Fərhad Mirzə oğlu Rzazadə (12 oktyabr 2001, Bala Bəhmənli, Füzuli, Azərbaycan — 3 oktyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Fərhad Rzazadə | |
---|---|
Fərhad Mirzə oğlu Rzazadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bala Bəhmənli, Füzuli, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Cəbrayıl, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Fizuli |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | , , , |
Fərhad Rzazadə 12 oktyabr 2001-ci ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. 2007-2018-ci illərdə Bala Bəhmənli kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 23 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.[2][3]
Goranboyun Ağcakənd kəndində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayan Fərhad uğurlu xidmətinə görə tezliklə ordan Xüsusi Təyinatlı Qüvvələrə göndərilib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fərhad Rzazadə Kəlbəcər, Cəbrayıl, Füzulinin azad edilməsində savaşıb. 3 oktyabr 2020-ci ildə Cəbrayılın Daşkəsən kəndində düşmən mövqeyi məhv edildikdən sonra düşmən artilleriyasından atılan mərminin yaxınlıqda partlaması nəticəsində şəhid olmuşdur. Fərhad Rzazadə 14 oktyabr 2020-ci ildə Füzulidə torpağa tapşırılmışdır.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Rzazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Rzazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərhad Rzazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Fərhad Rzazadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[9]