üzrə qoşun yeritmiş, o biri tərəfdən dəxi Ərdəbil-Rəşidülmülkünü təhrik və onun vasitəsi ilə Nəmin xanlarını təşviq edib, Astara üstünə göndərilir ki, iki tərəfdən Gilanı giridara salsın. Lakin Gilan məşrutəçilərinin Tehran yolunda hazırlıqları nə dərəcədə isə Astara dəxi əhəmiyyətsiz deyildir.
Rəşidə Behbudova
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Rəşidə Cons
Rəşidə Cons(ing. Rashida Jones; 25 fevral 1976, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Amerikanın 16 şəhərində "On the Run" adlı konsert turnesinə hazırlaşan Cey-Zi və Beyonse birgə filmə çəkiliblər. "Run" — cütlüyün turnesinə dəstək filmidir. XXI əsrin Bonni və Klaydı kimi görünən ifaçılarla birgə videoda Çon Penn, Ceyk Cillenhol, Bleyk Layvli, Emmi Rossam, Don Çidl, Gilyermo Dias, o cümlədən Kidada və Rəşidə Cons bacıları görünüblər.
Rəşidə Dati
Rəşidə Dati (Fransızca tələffüz: [ʁaʃida dati]; 27 noyabr 1965[…], Sen-Remi[d], Sona və Luara, Fransa) — 2007–2009-cu illərdə prezident Nikola Sarkozinin dövründə ədliyyə naziri vəzifəsində çalışmış fransız siyasətçi. Fransa hökumətindəki ilk ərəb qadındır. O, Respublikaçıların (LR) üzvü, eyni zamanda 2009–2019-cu illərdə İle-de-Fransı təmsil edən Avropa Parlamentinin (MEP) üzvü kimi fəaliyyət göstərmişdir. Dati 2007-ci il prezidentlik kampaniyası zamanı Sarkozinin sözçüsü olub. Qələbədən sonra Sarkozi onu hökumətə təyin etdi. Dati 2007-ci il prezidentlik kampaniyası zamanı Sarkozinin sözçüsü olub. Qələbədən sonra Sarkozi onu hökumətə gətirib. 2008-ci ildə o, Parisin 7-ci dairəsinin meri seçilib və eyni zamanda Paris Şurasının üzvü olub.
Rəşidəddin
Fəzlullah Rəşidəddin (1247, Həmədan – 18 iyul 1318, Təbriz) — tarixçi, həkim, dövlət xadimi. 1247-ci ildə Həmədandan , yəhudi ailəsində anadan olmuşdur . 30 yaşında İslamı qəbul edən Rəşidəddin çox keçmədən Elxani dövlətinin qüdrətli 3 hökmdarının vəziri olmuşdur. Fəzlullah Rəşidəddin monqol basqın və dağıntılarından sonra Elxanilər dövlətində sabit sosial və iqtisadi sistemin qurulmasına cavabdeh idi. O, həm də mühüm sənət və memarlıq himayədarı idi. Rəşidəddin Misir və Suriya, Çindən alim və tələbələri cəlb edən o cümlədən bir çox əsərlərini nəşr etdirdiyi Rəb-i Rəşidi kompleksinin qurucusudur. O, həm də məhsuldar müəllif idi. Alimin əsərlərinin bir neçəsi günümüzə qədər gəlib çatmışdır. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi sayılır. O həmçinin elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsar" adlı ensiklopedik əsərin müəllifidir.
Rəşidəddin Sinan
Rəşidəddin Sinan (ərəb. رشيد الدين سنان‎, translit. Rəşid əd-Din Sinan), həmçinin Dağ ağsaqqalı (ərəb. شيخ الجبل‎, translit. Şeyx əl-cəbəl; lat. Vetulus de Montanis; 1134 və ya 1130, Bəsrə – 1192 və ya 1193, Masyaf, Həma mühafəzəsi) — Nizari İsmaili Dövlətinin Suriya qolunun missioneri və lideri, Səlib yürüşləri tarixində əhəmiyyətli fiqur. Rəşidəddin Sinan 1232–1135-ci illər aralığında, İraqın cənubunda yerləşən Bəsr' şəhərində, zəngin bir ailədə anadan olmuşdur. Sinanın sadəcə bəzi fraqmentləri bu günə qədər qorunub saxlanmış olan avtobioqrafiyasında verilən məlumatlara görə, o, xaşxaşilərin mərkəzi olan Ələmut qalasına qardaşları ilə olan mübahisədən sonra gəlmiş və xaşxaşi məşqləri keçirmişdir. Qalanın rəhbəri olan Həsən Əla Zikrihis Salam 1162-ci ildə onu Suriyaya göndərir. Orada Diriliş günü keçirilir və Sinan Əl-Qaim elan edilir.
Rəşidəddin Vətvat
Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat (1088 və ya 1087, Bəlx, Bəlx vilayəti – 1182) — İslam alimi, mühəddis, şair. Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat 1080-ci ildə Bəlx şəhərində anadan olmuşdur. Orta çağın ən ötülməz şeirşünaslarından sayılan Rəşidəddin Vətvat (1080–1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") risaləsində ən nəfis söz möcüzələrindən bəhs edərkən 4 dəfə Qətrandan iqtibaslar edirdi. Rəşidəddin Vətvat "Töhfətus-siddiq", "Fəslül-xitab", Ünsul-ləhfan" adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi "Mətlubu külli talib" adı ilə Həzrət Əlinin (ə) də yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir.
Rəşidəssultan Xalxali
Rəşidəssultan Hüseynqulu xan oğlu Xalxali (?-1918)—İran Mücəzat Komitəsinin üzvü, polkovnik. Rəşidəssultan Hüseynqulu xan oğlu Xalxal şəhərində anadan olmuşdu. Hərbi məktəb bitirmişdi. İran Kazak diviziyasında xidmət etmişdi. 1916-cı ildə İbrahim xan Münşizadənin təşəbbüsü ilə ölkənin xainlərindən intiqam almaq ucun "Cəza komitəsi" təskil olundu. Sonralar bu komitəyə Məmmədnəzər хan Mişkətülməmalik, Kərim Dəvatgər, dövlət buğda anbarının rəisi Mirzə İsmayıl хan Şirazi, Hüseyn Lələ, Ehsanulla xan Dustdar, yazıçı Mirzə Ələkbər Ərdaği, хəttat Hüseyn İmadulküttab və Hacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daхil oldular. Komitə üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan göturməyə başladılar. Komitəyə təsadufi, mənfəətgudən tamahkarlar daxil olduqda komitənin butun sirləri acıldı. Hacı Zaman хan Kürdüstani komitənin bütün sirlərini açdı onun hiyləsilə Komitə uzvləri Kürdustana, Bani səhərinə surgun olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər. Komitə üzvlərinin vasitəsilə əhalini soyub-talayan bir neçə nəfər öldürüldü.

Значение слова в других словарях