RUHANİ

RUHANİ (din.) [Əbülhəsən bəy] Mən onlara şiəliyin bu adətini anlatdım və oturanların əksəriyyətlə ruhani olduğunu söylədim (M.S.Ordubadi); ƏMMAMƏDAR (məc.) Baş nazir: Bu əmmamədarlar hamıdan bədtərdirlər (A.Makulu); İŞAN (köhn.) Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas; Düşər şənü şərəfdən mollalar, işanlar, insanlar! (M.Ə.Sabir); MÜCTƏHİD Seyidlərə, mollalara, müctəhidlərə ehsanlar və hədiyyələr göndərildi (M.S.Ordubadi); MÜFTİ (baş ruhani) Molla: “Molla Nəsrəddin” jurnalı əvvəldən başlayıb şeyxülislamı, müftini biabır eləyib, axır padşahlarımıza əl aparır (Anar).

RUH
RUHƏN
OBASTAN VİKİ
Ruhani
Həsən Ruhani
Həsən Ruhani (fars. حسن روحانی‎; 12 noyabr 1948, Sorxə, Simnan ostanı) — İran İslam Respublikasının prezidenti. Ruhani seçkilərdə islahatçılara yaxınlığı ilə tanınan namizəd olub. == Həyatı == Həsən Ruhani 1948-ci il noyabr ayının 12-də İranın Simnan ostanındakı Sürxə şəhərində şah əleyhdarı ailəsində anadan olub. Dini təhsilə 1960-cı ildə Simnan mədrəsəsində başlayıb. 1961-ci ildən Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Müəllimləri dövrünün məşhur ilahiyyatçıları Seyid Mohaqqiq Damad, Şeyx Murtuz Hayəri, Fazil Lənkərani, şeyx Məhəmməd Şahabadi və Seyid Məhəmməd Rza Qolpəyəgani olub. Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olub, 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Bundan sonra təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb.
Ruhani (dəqiqləşdirmə)
Ruhani və ya Rahib – Müsəlman (əsasən şiə) din xadimi. Ruhani (rəqs) - Azərbaycanda rəqs Həsən Ruhani - İran İslam Respublikasının 7-ci prezidenti Rohani (İran) — İranın Fars ostanının Fəraşbənd şəhristanının Mərkəz bəxşinin Aviz dəhistanında kənd.
Qafqaz Müsəlmanları Ruhani İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1872–1917-ci illərdə Tiflisdə yerləşmişdir. 1918–1920-ci illərdə və 1944-cü ildən mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir. XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir.
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1872–1917-ci illərdə Tiflisdə yerləşmişdir. 1918–1920-ci illərdə və 1944-cü ildən mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir. XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir.
İrəvan Quberniya Ruhani Məclisi
İrəvan Quberniya Ruhani Məclisi — Qafqaz Müsəlmanları İdarəsinin nəzdində İrəvan quberniyasında idarə. İrəvan Quberniya Ruhani Məclisi 1829-cu ildə yaranmışdı. İrəvan şəhərində Göy məsciddə yerləşirdi. Məclis bir rəis və bir neçə üzvüdən ibarət idi. İrəvan Quberniya Ruhani Məclisi quberniyanın Aleksandropol, Naxçıvan, Novobayazet, Sürməli, Şərur-Dərələyəz, İrəvan,Eçmiədzin və Ordubad qəzalarının müsəlmanlarına xidmət edirdi. Qəza qazılarını, Şəhər və kənd prixod axundlarını təyin edir, imtahan götürürdü. İrəvan Quberniya Ruhani Məclisi quberniya ərazisində olan vəqf torpaqlarını idarə edir, icarəyə verirdi. İrəvan Quberniya Ruhani Məclisi quberniya ərazisində olan məscid, türbə, zaviyyə və digər dini tikiləri inşa və təmir edirdi. Şəhərdə məclisin nəzdindəki məscidlər: Göy məscid, Novruzəlibəy məscidi, Günnüklü məscid, Hüseynəli məscidi, Qala məscidi, Hacıbəyim məscidi, Şəhər məscidi, Zalxan məscidi. İrəvan Quberniya Ruhani Məclisi quberniyada yaşayan müsəlmanların doğum və vəfat qeydlərini aparırdı.
Urmiyada rus ruhani missiyası
Urmiyada rus ruhani missiyası (rus. Русская духовная миссия в Урмии) və ya Urmiya ruhani missiyası (Урмийская духовная миссия) —Rusiya ilə həmsərhəd regionlarda, əsasən İran Azərbaycanı vilayətində yaşayan etnik aysorlara rus pravoslav missiyası. 1898-ci ildə Şərq Assuriya Kilsəsi və Xaldeya Katolik Kilsəsindən çevrilmişdir. Formal olaraq, missiya 1898–1918-ci illəri əhatə edir, lakin onun qurulmasından əvvəl Rusiyanın bölgəyə marağı demək olar ki, bütün XIX əsrdə davam etmişdir. 1898-ci ildə ortodoksluğu qəbul edən Assuriya Şərq Kilsəsindən bir qrup var idi. 1890-cı illərin ortalarında Urmiya regionunda Süpürgən yepiskopu Mar Yonan Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinoduna müraciət etmişdir ki, o və heyəti Rus Kilsəsinə qəbul olunsun. Mar Yonan 1898-ci ildə Sankt-Peterburqa getmiş və burada o və bir neçə ruhanisi şərqi ortodoksluğu qəbul etmişdilər. 1904-cü ildə Urmiya regionunda yerləşən Terqavar yepiskopu kimi yepiskopluğa təqdis edildi və yepiskop Yonanın vikarı olmuşdur. Missiya 1904-cü ildən həm asoru, həm də rus dillərində "Pravoslavnaya Urmiya" jurnalını nəşr etdirmişdir. Yepiskop Eliya 1928-ci ilin dekabrında vəfat etmişdir.
Erməni ruhani və ali məclisləri
Erməni ruhani və ali məclisləri — Konstantinopol Erməni Patriarxının fəaliyyətini məhdudlaşdırmaq, Osmanlı imperiyasında erməni icmasının mədəni və mənəvi işlərini idarə etmək məqsədilə 1847-ci ildə yaradılmış iki qurum. Konstantinopolun erməni icmasının nümayəndələrindən seçilən daimi fəaliyyət göstərən orqanları var idi. 14 kilsə xadimindən ibarət olan ruhani məclis dini işləri tənzimləyirdi. Əhali tərəfindən seçilmiş 20 nəfərdən ibarət ali məclis məktəblərə, mətbuata və digər mədəniyyət müəssisələrinə nəzarət edirdi. 1860-cı ildə Milli Konstitusiyanın qəbulu ilə bu məclislər müxtəlif orqanlar kimi yenidən təşkil olunmuşdular.
Mədrəseyi-ruhaniyyə
Mədrəseyi-ruhaniyyə — 1881-ci ildə Gəncədə açılmışdır.
Ruhanilər
Ruhanilər — müəyyən bir din daxilində ruhaniliyi peşə olaraq icra edən bütün insanlara verilən addır. Əvvəlcə xristian terminologiyasına aid olan ruhanilik anlayışı bəzən digər dinlər üçün də istifadə olunur. Ruhban insanlardan uzaqlaşaraq dünyanın ləzzətlərini tərk edən və ifrat şəkildə ibadət etməyə həsr olunmuş insanlar deməkdir. Ruhban və rahib eyni kökdən gələn ərəb dilli sözləridir. İsa peyğəmbərin ölümündən sonra, bəzi xristianlar üzləşdikləri təzyiq və qəddarlıqlara görə ictimai həyatdan təcrid olundular və əldə etdikləri xüsusi yerlərə çəkildilər və özlərini ibadətə həsr etdilər. Bu təcrübə tədricən bir həyat tərzi olaraq xristianlıqda yerləşdi. Bu gün məzhəblər arasında fərqlər olsa da, ruhanilərin yalnız kiçik bir hissəsi monastır həyatlarını davam etdirirlər. Yalnız kişilər arasından seçilir. Ruhanilər xüsusi bir dini təhsil alır, Xüsusi geyimləri var, Dini mərasimlərə rəhbərlik etmək və dini mətnləri şərh etmək səlahiyyəti verilmişdir, bəzi məzhəblərdə mərasimləri latın dili və yunan dili kimi dini mətnlərin ilk tərcümələrinin dillərində keçirirlər. “Ruhaniliyi” bir “peşə” olaraq seçir, ömrü boyu özünü bu işə həsr edir, çörəyini bu işdən qazanır, İyerarxik bir strukturda yerləşir, bu struktura zidd hərəkət edərsə, sanksiyalarla üzləşə bilər, Dini təfsirlərdə, ictimai və siyasi mövzularda həmkarları və iyerarxik təşkilati quruluşla tam həmrəylik içində olacağı gözləntisi var.
Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944)
Film Zaqafqaziya müsəlman ruhanilərinin Bakıda keçirilmiş qurultayına həsr olunmuşdur. Kinolentdə göstərilir ki, Sovet İttifaqı Konstitusiyasında zəhmətkeşlərə vicdan azadlığı verilmişdir. Ölkəmizdə hər bir vətəndaşın inandığı dinə etiqad etmə hüququ vardır.

Digər lüğətlərdə