radiasiya qəzası

Texniki qurğuların nasazlığı, işçilərin (personalın) səhvi, təbii fəlakətlər və digər səbəblərdən ionlaşdırıcı şüa mənbələri üzərində idarəetmənin itirilməsi nəticəsində insanların müəyyən olunmuş normadan artıq şüalanmasına və ya ətraf mühitin radioaktiv çirklənməsinə gətirən qəzalar

rabitə şəbəkəsi operatoru
radioaktiv maddə
OBASTAN VİKİ
Radiasiya
Radiasiya – radioaktiv kimyəvi elementlərin nüvələrinin parçalanması zamanı yaranan enerjinin alfa, beta, qama şüaları və Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanın ətraf mühitdə müxtəlif dalğa və hissəciklər formasında yayılmasıdır. Ətraf mühitin təbii radiasiya fonu– kosmik şüalanmanın torpaq, hava, su və ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların atmosferə səpələnən şüalarının miqdarının insan və digər canlı orqanizmlərə zərər verməyən ionlaşmış radiasiyasının təbii dərəcəsidir. Radiasiya fonunun təbii mühitdə formalaşmasında ilkin yeri kosmik şüalar, yəni atmosferə düşən böyük enerjili zərrəciklər tutur. Temperaturun dəyişməsi ilə əlaqədar radiasiya fonu lokal olaraq dəyişir. Cəm və əksolunan radiasiya (Q) cəm radiasiyası horizontal səthə düşən (D) səpələnən və (S) düz radiasiyaların cəminə bərabərdir: Q = S+ D Cəm radiasiya universal pironometr(M- 80M), əksolunan radiasiya isə albedometr cihazı vasitəsilə ölçülür. Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir. Səpələnən radiasiya atmosferdən keçərkən atmosfer qazlarının molekulları və aerozollar tərəfindən səpələnən günəş radiasiyasının bir hissəsinə deyilir. Cəm radiasiyanın tərkibində düz və səpələnən günəş radiasiyalarının nisbəti Günəşin horizontda yüksəkliyindən, buludluluğun miqdarından və atmosferin çirklənmə dərəcəsindən asılıdır. Cəm radiasiyanın bir hissəsi Yer səthinə çataraq yenidən atmosferə şüalanır. Cəm radiasiyanın Rk əksolunan hissəsinin ümumi Q cəm radiasiyaya nisbəti çox vacib xarakteristikalardan biri olub, səthin əksetmə qabiliyyəti və ya A albedosu adlanır: A = Rk/ Q Albedo adətən faizlə ifadə olunur. Səthin albedosu onun rəngindən, kələ-kötürlüyündən, rütubətindən və digər xüsusiyyətlərindən asılıdır.
Adaptiv radiasiya
Adaptiv radiasiya — eyni başlanğıcdan olan müxtəlif canlıların müxtəlif şəraitə uyğunlaşması hadisəsi. Məsələn, plasentalı məməlilərin müasir formalarından bəzilərinin Yer üzərində sürətlə hərəkət etməyə (yırtıcılar, antiloplar), ağac həyatına (sincablar, primatlar və s.), uçmağa (yarasalar), suya (balinalar, delfinlər), torpaq altına (həşəratyeyənlər) uyğunlaşması. == Xüsusiyyətlər == Adaptiv radiasiyanı müəyyən etmək üçün dörd xüsusiyyətdən istifadə edilə bilər: Komponent növlərinin ümumi əcdadı: xüsusilə də yeni nəsil. Qeyd edək ki, bu, ortaq bir əcdadın bütün nəslinin daxil olduğu monofiliya ilə eyni deyil. Fenotip-mühit əlaqəsi: mühitlər və bu mühitlərdən istifadə etmək üçün istifadə olunan morfoloji və fizioloji əlamətlər arasında əhəmiyyətli bir əlaqə. Xarakter faydası: xasiyyət dəyərlərinin müvafiq mühitlərdə performans və ya uyğunluq üstünlükləri. Sürətli spesifikasiya: ekoloji və fenotipik fərqliliyin davam etdiyi dövrdə yeni növlərin yaranmasında bir və ya bir neçə partlayışın olması. == Şərtlər == Adaptiv şüalanmaların ekoloji fürsət və ya yeni uyğunlaşma zonası tərəfindən yaradılması düşünülür. Ekoloji imkanların mənbələri antaqonistlərin (rəqiblər və ya yırtıcılar) itirilməsi, əsas yeniliyin təkamülü və ya yeni mühitə səpələnməsi ola bilər. Bu ekoloji imkanlardan hər hansı biri əhalinin sayının artması və rahat stabilləşdirici (məhdudlaşdırıcı) seçimlə nəticələnmə potensialına malikdir.
Düz radiasiya
== Radiasiya == Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. == Düz radiasiya == Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir.
Radiasiya balansı
Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Azərbaycanda radiasiya balansının və onun komponentlərinin tədqiqi ilə Ə. M. Şıxlinski məşğul olmuşdur. İlin isti və soyuq dövründə radiasiya balansının paylanma və yüksəklikdən asılılıq qanunauyğunluqlarıtədqiq edilmişdir Yer kürəsində radiasiya balansının və onun tərkib hissələrinin coğrafi paylanma xəritələri sovet alimləri M. İ. Budıko, T. Q. Berlyand və b. tərəfindən 1963-cü ildə " İstilik balansı" atlasında verilmişdir.
Radiasiya ekologiyası
Radiasiya ekologiyası - Ekologiyanın bölməsi olub radioaktiv maddələrin (nuklidlər) orqanizmə təsirini ayrı-ayrı ekosistem, populyasiya, orqanizm qrupu və orqanizmlərin ionlaşma şüalarına münasiətini, həmçinin ekosistemdə (populyasiya, biosenoloji mühit, xüsusilə torpaqda biosenozlarda) nuklidlərin yayılması (paylanması) və miqrasiyasını öyrənir. Yerüstü təmiz suların və dəniz ekosistemlərinin radioekologiyasına bölünür. Müxtəlif mexanizm, cihaz və qurğuların xarab olması və ya sıradan çıxması nəticəsində canlı orqanizmlərin normadan artıq dozada ionlaşmış təhlükəli şüalara məruz qalması. Uzun müddət yüksək dozalı radiasiyanın təsirilə ekosistemin dəyişməsi. Radiasiyaya ən çox davam gətirən torpaq yosunları sayılır. Sənaye personalını və əhalini ionlaşış şüalanmadan qorumaq istiqamətində aparılan tədbirlər. Radioaktivliyin (ionlaşmış şüaların) insan orqanizminə təsiri. Radiasiya.yükü radiasiyanın udulmuş dozası ilə ölçülür. Kosmik gəmi (KG) heyətini kosmik radiasiyadan KG.-də qoyulmuş nüvə reaktoru və ya izotop generatorunun şüalanması təsirindən mühafizə edən vasitədir. Kosmik radiasiyadan mühafizə sistemi heyəti hər tərəfdən əhatə etməlidir.
Radiasiya soyuması
Yer səthi tərəfindən istiliyin şüalanması onun soyumasına səbəb olur və bu havanın yer səthinə yaxın hissəsində temperaturun aşağı düşməsinə gətirib çıxarır. Bu cür soyumaya yer səthinin radiasiya soyumasıdeyilir.
Radiasiya çirklənməsi
Səpələnən radiasiya
Radiasiya — Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Radiasiya maddədən fərqlənən materiya formasıdır. Radiasiyanın fərdi halı görünən işıqdır, lakin radiasiya gözlə görünməyən qamma şüası, radiodalğalar, ultrabənövşəyi və infraqırmızı radiasiyalar da aiddir. Onların hamısı birlikdə elektromaqnit spektri formalaşdırır. Səpələnən radiasiya atmosferdən keçərkən atmosfer qazlarının molekulları və aerozollar tərəfindən səpələnən günəş radiasiyasının bir hissəsinə deyilir. Düz günəş radiasiyasının atmosferdə zəifləməsinin əvəzi səpələnən radiasiyanın hesabına qismən ödənilir. Səpələnən radiasiyanın kəmiyyətinə müxtəlif amillər təsir göstərirlər: günəşin üfüqdən yüksəkliyi, atmosferin şəffaflığı, atmosferdə olan suyun miqdarı və vəziyyəti, yer səthinin albedosu. Düz radiasiya artdıqca səpələnən radiasiya da artır.
Radiasiya xəstəliyi
Radiasiya xəstəliyi canlı orqanizimdə (məsələn, insanda) müxtəlif növ ionlaşdırıcı şüalara məruz qalma nəticəsində yaranan və zərərli şüalanmanın növündən, onun dozasından, şüa mənbəyinin yerindən, dozanın paylanma vaxtından asılı olaraq bir sıra simptomlarla xarakterizə olunan xəstəlikdir. Radiasiya xəstəliyinin ağır fəsadı immun çatışmazlığıdır ki, bunun nəticəsində infeksiyalar qanyaradıcı orqanların işində pozuntular əmələ gətirir və daxili orqanların fəaliyyətini pozaraq çoxlu orqan çatışmazlığına səbəb olur. Radiasiya xəstəliyini ionlaşdırıcı şüalanmanın yaratdığı yerli radiasiya xəsarətləri ilə qarışdırmaq olmaz (məsələn: radiasiya reaksiyası, radiasiya yanığı, radiasiya dermatiti (L58, L59), radiasiya xorası, radiasiya hepatiti, radiasiya pnevmoniti (J70.0), radiasiya ağciyər fibrozu (J70.1), radiasiyadan sonrakı kifoz (M96.2), radiasiyadan sonrakı skolioz (M96.5), radiasiya çənənin osteonekrozu (K10. 2), ağız boşluğunun radiasiya selikli qişası (K12.3), radiasiya qastroenteriti və kolit (K52.0), radiasiya proktiti (K62.7), radiasiya sistit (N30.4) və s. ). Müəyyən bir vəziyyətdə ionlaşdırıcı şüalanmaya məruz qalma səbəbindən yaranan digər patologiyalar üçün ICD-10 kodundan əlavə W88, Y63.2, Y63.3, Z57.1 kodları da təqdim edilir. İnsanlarda şüa xəstəliyirad ioaktiv maddələrin bədənə tənəffüs edilmiş hava, mədə-bağırsaq traktı, dəri və selikli qişalar, həmçinin inyeksiya vasitəsilə xarici və ya daxili şüalanma nəticəsində yaranır. Radiasiya xəstəliyinin ümumi klinik təzahürləri, əsasən, qəbul edilən ümumi şüalanma dozasından asılıdır. Vahid zaman ərzində məruz qalınan şüalanma dərəcəsindən asılı olaraq kəskin şüa xəstəliyi (qısa müddət ərzində yüksək doza) və yaxud da xroniki şüa xəstəliyi (hüceyrələrdə uzun müddət ərzində az miqdarda dozanın yığılması nəticəsində) inkişaf edir. Kəskin şüa xəstəliyi (KŞX) - qısa müddət ərzində 1 Gy-dən (100 rad) çox dozanın vahid təsiri nəticəsində əmələ gəlir.
Radiasiya Problemləri İnstitutu
Radiasiya Problemləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir. Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin fiziki-kimyəvi problemlərinin, radioekologiya və radiasiya təhlükəsizliyi istiqamətlərinin elmi və elmi-texniki əsaslarının işlənilməsi məqsədi ilə SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun əsası qoyulmuşdur. Azərbaycan Respublikası suverenlik əldə etdikdən sonra Respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri daha da aktual xarakter kəsb edib. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 81 saylı, 21 may 2002-ci il tarixli qərarı ilə AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradılmışdır. AMEA sistemində Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikası ərazisində nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, energetikanın fiziki-texniki problemləri, qeyri-ənənəvi enerji çevrilmələri prosesləri, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində fundamental elmi və texniki tədqiqat işlərini aparan, bu sahələrdə ölkədaxili və beynəlxalq informasiya mübadiləsini yerinə yetirən yeganə elmi müəssisədir. Radiasiya təhlükəsizliyi, Radioekologiya — Ölkə ərazisinin ətraf mühit komponentlərinin radionuklid və kimyəvi tərkibinin tədqiqi, işğaldan azad olunmuş ərazilərə xüsusi diqqətin ayrılması, alınan nəticələrin sistemləşdirilməsi, vahid elektron bazada yerləşdirmək üçün işlənilməsi, radiasiya risklərinin idarə olunması mexanizminin hazırlanması Radiobiologiya — Bioloji orqanizmlərə radiasiyanın təsiri, stimullaşdırıcı dozanın təyini, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və onların ətraf mühitin ekstremal təsirlərinə qarşı davamlılığının artırılması üçün radiasiya texnologiyalarının tətbiqi, sterilizasiya dozasının təyini, maddələrin radiasiya təsirindən qorunması üçün protektorların hazırlanması Bərk cismlərin radiasiya fizikası — Yarımkeçirici, seqnetoelektrik və polimer materiallarda radiasiyanın təsiri ilə baş verən fiziki proseslərin tədqiqi, implantasiya yolu ilə daxil edilmiş elementlərin, o cümlədən nanozərrəciklərin bu proseslərin sürətinə və istiqamətinə təsirinin müəyyənləşdirilməsi, radiasiyanın təsiri ilə verilmiş xassələrə malik materialların alınması, materialların radiasiya-stimullaşdırılmış modifikasiyası, radiasiyaya davamlılığının artırılması və istismar xüsusiyyətlərinin idarə olunması Yüksək enerjilər kimyası — Karbohidrogen və su əsalı sistemlərdə radiasiyanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərin kinetika və mexanizminin tədqiqi, bu sistemlərdə hidrogenin, olefinlərin, polimerlərin və praktikada geniş istifadə olunan yüksəkmolekullu materialların alınması və modifikasiyası üçün optimal şərtlərin tapılması, çirkləndirici qarışıqların deqradasiyasının qanunauyğunlarının öyrənilməsi, post-radiasiya effektlərinin tədqiqi Bərpa olunan enerji mənbələrinin istifadəsi və hydrogen enrgetikası — Günəş, külək və kiçik Su elektrik stansiyalarından alınan enerjilərin istilik və elektrik enerjisinə çevrilməsinin faydalı iş əmsalının artırılması yollarının araşdırılması, bu enerjilərin ayrı-ayrılıqda və kombinə olunmuş şəkildə istifadə olunması ilə sudan və mineral resurslardan hidogenin, sintez-qazın və maye yanacağın alınması sahəsində elmi-tədqiqat və Layihə-konstruktor işlərinin aparılması Şüa qəbuledici və işarəverici cihaz və qurğuların hazırlanması — Silisium əsaslı fotoelektron gücləndiricilərin tədqiqi, onların şüa qəbuledicilərinin yaradılmasında tətbiqi, yüksək həssaslığa və əhatə dairəsinə malik mühafizə-işarəverici qurğuların işlənməsi, sınaqdan keçirilməsi və tətbiqi АМЕА Radiasiya Problemləri İnstitutunda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, yüksək enerjilər kimyası, radioekologiya, radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi qarşıya qoyulmuşdur. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Radiasiya Tədqiqatları Sektoru SSRİ Elmlər Akademiyasının Neft-kimya sintezi, Kimyəvi Fizika, L.Y. Karpov adına Fizika-kimya İnstitututları, Belarusiya EA-nın Atom energetikası İnstitutu, Gürcüstan EA-nın Fizika, Qeyri-üzvü və Elektrokimya İnstitutları və Moskva Dövlət Universiteti ilə sıx elmi əməkdaşlıq yaradılmışdı. 1980-ci illərdə Atom-hidrogen energetikası istiqamətində İ.V. Kurçatov adına Atom enerjisi İnstitutu, Yanar qazıntılar İnstitutu və SSRİ-nin digər elmi mərkəzləri ilə məqsədli kompleks Proqramlar çərçivəsində elmi tədqiqat və kadr hazırlığı üzrə birgə fəaliyyətlə həyata keçirilmişdir. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi və 2002-ci ildə İnstitutun Atom enerjisi üzrə Beynəlxalq Agentliyə daxil olması ilə beynəlxalq əlaqələr genişlənmişdir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Amerika Birləşmiş Ştatlarının Energetika Nazirliyinin Nüvə Təhlükəsizlik Deportamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində işlər davam etdirilmişdir.
Dəquq qəzası
Daquq qəzası (ərəbcə: قضاء داقوق) — İraq Respublikasının Kərkük mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Daquq şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.430 km² ərazini əhatə edir.
Dərbənd qəzası
Dərbənd qəzası (rus. Дербентский уезд) — Rusiya imperiyası (Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1840–1860–cı illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dərbənd şəhəri idi. Dərbənd, Tabasaran və Qaraqaytaq əyalətləri 22 aprel (10 aprel Yuli təqvimi) 1840–cı ildə birləşdirildi və Dərbənd qəzası adlandırıldı, Dərbənd şəhəri isə qəza şəhəri statusu aldı. Dərbənd qəzasının sərhədləri təxminən keçmiş eyniadlı xanlığın sərhədləri ilə üst-üstə düşürdü. 1850-ci ilə olan məlumata əsasən qəza ərazisində hər iki cinsdən cəmi 19.287 nəfər əhali yaşayırdı. Onlar imperiya büdəcəsinə ildə 7.200 gümüş rubl vergi ödəyirdilər. Qəzanın inzibati mərkəzi keçmiş xanlığın da paytaxtı olmuş Dərdənd şəhəri idi. 1850-ci ilə olan məlumata əsasən Dərbənd şəhərində yerləşən 460 evdə təxminən 2 min nəfər əhali yaşayırdı. 1851-ci ilə olan məlumata əsasən Dərbənd şəhəri 70 kvadrat verst ərazini əhatə edirdi.
Eçmiədzin qəzası
Abdurrəhman
Göyçay qəzası
Göyçay qəzası — Bakı quberniyası tərkibində inzibati-ərazi vahidi. Göyçay qəzası Zaqafqaziya və Qafqaz diyarının idarəçiliyində dəyişikliklər haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmışdı. Göyçay qəzasının mərkəzi Göyçay yaşayış məntəqəsi idi. Qəza idarə sistemi mövcud idi. Qafqaz təqviminin (1917) məlumatına görə, Göyçay qəzasının sahəsi 4676,58 kv.verst idi. Qəza əhalisinin (134,098 min nəfər) 127650 nəfəri yerli sakinlər, 6448 nəfəri müvəqqəti yaşayanlar idi. Əhalinin 112,6 min nəfərini azərbaycanlılar, 17,2 minini ermənilər, 3,3 minini ruslar təşkil edirdi. Qəza əhalisinin 73891 nəfəri kişi, 60207 nəfəri qadın idi. Əhali kənd təsərrüfatı ilə məşğul olurdu. Kustar sənaye sahələri (xalçaçılıq, ipəkçilik və s.) inkişaf etmişdi.
Gəncə qəzası
Gəncə qəzası (1918-ci ilədək Yelizavetpol qəzası) — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə quberniyasında inzibati-ərazi vahidi. Rusiya imperiyası Gəncə xanlığını işğal etdikdən (1804-ci il, yanvar) sonra xanlıq ləğv edildi, Yelizavetpol dairəsi yaradıldı. Dairə Gürcüstan quberniyasının tərkibinə daxil edildi. 1840-ci il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gürcüstan-İmeretiya quberniyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qazax, Şəmşəddil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu. 1846-cı il 14 dekabr tarixli inzibati-ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılmış Tiflis quberniyasının tərkibinə daxil edildi. 1851-ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car-Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş-Pşav-Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.
Hadr qəzası
Həzr qəzası (ərəb. قضاء الحضر‎) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi, inzibati mərkəzi Həzr şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 9.738 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Həzr nahiyyəsi (ərəbcə: ناحية الحضر) və Təl nahiyyəsi (ərəbcə: ناحية التل). == Əhalisi == 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Həzr qəzasının əhalisi 49.420 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Həzr qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 1.59%-ni təşkil edirdi.
Havicə qəzası
Həvicə qəzası (ərəbcə: قضاء الحويجة) — İraq Respublikasının Kərkük mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Həvicə şəhəridir. Qəza 2014-cü ildən İŞİD-in nəzarətindədir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.947 km² ərazini əhatə edir.
Hay qəzası
Əl-Heyy qəzası (ərəbcə: قضاء الحي) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əl-Heyy şəhəridir.
Hindenburq qəzası
Hindenburq qəzası (ing. Hindenburg disaster) — 6 may 1937-ci ildə ABŞ-nin Nyu-Cersi ştatının Mançester bölgəsində baş verən hava gəmisi qazası. Alman sərnişin hava gəmisi olan LZ 129 Hindenburq Leykharst Dəniz Hava Stansiyasında elektrik dirəyinə dəyib yandı və məhv oldu. Qəza nəticəsində gəmidəki 97 nəfərdən (36 sərnişin və 61 komanda üzvü) 35-i (13 sərnişin və 22 komanda üzvü) və yerdəki bir nəfər öldü. == Uçuş == === Zəmin === Hindenburq 1936-cı ildə Amerika Birləşmiş Ştatlarında 10 səfər etmişdi. 1937-ci il səfərlərini mart ayında Braziliyanın Rio-de-Janeyro şəhərinə gediş-dönüş səyahəti ilə başladıqdan sonra Hindenburq mart ayının sonunda Almaniyanın Frankfurt şəhərinə doğru yola çıxdı və may ayının 3-ü axşam saatlarında cari il üçün planlaşdırılan Avropa-ABŞ səyahətlərinin 10-undan birincisini tamamlamaq üçün geriyə — ABŞ-yə doğru yola çıxdı. Əsən külək 3 gün sonraya — Hindenburqun eniş gününə qədər elə də, ciddi deyildi. Qəza vaxtı gəminin yarısının dolmasına baxmayaraq, (70 boş yerdən 36 sərnişin və 21-i kursant olmaqla 61 nəfər komanda üzvü) Hindenburq dönüş uçuşu üçün tam rezervasiya edilmişdi. Almaniya bileti alan sərnişinlərin çoxu gələn həftə keçiriləcək kral VI Corc və kraliça Elizabetin tacqoyma mərasimində iştirak etməyi planlaşdırmışdı. May ayının 6-sı səhər Bostonun üstündən keçən hava gəmisi qrafikə görə gecikmişdi və onun Leykharsta enişinin günortadan sonra baş verən tufana görə daha da təxirə salınacağı gözlənilirdi.
Hovobayazet qəzası
Yeni Bəyazid qəzası (Novobayazid) — ərazisinə (4239 kv. verst) görə quberniyanın ən böyük qəzası idi. Göyçə gölü ilə birlikdə ərazisi İrəvan və Şərur-Dərələyəz qəzalannın ərazisindən böyük olmuşdur (13, 40–42). Qəza inzibati cəhətdən 4 nahiyəyə bölünürdü: I. Dərəçiçək II. Göyçə III. Gözəldərə IV. Məzrə. Ümumilikdə, Yeni Bəyazid qəzasının 4 nahiyəsinə 16 kənd icması, bu kənd icmalarına da 127 kənd daxil idi. Аганбирское — с. Аганбир, Арза-Кендское — с. Alapars , Ахтинское-Нижнее армянское — с. Ахты-Нижнее армянское, Ахтинское-Нижнее русское — с. Ахты-Нижнее русское, Базаргечарское — с.
Həmədaniyyə qəzası
Həmədaniyyə qəzası (ərəbcə: قضاء الحمدانية) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Qaraquş şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 1.155 km² ərazini əhatə edir. İnzibati cəhətdən dörd nahiyyəyə bölünür. == Əhalisi == 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Həmədaniyyə qəzasının əhalisi 175.145 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Həmədaniyyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 5.64%-ni təşkil edirdi. Bu qəzada türkdilli bayat, şahbek, sarılı və bacalan tayfaları yaşayırlar.
Həmədəniyə qəzası
Həmədaniyyə qəzası (ərəbcə: قضاء الحمدانية) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Qaraquş şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 1.155 km² ərazini əhatə edir. İnzibati cəhətdən dörd nahiyyəyə bölünür. == Əhalisi == 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Həmədaniyyə qəzasının əhalisi 175.145 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Həmədaniyyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 5.64%-ni təşkil edirdi. Bu qəzada türkdilli bayat, şahbek, sarılı və bacalan tayfaları yaşayırlar.
Kaunas qəzası
Kaunas qəzası — Litvanın 10 qəzasından biri. == Ərazisi == Kaunas qəzasının ərazisi 8 090 km2-dır.
Kut qəzası
Kut qəzası (ərəb. قضاء الكوت‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Kut şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 5.144 km² ərazini əhatə edir. == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 374.457 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Kut qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 41%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəzada əhali əsasən şiə ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar. Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Naməniya qəzasında və Bedra qəzasında məskunlaşıblar.
Kürdüstan qəzası
Kürdüstan qəzası (rus. Курдистанский уезд) və ya Qızıl Kürdüstan (rus. Красный Курдистан, kürd. Кöрдьстана Сор) — 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza. Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olmuşdur. SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsindəki islahatlar zamanı ASSR-in 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası da ləğv edilmişdir.